Cümə axşamı , 9 Aprel 2026

autor

Sergey Şoyqu: “Səfərbər edilən 300 min nəfərdən 87 mini döyüş bölgələrinə göndərilib”

“Qismən səfərbərlik çərçivəsində orduya çağırılan 300 min nəfərdən 87 mini Ukraynaya döyüş bölgələrinə göndərilib”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, həqiqi hərbi xidmətini başa vuranlar xüsusi hərbi zonaya göndərilməyəcək və onlar tərxisdən sonra evə qayıdacaqlar. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib.

Read More »

NATO Baş katibinin Türkiyəyə səfər tarixi açıqlanıb

NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 4-də Türkiyəyə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, o, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Tərəflərin İsveç və Finlandiyanın Alyansa üzvlüyünü müzakirə edəcəkləri bildirilib. Bundan başqa, onlar Ukraynadakı müharibə barədə fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, İsveçin yeni Baş naziri Ulf Kristerson noyabrın 8-də Türkiyəyə səfər edəcək.

Read More »

İki akademik AMEA Rəyasət Heyətinin üzvlüyündən çıxarılıb

Akademiklər Adil Qəribov və Fikrət Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin üzvlüyündən azad olunublar. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar AMEA-nın Rəyasət Heyətinin iclasında qəbul olunub. Belə ki, iclasda akademiklər Adil Qəribov və Fikrət Əliyevin bu vaxta qədərki səmərəli fəaliyyəti qeyd edilməklə Rəyasət Heyətinin üzvlüyündən azad olunmaları məsələsi həll edilib. Hər iki tanınmış alim AMEA-nın Rəyasət Heyətinin Fəxri …

Read More »

Lənkəranda şəhid övladları üçün “açıq qapı günü” keçirilib

Noyabrın 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladları üçün Zəfər Gününə həsr olunmuş “açıq qapı günü” keçirilib. Boyukmillet.com xəbər verir ki, FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi, nazirliyin İctimaiyyətlə əlaqə idarəsi və Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik …

Read More »

Lukaşenko: “Ermənistanla Azərbaycan arasında münaqişə başa çatmalıdır”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr, o cümlədən Ermənistanla Azərbaycan arasında münaqişə başa çatmalıdır”. Boyukmillet.com Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zasla görüşdə deyib. Məlumata görə, A.Lukaşenko deyib ki, münaqşiələrin dərinləşməsi qəbul edilməzdir və bu məsələ KTMT-nin növbəti sessiyasında ciddi müzakirə olunmalıdır: “Allah etməsin, biz Tacikistan-Qırğızıstan sərhədindəki münaqişəni qızışdıraq. …

Read More »

Azərbaycanda orta aylıq pensiya artırılır

Azərbaycanda orta aylıq pensiya artırılır. Boyukmillet.com-un xəbərinə görə, bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb. Qeyd edilib ki, “Əmək pensiyaları haqqında “1-pensiya №li forma” statistik hesabata əsasən cari ilin 01 yanvar tarixinə ölkə üzrə orta aylıq pensiya məbləği 331,8 manat olduğu halda ilin I yarısında 36,2 manat və ya 10,9% artaraq 368,0 manat təşkil …

Read More »

Milli Məclisdə QHT-lərlə bağlı ictimai dinləmə keçirilir 

Milli Məclisdə “Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda ictimai dinləmə keçirilir. Boyukmillet.com xəbər verir ki, dinləmə qanunverici orqanın İctimai birliklər və dini qurumlar komitəsinin təşəbbüsü ilə baş tutur. Müzakirələrdə deputatlarla yanşı, ölkədə fəaliyyət göstərən bir sıra Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edirlər.

Read More »

Prezident İlham Əliyev Əlcəzairə səfərə gedib

Noyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkəyə səfərə gedib.  Boyukmillet.com xəbər verir ki, Əlcəzair şəhərinin Huari Bumedyen Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini rəsmi şəxslər qarşılayıblar. 

Read More »

Bakı sakininin həbsdə olan qardaşına narkotik aparmasının qarşısı alınıb

Bakı şəhər sakininin həbsdə olan qardaşına narkotik aparmasının qarşısı alınıb. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rauf Əliabbas oğlu İbrahimovla görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Rafiq Əliabbas oğlu İbrahimovun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki şalvarın yan cibində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 1,178 …

Read More »