Noyabrın 7-də Türkiyənin paytaxtı Ankarada ABŞ Müdafiə Nazirliyinin nümayəndə heyətinin iştirakı ilə Türkiyə-ABŞ Yüksək Səviyyəli Müdafiə Qrupunun toplantısı keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Müsbət və konstruktiv keçən görüşdə ikitərəfli müdafiə, hərbi təlim və müdafiə sənayesi sahəsində əməkdaşlıq, həmçinin regional və qlobal müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib. Növbəti görüşün gələn il ABŞ-da keçirilməsi nəzərdə tutulur.
Read More »Zəfər Günü ərəfəsində türkiyəli qazilər Bakıya səfər edib
Türkiyə Respublikasında fəaliyyət göstərən hərbiyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazandığı şanlı Zəfərin ildönümü ərəfəsində keçiriləcək tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycana səfər ediblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı, Türkiyə Milli Müdafiə Nazirliyinin dəstəyi ilə baş tutan …
Read More »Güneyli güləşçi: “Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm”
Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə feysbukda paylaşım edib. Boyukmillet.com xəbər verir ki, əslən Güney Azərbaycanın Urmiya şəhərindən olan azərbaycanlı pəhləvan sosial şəbəkədə yazıb: “Əzəli Azərbaycan torpağı olan Qarabağ və Şərqi Zəngəzur 8 noyabr Zəfəri ilə əbədi …
Read More »Azərbaycanda sabiq güləşçi avtomobildə yanaraq ölüb
Azərbaycanda sabiq güləşçi avtomobildə yanaraq ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə Bakı-Astara yolunub Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində maşın alovlanmağa başıayıb. Avtomobildə olan bir nəfər xilas edilib. Lakin Salyan rayonunun Qalalı kəndindən olan 74 yaşlı Fəxrəddin İmanovu xilas etmək mümkün olmayıb. O, avtomobildə yanaraq …
Read More »Cəbrayılda DSX-nin hərbi hissəsində hərbi xəstəxana, idman və yaşayış kompleksləri istifadəyə verilib
Noyabr ayının 7-də Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissəsində hərbi xəstəxana, idman və yaşayış kompleksləri xidməti istifadəyə verilib. Bununla əlaqədar təşkil olunan mərasimdə çıxış edən Xidmət rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə yeni inşa edilən hərbi hissə komplekslərinin fəaliyyətə başlaması münasibətilə şəxsi heyəti təbrik edib. Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan …
Read More »Kürdəmirdə şəhid bulağının açılışı olub
Kürdəmirdə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri, şəhid Nəzər Azizovun adını daşıyan ehsan bulağının açılışı olub. Boyukmillet.com xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər. Bulaq şəhid ailəsinin yaxınlarının şəxsi vəsaiti hesabına rayonun Dəyirmanlı kəndində inşa olunub. Mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canını …
Read More »Pakistan səfiri: “Azərbaycanın 2020-ci ilin noyabrında qazandığı qələbə ədalətin qələbəsi idi”
“Azərbaycanın 2020-ci ilin noyabrında qazandığı qələbə ədalətin qələbəsi idi”. Boyukmillet.com xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Xai ölkəmizin Vətən müharibəsində qələbəsinin ildönümü ilə bağlı açıqlamasında deyib. “Bu, qeyri-qanuni işğalın uzun müddət davam edə bilməyəcəyinə və gec-tez işğalçının reallıqla üz-üzə qalacağına sübut idi”. Səfir vurğulayıb ki, bu tarix Pakistanda da qeyd olunur: “Azərbaycan bayraqları Pakistanda dalğalanır. Pakistan hökuməti və xalqı …
Read More »Türkiyədə yol qəzasında 7 nəfər ölüb
Türkiyədə tanker, avtobus və yük avtomobilinin toqquşması nəticəsində 7 nəfər həlak olub. Nəqliyyat vasitələri alovlanmağa başlayıb. Boyukmillet.com “Haber türk”ə istinadən xəbər veir ki, hadisə ölkənin Ağrı şəhərinin Tutak rayonunda baş veirb. Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə 7 nəfərin öldüyünü, 2-si ağır olmaqla 11 nəfərin yaralandığını bildirib.
Read More »Türkiyədə daha bir ağır yol qəzası: 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Türkiyənin Ağrı şəhərində yol-nəqliyyat qəzası baş verib, 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yük maşını ilə sərnişin avtobusu toqquşub. Qəzadan sonra yanğın baş verib. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları gəliblər. Xatırladaq ki, bu gün Türkiyənin Sivas şəhərində də qəza baş verib. Həmin hadisə nəticəsində 3 nəfər ölüb, 27 nəfər yaralanıb.
Read More »Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb
ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanın geniş tərkibli görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb. “Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ikitərəfli görüşü başlayıb”, – məlumatda bildirilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar