Cümə axşamı , 9 Aprel 2026

autor

Mövlud Çavuşoğlu: “Azərbaycanla birlikdə tarixi ipək yolunu bərpa etməyə çalışırıq”

“Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə birlikdə tarixi ipək yolunu bərpa etməyə çalışırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, rəsmi Ankara hamı ilə öz dilində danışır: “Məsələn, Yunanıstanla anladığı dildə danışacağıq”.

Read More »

Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfərə gedib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Bolqarıstanın yüksəkvəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Read More »

Milli Məclis bir neçə sazişi ratifikasiya edib – SİYAHI

Milli Məclis bir neçə sazişi ratifikasiya edib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı sənədlər Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra Azərbaycan parlamenti bir neçə sazişi təsdiqləyib. Həmin sənədlər aşağıdakılardır: 1. “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. “Uşaqlara görə alimentin tutulması …

Read More »

Rusiya Ukraynada avtomobil karvanını bombalayıb, azı 23 nəfər ölüb, 28 nəfər yaralanıb

Rusiya Ukraynanın Zaporejye şəhərində mülki vətəndaşları daşıyan avtomobil karvanını bombalayıb, azı 23 nəfər ölüb, 28 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bunu Zaporojye vilayətinin qubernatoru Oleksandr Straux teleqram kanalında yazıb. O bildirib ki, humanitar karvanda gözləyən mülki şəxslər hədəf alınb. O.Straux hücumu terror aktı adlandırıb. Qubernator bildirib ki, sabah, oktyabrın 1-də vilayətdə matəm elan olunacaq.

Read More »

Vəzifəli şəxsin təqsiri nəticəsində artıq ödənilmiş əmək pensiyası onun özündən tutulacaq

Azərbaycanda vəzifəli şəxsin təqsiri nəticəsində artıq ödənilmiş əmək pensiyası onun özündən tutulacaq. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliklə qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, bu qanunun 39.1-ci və 39.1-1-ci maddələrinə əsasən artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulduğu hallar istisna olmaqla, digər hallarda vəzifəli şəxsin təqsiri, …

Read More »

Hərbi prokuror: “Ermənistan silahlı qüvvələrinin cinayətləri ilə bağlı istintaq davam etdirilir”

Ermənistan silahlı qüvvələrinin xalqımıza qarşı cinayətləri ilə bağlı istintaq davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib. “Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə …

Read More »

Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi uzadılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejiminin müddətini oktyabrın 10-dək uzadıb. Boyukmillet.com “Rosaviasiya”nın məlumatına istinadən xəbər verir ki, təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb. Xatırladaq ki, Rusiyanın cənubunda və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq …

Read More »

Müğənni Rəhim Rəhimli vəfat edib

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib. Boyukmillet.com-uun xəbərinə görə, bu barədə Xalq artisti Faiq Ağayev instaqram hesabında yazıb. F.Ağayev R.Rəhimlinin ölüm səbəbini açıqlamayıb. Qeyd edək ki, R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” telekanalının direktoru işləyib. O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. İlkin məlumata görə, musiqiçi ürəktutmadan vəfat edib. Qeyd …

Read More »

Dövlət Agentliyinə yeni Aparat rəhbəri təyin olunub – EKSKLÜZİV

Xudayət Həsənli Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. “Report”un əldə etdiyi məlumata görə, Agentliyin strukturunda yeni kadr təyinatları olub. Belə ki, Natiq İsayev dövlət qulluğunda çalışmanın son yaş həddinə çatdığına görə Agentliyin Aparat rəhbəri vəzifəsindən könüllü pensiyaya çıxıb və onun yerinə Xudayət Həsənli təyin olunub. X.Həsənli daha əvvəl Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru …

Read More »

Rusiya XİN: “Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi üçün səylər davam etdirilir”

“Rusiya tərəfi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi üçün ciddi səylərini davam etdirir, Bakı və İrəvanla əlaqədəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib. Onun sözlərinə görə, Cənubi Qafqazda sabitliyin təminatı üçtərəfli bəyanatın bütün müddəalarının həyata keçirilməsidir: “Söhbət Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının bütün müddəalarının tam yerinə yetirilməsindən gedir. Hazırkı vəziyyətdə regionda iqtisadi-nəqliyyat …

Read More »