Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiqləyiblər. Boyukmillet.com xəbər verir ki, bu, Özbəkistanda keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün yekunlarına dair imzalanmış Səmərqənd Bəyannaməsində yer alıb. Belə ki, Bəyannamədə Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları Türk xalqlarının …
Read More »Zakir Həsənov Türkiyənin hərbiyönümlü QHT rəhbərləri ilə görüşüb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 11-də Azərbaycanda səfərdə olan Türkiyənin hərbiyönümlü qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri Erdoğan Karakuş, Hamza Dürgen, Mustafa Işık və Beyazıt Yumuk ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nazir Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq, qardaşlıq münasibətləri üzərində qurulduğunu və bundan sonra da uğurla inkişaf edərək güclənəcəyini vurğulayıb. Z.Həsənov qonaqlara Ali Baş …
Read More »Azərbaycan beynəlxalq axtarışa verdiyi vətəndaşlarını İranın himayə etməsinə etiraz edib
Azərbaycan beynəlxalq axtarışa verdiyi vətəndaşlarının İran tərəfindən bu ölkədə məskunlaşmalarına şərait yaradılmasına görə etiraz edib. Boyukmillet.com xəbər verir ki, etiraz bu gün Xarici İşlər Nazirliyinə çağırılan İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diqqətinə çatdırılıb. Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan Respublikasının vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi …
Read More »İranın Azərbaycandakı səfiri XİN-ə çağırılıb, rəsmi Bakının narazılığı çatdırılıb
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi noyabrın 11-də Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə XİN-dən məlumat verilib. Görüşdə son zamanlar İran mediasında Azərbaycan Respublikası əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İranın yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb. Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş …
Read More »Azər Xudiyev: “İran III Dünya müharibəsinin başlaması üçün risk mənbəyidir”
Hazırda Cənubi Qafqazda geosiyasi turbulentliyin mənbəyi İrandır. Rəsmi Tehran regionda müsbət geosiyasi tendensiyaları məhv etməyə yönəlmiş səyləri ideoloji, diplomatik və maliyyə cəhətdən dəstəkləyir. Bunu konkret faktlar da təsdiq edir. İran bu dövr üçün əsasən üç istiqamətdə fəaliyyət göstərir ki, bu da Yaxın Şərq, Şərqi Avropa və Cənubi Qafqaz məkanının geosiyasi arxitekturasına tektonik təsir göstərir. İlk baxışdan bu, bir az qəribə görünə bilər. …
Read More »YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam etdirilir
Müharibə əlili Əliş Nəbiyevin məişət şəraiti “YAŞAT” Fondu tərəfindən yaxşılaşdırılıb. Fond tərəfindən görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz. Televiziyalarda yayımlanması üçün yüksək keyfiyyətli formada videoçarx – https://we.tl/t-SmlhanLY0T “Youtube” video – https://youtu.be/vNsLYvCu5Q8
Read More »Noyabrın 10-da Qərbi Azərbaycan İcmasının növbəti iclası keçirilmişdir
İclasda İcmanın Media Mərkəzinin strukturu və fəaliyyət istiqamətləri barədə VisionTV-nin baş redaktoru Şöhrət Eldəniz, İcmanın yeni xəbər saytının hazırlanması ilə bağlı İcmanın şöbə müdiri Qalib Qasımov ətraflı məlumat vermişlər. İcmanın şöbə müdiri Miraslan Bəkirli Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz rayonlarına səfəri və həmin rayonlarda məskunlaşmış Qərbi Azərbaycan qaçqınları ilə bağlı görülən işlər barədə məlumat vermişdir. Məsələlər ətrafında müzakirələrdə Qərbi Azərbaycan …
Read More »Şuşanı ziyarət edən türkiyəli qazilərə şəhər uğrunda gedən döyüşlər barədə məlumat verilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının hərbyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşada olublar.Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə Ehtiyatda olan Zabitlər Birliyi, Türkiyə Ehtiyatda olan Gizirlər Birliyi, Türkiyə Müharibə Veteranları Birliyi, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Birliyini təmsil edən qazilər …
Read More »Əliyevdən açıq Güney Azərbaycan mesajı: “40 milyon soydaşımızı dəstəkləyəcəyik”
“Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bildirib. “Hesab edirəm ki, TDT üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daim əsasda diqqətdə …
Read More »“Tərtər işi” üzrə təqsirləndirilən 8 nəfərin cinayət işi prokurorluğa qaytarılıb
“Tərtər işi” üzrə təqsirləndirilən 8 nəfərin – Natiq Quluzadə, Nicat Rzayev, Zaur Abdullayev, Vəli Xəlilov, Emin Aibov, Yalçın Tarverdizadə, Orxan Babayev və Emil Əliyevin cinayət işi prokurorluğa qaytarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a vəkil Rəsul Cəfərov məlumat verib. O bildirib ki, Gəncə Hərbi Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə icraata xitam verilməsi barədə qərar …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar