Prezident İlham Əliyevin keçmiş kürəkəni, biznesmen Emin Ağalarovun Moskvada üç restoranı bağlanıb. “Moskva restoranlarının açılış və bağlanışları” (“Открытия и закрытия ресторанов Москвы”) adlı “Telegram” kanalı yazıb ki, Moskvadakı “Aviapark” ticarət mərkəzində yerləşən “Edoko”, “Zafferano” və “Forte Bello” restoranları fəaliyyətini dayandırıb. “Agalarov Development”dən TASS agentliyinə bildirilib ki, “AgalarovRest” şirkəti hazırda fokusunu müstəqil layihələrə yönləndirdiyi üçün restoranların fəaliyyətini dayandırıb. Son zamanlar Rusiya ilə Azərbaycan arasında …
Read More »RİNN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib
Nazirlər Kabineti 12 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından “Azərpoçt”, “AzInTelekom”, “Bakı Taksi Xidməti” MMC-lər, “Bakı Telefon Rabitəsi” MMC və onun …
Read More »Deputat: Bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləməli olur
Vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi ailəsinə əvvəlcədən ödənilməlidir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərli komitənin sentyabrın 10-da keçirilən iclsında çıxış edib. O qeyd edib ki, bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləməli olur: “Bu çox uzun müddətdir. Hesab edirəm ki, sosial …
Read More »Fransada yüzlərlə insan vağzal binasına hücum edib
Marseldə 700 nəfər Sen-Şarl dəmir yolu vağzalını ələ keçirməyə cəhd edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Le Figaro” polis orqanlarındakı mənbələrə istinadən bildirib. Məlumata görə, polislər təxminən 700 nəfərin stansiyaya girməsinin qarşısını alıb. Gözyaşardıcı qazın tətbiq edildiyi bildirilir. Aksiyalar siyasi böhran fonunda keçirilir: parlament Baş nazir Fransua Bayruya etimadsızlıq göstərib, Prezident Emmanuel Makron isə hökumətin yeni başçısı vəzifəsinə Sebastyen …
Read More »MN: Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı tədbirlər keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub: “İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”.
Read More »MDB ölkələrinin ictimai səhiyyə sahəsində əməkdaşlığına aid saziş təsdiq ediləcək
Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində əməkdaşlığına aid saziş təsdiq ediləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub. Bildirək ki, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə …
Read More »İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına Yaradıcılıq Evində yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisi 3 hektara yaxındır. Burada “suite” və “standart” tipli olmaqla ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında …
Read More »Qubadlı şəhərinin Baş planı təsdiqlənib
Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Read More »ASCO: “Kəlbəcər” tankeri ilə indiyədək 385 min tona yaxın yük daşınıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Kəlbəcər” tankeri ilə indiyədək 385 min tona yaxın yük daşınıb. Boyukmillet.com ASCO-ya istinadən xəbər verir ki, “Kəlbəcər” tankerinin istismara verildiyi 4 il ərzində bu gəmi ilə müxtəlif limanlara ümumilikdə 61 səfər həyata keçirilib. Bu səfərlər çərçivəsində tankerlə 384,443 ton neft və neft məhsulu daşınıb. Hazırda xarici sularda üzən “Kəlbəcər” gəmisinin yükgötürmə qabiliyyəti 7 800 ton, uzunluğu 141, eni 16,9 metrdir. Xatırladaq ki, “Kəlbəcər” tankerinin istismara verilməsindən 4 il ötür. ASCO-nun …
Read More »Milli Məclislə ABŞ Konqresi arasında əlaqələrin inkişafı üçün xüsusi tədbirlər həyata keçiriləcək
Milli Məclislə ABŞ Konqresi arasında əlaqələrin inkişafı üçün xüsusi tədbirlər həyata keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bugünkü iclasında deyib. Onun sözlərinə görə, bu addım avqustun 8-də ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən görüşə dəstək məqsədi daşıyır. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar