Cümə axşamı , 9 Aprel 2026

autor

Qarsda Azərbaycan və Türkiyə hərbçilərinin birgə hərbi təlimi keçiriləcək

Azərbaycan və Türkiyə hərbçiləri birgə hərbi təlim keçirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “QIŞ-2023” hərbi təlimində iştirak edəcək Azərbaycan silahlı qüvvələrinin qəhrəman hərbçiləri Qarsa çatıb. Qardaşlarımıza xoş gəldin deyir, onlara birgə keçirəcəyimiz hərbi təlimdə uğurlar diləyirik”, – məlumatda vurğulanıb.

Read More »

Ərdoğan Türkiyədə Prezident seçkilərinin may ayında keçiriləcəyini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkilərinin 5 ay sonra keçiriləcəyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı Antalyadakı yanğından sonra zərər çəkən Manaşavqat sakinlərinə tikilən yeni evlərin açılışında bildirib. Ərdoğan Prezident seçkiləri mövzusuna da toxunub: “Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”.

Read More »

Prezidentin xüsusi nümayəndəsi Qubadlı ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin edilmiş Vahid Hacıyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş Qubadlı Rayon İcra Hakimiyyətində keçirilib. Görüşdə Qubadlı Rayon İcra Hakimiyyətinin Başçısı Malik İsaqov, İcra Hakimiyyətinin əməkdaşları, Qubadlı rayon ziyalıları və geniş ictimaiyyət nümayəndələri iştirak ediblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi …

Read More »

Tarix İnstitutuna yeni icraçı direktor və şöbə müdirləri təyin olunub

Tarix İnstitutuna yeni icraçı direktor və şöbə müdirləri təyin olunub. Boyukmillet.com xəbər verir ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun xususi iclası keçirilib. Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətində struktur islahatlarının əsasən başa çatdığını, həmin islahatların Akademiyanın elmi-tədqiqat müəssisələrini də əhatə etdiyini bildirib. Ölkə Prezidenti cənab İlham Əliyevin …

Read More »

Samir Adıgözəlli: “Onların yoxlamalara imkan verməməsi şübhələrimizi daha da artırır”

Şuşa-Laçın yolunda Azərbaycan fəallarının, QHT təmsilçilərinin davam edən dinc aksiyası zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinə və Rusiya sülhməramlılarına məxsus avtomobillərin sərbəst hərəkətinə şərait yaradılır. Hər gün bu qəbildən olan bir neçə avtomobilin maneəsiz şəkildə hərəkəti təmin edilir. Ermənistandan Laçın yolu vasitəsilə Xankəndiyə, Xankəndidən də Ermənistana hərəkət edən və humanitar xidmət göstərdiyi deyilən Beynəlxalq Qızıl Xaç Komitəsinə və Rusiya sülhməramlılarına məxsus …

Read More »

Türkiyə Prezidentinin sözçüsü: “Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün cəhdlərimiz davam edir”

“Türkiyə Ukraynadakı müharibəni dayandırmaq üçün səylərini davam etdirəcək. Asan iş yoxdur”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “CNN”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, nə Rusiya, nə də Ukrayna bu müharibəni dayandırmaq istəyir: “Ona görə də regionda sülhə nail olmaq üçün Türkiyə vasitəçi olmaq istəyir. Heç bir tərəf dayanmaq istəmir, amma onlar həlledici hərbi qələbə qazanacaq …

Read More »

“Azərsu” dələduzluq əməli törədən şəxslə bağlı xəbərdarlıq edib

Abşeron rayonunda özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşlardan pul almağa cəhd edən şəxs peyda olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərsu” məlumat yayıb. Bildirilir ki, abonentlərdən biri tərəfindən çəkilmiş fotoşəkildən və araşdırmalardan sonra, həmin şəxsin əvvəllər “Azərsu” ASC-də çalışmış və sonradan işdən azad olunmuş Abbasov Şahin Nadir oğlu olduğu məlum olub. “Ş.Abbasov Xırdalan şəhəri, Masazır, Qobu, Hökməli, …

Read More »

Azərbaycanda ünvanlı sosial yardımın məbləği 36 faiz artır

Azərbaycanda ünvanlı sosial yardımın məbləği 36 faiz artır. Boyukmillet.com xəbər verir ki, 2023-cü il üçün ehtiyac meyarının həddi ötən ilə nisbətən 23 faiz artırılmaqla 246 manat müəyyən olunub ki, bu artımla ünvanlı yardımların da məbləği artacaq. Ailənin orta aylıq gəliri ailənin üzvlərinin hər biri üzrə ehtiyac meyarının cəmindən aşağı olduqda ailəyə arada yaranan fərq qədər yardım təyin olunur. Beləliklə, ehtiyac …

Read More »

İsmayıllıda 21 yaşlı qız itkin düşüb

İsmayıllı rayon sakini, 2002-ci il təvəllüdlü Ayişə Məmmədova ötən il dekabrın 26-da Ruşan kəndində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, itkin düşən şəxsin boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları isə sarıdır. Sonuncu dəfə evdən çıxarkən üzərində qara və sarı rənglərdə gödəkçə, qara şalvar və ağ idman ayaqqabısı olub. …

Read More »

Bayden Nümayəndələr Palatasının sədri seçilməsi münasibətilə Makkartini təbrik edib

ABŞ Prezidenti Cozef Bayden Respublikaçılar Partiyasının üzvü Kevin Makkartini ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri seçilməsi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ evin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının 118-ci çağırışına dörd gündür yeni sədr seçilə bilmirdi. Nəhayət K.Makkarti 15-ci cəhddə 216 səs toplayaraq bu posta yiyələnməyə nail olunub.

Read More »