Cümə axşamı , 9 Aprel 2026

autor

Cəlilabadda Qarabağ müharibəsi şəhidinin xatirəsinə inşa edilən bulağın açılışı olub

Birinci Qarabağ müharibəsi şəhidi Eyvazov Mirzağa Oruc oğlunun xatirəsinə bulaq açılışı olub. Boyukmillet.com xəbər verir ki,bulaq Cəlilabad rayonunun Qarazəncir kəndində tikilib. Açılış mərasimində rayon rəsmiləri, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, şəhid M. Eyvazov 1967-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olub. 1992-ci ildə Qarabağ döyüşləri zamanı şəhadətə yüksəlib.

Read More »

Qarabağda əbədi işıq yandıranlar

Energetik Tahir dayını bir neçə ildir ki, tanıyıram. Hər dəfə Abşeronun hansısa ərazisində kəsinti olanda ilk zəng vurduğum o olurdu. Sonuncu dəfə təxminən 5 aylıq fasilədən sonra iki ay öncə yığmışdım. Hal-əhval tutduqdan sonra ənənəvi sualımı verdim: “Deyəsən, İslam Səfərlidə yenə kəsinti var. Nə zaman yanar?!”. Araya kiçik sükut çökdü. Saniyələr sonra telefondan heç vaxt eşitmədiyim həyəcanlı səslə cavab gəldi. …

Read More »

Baş Prokurorluq: “Gəncə terroru ilə əlaqədar 3 cinayət işinin istintaqı davam etdirilir”

“Gəncə terroru ilə əlaqədar 3 cinayət işinin istintaqı davam etdirilir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Baş Prokurorluğunun bəyanatında bildirilib. “Bəyan edirik ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı …

Read More »

Azərbaycan Prezidenti Qırğız Respublikasına dövlət səfəri edəcək

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-12-də Qırğız Respublikasına dövlət səfəri edəcək. Boyukmillet.com xəbər verir ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Sadır Japarov ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin səmərəli əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər. Səfər çərçivəsində Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də planlaşdırılır. Bundan əlavə, dövlət səfəri çərçivəsində “Qırğızıstan-Azərbaycan Dostluğu” parkının, o cümlədən Heydər Əliyev və Nizami …

Read More »

Şuşada daha 15 yaşayış binasının inşasına başlanılır

Şuşa şəhərində inşa olunacaq yaşayış kompleksinin daha 15 binasının tikintisinə, abadlaşdırılmasına və əlavə texniki qurğuların inşasına dair Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin elan etdiyi açıq tenderin qalibi müəyyən edilib. Ümumilikdə 9 şirkətin təqdim etdiyi təklifləri tender komissiyasının üzvləri qiymətləndirib və komissiyanın qərarı ilə “ARCHİCO” MMC qalib elan olunub. Tender şərtlərinə görə, şirkət avtodayanacaqla birgə, 3-5 mərtəbə olmaqla 15 yaşayış binası …

Read More »

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimləri davam edir 

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı-2022” birgə hərbi təlimləri davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib. Təlimlərin açılış mərasimi Mayor Gela Çedia adına Muxrovani xüsusi məqsədli təlim mərkəzində baş tutub. Açılış mərasimində hər 3 dövlətin himni səsləndirilib. Tədbirdə Gürcüstan Müdafiə Qüvvələrinin komandanının müavini, briqada generalı İrakli Çiçinadze, Gürcüstan Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı …

Read More »

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 30 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsi. 2. “İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (İCİEC) Təsis Müqaviləsi”nin təsdiq edilməsi barədə qanun layihəsi. 3. “İslam Ölkələrinin Standartlar …

Read More »

Gömrük generallarının həbs müddəti uzadılıb

“Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləmiş general-mayoru Ehtiram Xəlilov və Komitənin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi olmuş Məsum Rəsulovun həbs müddətləri uzadılıb. “Report”un məlumatına görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub. Qərara əsasən, E.Xəlilovun həbs müddəti daha 3 ay, M.Rəsulovun həbs müddəti isə daha 4 ay uzadılıb. Qeyd edək ki, hər iki şəxs bu il iyunun …

Read More »

Estoniya Rusiyanı rəsmən terrorçu dövlət kimi tanımağa hazırlaşır

Estoniya Rusiyanı rəsmi şəkildə terrorçu-dövlət kimi tanımağa hazırlaşır. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Estoniya parlamentinin Xarici işlər komitəsindən bildirilib. Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev və başqa şəhərləri raket atəşinə tutub. İlkin məlumata görə, hücum nəticəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

Read More »

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi başlayıb

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı-2022” adlı birgə təlimləri başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfirliyindən bildirilib. Təlimlər Gürcüstanın Muxrovani şəhərində keçirilir. Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə təlimlər hər il təşkil olunur. Xatırladaq ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi …

Read More »