Dekabrın 5-də Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçiriləcək. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə məlumat verib. Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq.
Read More »Azərbaycanda telefonların IMEI nömrəsinin dəyişdirilməsi və surətinin köçürülməsi qadağan edilir
Azərbaycanda telefonların IMEI nömrəsinin dəyişdirilməsi və surətinin köçürülməsi qadağan edilir. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Telekommunikasiya haqqında” qanuna dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən sellülar (mobil) xidmətlərdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın IMEI nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) …
Read More »Prezident YAP-ın 30 illiyi münasibətilə bir qrup şəxsi təltif edib – SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, Sərəncamla Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə aşağıdakı şəxslər təltif ediliblər: 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Rəhimzadə Vüqar Gəncəli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Əzizov İbrahim Vahab oğlu Hüseynov Vaqif …
Read More »Erməni silahlıları Azərbaycan Ordusunun Şuşa və Ağdamdakı mövqelərini atəşə tutub
Noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »Erməni KİV: Qərbi Zəngəzurda mis-molibden zavodunun tullantı suları ətraf kəndləri zəhərləyir
Ermənistanda, Qərbi Zəngəzur bölgəsində (ermənilər Sünik adlandırıb – red.) mis-molibden zavodunun tullantılar anbarındakı partlayış nəticəsində yaxınlıqdakı kəndi zəhərli su basıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Joxovurd” yayıb. Bildirilib ki, Zəngəzur mis-molibden kombinatından axıdılan tullantı suları Oxçuçay çayını (ermənilər Voxçi adlandırır – red.) və yaxın yaşayış məntəqələrini çirkləndirməkdə davam edir. Qəzetin yazdığına görə, bir müddət əvvəl kombinata məxsus “Artsvanik” tullantı anbarından …
Read More »Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata götürüb
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata götürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi Palatasının iclasında qərar qəbul edilib. Bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Mülki Prosessual Məcəlləsinin 50.2-ci, 59.1-ci, 357.1-ci və 357.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb. Sorğuya …
Read More »Ərdoğan: “Türkiyənin inkişaf kursu davam edəcək”
“Türkiyənin 2022-ci ildə iqtisadi artımı rekord səviyyədə olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəliklərinin rəhbərləri ilə Ankarada keçirilən görüşdə deyib. Onun sözlərinə görə, 2023-cü ilə uğurla daxil olacaq Türkiyə Cümhuriyyət müstəqillik tarixinin ikinci yüzilliyi üçün qarşıya qoyulmuş bütün hədəflərə çatmaq əzmindədir. Türkiyə Prezidenti diqqəti ölkənin son 20 ildə əldə …
Read More »“Bəstəkar Fikrət Əmirov” gəmisi əsaslı təmir olunub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Ro-Ro tipli “Bəstəkar Fikrət Əmirov” gəmisi əsaslı təmir olunub. Boyukmillet.com xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri çərçivəsində gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, mexanizmləri təmizlənərək rənglənib. Həmçinin gəminin baş mühərrikləri, soyuducuları, nasosları və digər mexanizmləri təmir olunub, iki ədəd köməkçi mühərrik isə dəyişdirilib. Gəmidə gövdə-qaynaq, boruquraşdırma, avtomatika …
Read More »“Azərbaycan Sığortaçılar Assosiasiyası” UNEC-lə əməkdaşlığa başlayır
“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlığa dair memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənəd yeni sığortaçıların hazırlanması məqsədilə ölkədə sistemli sığorta təhsilinin bərpa edilməsi və həyata keçirilməsi, bu prosesə yerli sığorta bazarında fəaliyyət göstərən peşəkar sığortaçıların cəlb edilməsi və bununla da sığorta sahəsində inkişafın təmin olunması məqsədilə bütün mövcud imkanlardan istifadə edilməsi …
Read More »Ukraynada 20 mindən çox mülki şəxs həlak olub, ölkəyə 600 milyard avro ziyan dəyib
“Rusiyanın təcavüzkar müharibəsi nəticəsində Ukraynada 20 mindən çox mülki şəxs həlak olub”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tviterdə yazıb. O bildirib ki, Ukraynanın ümumi itkiləri 100 min nəfərdir. Ursula Fon der Lyayen, həmçinin qeyd edib ki, Ukraynaya dəyən zərər 600 milyard avro həcmindədir: “Rusiya cinayətləri ilə məşğul olmaq üçün ixtisaslaşdırılmış məhkəmə yaratmaq istəyirik. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar