Cümə axşamı , 9 Aprel 2026

autor

Azərbaycan MN: “Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır”

“Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur”. “Yayılan məlumatı qəti surətdə təkzib edirik. Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır”, – məlumatda qeyd edilib.

Read More »

Mətbuat Şurasının VIII qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Mətbuat Şurasının VIII qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, qurultayda məktubu Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev oxuyub. Müraciətdə deyilir: “Möhtərəm cənab Prezident! Sizi Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları adından salamlamaqdan məmnunluq duyuruq. Azərbaycan jurnalistikası xalqımızın çoxəsrlik adət-ənənələrinin yaşadılmasında, müstəqillik ideyasının təşəkkülündə fəal rol oynamış, tarixi missiya yerinə yetirmişdir. Əsası dahi mütəfəkkir Həsən bəy …

Read More »

İsmail Demir: “Türkiyənin F-35 proqramından çıxarılması haqsızlıqdır”

“Türkiyənin F-35 proqramından çıxarılması haqsızlıqdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayəsi naziri İsmail Demir “CNN Türk”ə müsahibəsində deyib. O bildirib ki, S-400 hava hücumundan müdafiə sistemləri məsələsi sadəcə bəhanədir: “Bu, bizi proqramdan çıxaranlar üçün maddi itkidir. Həmin proqrama qayıtmağımız hər kəsin xeyrinədir. Amma durub bunu düşünməyəcəyik, işimizlə məşğul olacağıq”. Nazir həmçinin F-35 proqramı ilə məsələnin bundan sonra da …

Read More »

Azərbaycan və İndoneziya prezidentləri arasında məktub mübadiləsi olub

Azərbaycan və İndoneziya prezidentləri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olması münasibətilə məktub mübadiləsi həyata keçiriblər. Boyukmillet.com xəbər verir ki, İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir: “Zati-aliləri. Bu əlamətdar gün – 1992-ci il sentyabrın 24-də İndoneziya Respublikası ilə Azərbaycan Respublikası arasında qurulan diplomatik əlaqələrin 30-cu ildönümü münasibətilə İndoneziya hökuməti və xalqı …

Read More »

İlham Əliyev: “Hazırda Azərbaycan-İndoneziya əlaqələrinin keyfiyyətcə yeni pilləyə qaldırılması üçün yaxşı imkanlar var”

“Ötən onilliklər ərzində qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-İndoneziya əlaqələrinin yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin keyfiyyətcə yeni pilləyə qaldırılması, əlaqələrimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkanlar var”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə …

Read More »

Yasemin Özdemir Heydər Əliyev adına Mədəniyyət Evini ziyarət etdi

Akparti Qadın Qolunun rəhbəri, Heydər Əliyev adına Mədəniyyət Evini ziyarət etdi. Sentyabrın 20-də Akparti Qadın Qolunun rəhbəri, Usta Memar Xanım Yasemin Özdemir ilə, idarə Heyətinin üzvləri İpar Katre, Necla Timurtaş və Ülkü Hür Heydər Əliyev adına Mədəniyyət Evimində olub, çox səmimi və önəmli söhbət edərək fikir mübadiləsi aparıblar. Bu illər ərzində apardığımız işlərlə bağlı geniş məlumat verdik. Sonda kitabxanamıza baş çəkərək …

Read More »

Ceyhun Bayramov İsveçin XİN başçısı ilə Ermənistanın sərhəddə son təxribatlarını müzakirə edib

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Ann Linde ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı tviterdə yazıb. “İsveçin xarici işlər naziri Ann Linde ilə görüşməkdən məmnunam. Ermənistan tərəfindən alovlandırılan eskalasiya barədə məlumat verdim və Azərbaycanın sülh yoluna sadiqliyini bir daha bildirdim. …

Read More »

Parisdə Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasına həsr edilmiş tədbir keçirilib

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Fransanın paytaxtı Parisdə Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasına həsr edilmiş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun İcraçı Direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər …

Read More »

Ceyhun Bayramov Pakistanın XİN başçısı ilə görüşüb

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı tviterdə yazıb. “BMT Baş Assambleyası çərçivəsində qardaş Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşməkdən çox şadam. Əminəm ki, ölkələrimiz arasında strateji əlaqələr və əməkdaşlıq …

Read More »

Bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayı keçiriləcək

Bu gün Bakıda, Beynəlxalq Muğam Mərkəzində Mətbuat Şurasının VIII qurultayı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib. Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək. Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında …

Read More »