Fransanın paytaxtı Paris şəhərində Qarabağa həsr olunmuş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, Parisdə Şuşa ili çərçivəsində Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) və “Art Council Azerbaijan”ın təşkilatçılığı ilə azərbaycanlı uşaqların əl işlərindən ibarət “Qəlbim Qarabağdır” adlı rəsm sərgisi və beynəlxalq müsabiqələr laureatı, azərbaycanlı pianoçu Səidə Tağızadənin ifasında konsert keçirilib. Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, ADA-nın …
Read More »Gəncədə avtomobil maneə çırpılıb, 2 nəfər xəsarət alıb
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub. Boyukmillet.com xəbər verir ki, hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq maneə çırpılması nəticəsində nəqliyyat vasitəsində olan 1959-cu il təvəllüdlü G.Muxiddinova və 1957-ci il təvəllüdlü Ə.Osmanov xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Read More »Peru mətbuatında Ermənistanın son hərbi təxribatı barədə danışılıb
Perunun aparıcı mətbu orqanlarından olan “La Republica” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları ilə bağlı müsahibəsi dərc olunub. Boyukmillet.com xəbər verir ki, müsahibədə sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində Ermənistanın silahlı qüvvələri tərəfindən törədilən irimiqyaslı hərbi təxribatlar barədə məlumat verilib. Bu təxribatın son iki ayda Ermənistanın silahlı qüvvələri tərəfindən …
Read More »Rusiya Duması Ukraynanın 4 vilayətinin ilhaqı ilə bağlı sazişi təsdiqləyib
Rusiya Dövlət Duması (parlamentin aşağı palatası) Ukraynanın işğal altındakı Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin ilhaqı haqqında sazişi ratifikasiya edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Dumadan bildirilib. Dumanın bugünkü iclasında Rusiya xarici işlər naziri, Rusiya Prezidentinin sözügedən qanun layihəsi ilə bağlı parlamentə təyin etdiyi səlahiyyətli nümayəndəsi Sergey Lavrov çıxış edib. S.Lavrov deputatları həmin qanun layihəsini təsdiqləməyə çağırıb. …
Read More »İrandan Azərbaycana 26 kq narkotik keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 26 kiloqram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-dən məlumat verilib. Oktyabr ayının 2-də saat 03:14-də “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı …
Read More »Maqnit qasırğası daha iki gün davam edəcək
Növbəti iki gündə maqnit qasırğası davam edəcək. Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından verilən məlumata görə, son üç gün ərzində Günəş aktivliyi yüksək səviyyədə olub. Günəş səthində aktiv oblastlarda radiosiqnalların orta təsirli – güclü kəsilmələrinə səbəb olan M və radiosiqnalların daha güclü kəsilmələrini yaradan böyük X1 alışmaları baş verib. Oktyabrın 1-də baş verən üç tac kütlə atılmasının analizi göstərib ki, …
Read More »Ombudsman: “Ermənistan Azərbaycana qarşı müharibə cinayətlərini davam etdirir”
“Ermənistan Azərbaycana qarşı müharibə cinayətlərini davam etdirir”. Boyukmillet.com xəbər verir ki, bu fikir Ombudsman Aparatının yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin üzvləri davamlı olaraq beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cü il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə qarşı …
Read More »Ceyhun Bayramov İsveçrənin dövlət katibini Ararat Mirzoyanla görüşü barədə məlumatlandırıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə dövlət katibi Livia Leunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü barədə məlumatlandırıb. Boyukmillet.com bildirir ki, bunu C.Bayramov tviterdə yazıb. “Mən İsveçrə tərəfinə qonaqpərvərliyə və görüşün yaxşı təşkilinə görə minnətdarlığımı bildirirəm”, – nazir bildirib. Qeyd edək ki, oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib. Görüş, 31 avqust …
Read More »Azərbaycan Prezidenti almaniyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Almaniya bizim üçün vacib tərəfdaş və dost ölkədir. Diplomatik münasibətlərimizin qurulduğu …
Read More »Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib
İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinə yekun vurulub. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, millinin 4 üzvü qələbə qazanaraq finalda iştirak hüququ qazanıb. Məhəmmədəli Aşurəliyev Armandas Kreqzden (Litva) və Artur Avetikyanın (Ermənistan) ardınca gürcüstanlı Levan Demurovi ilə qarşılaşıb. 54 kq çəki dərəcəsində mübarizə aparan boksçu bu dueldən də qalib ayrılıb. O, 4:1 (29:28, 30:27, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar