Cümə axşamı , 9 Aprel 2026

autor

Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb

Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb. Boyukmillet.com xəbər verir ki, sentyabrın 23-ü saat 19:30-dan saat 23:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əmənullayev Rəşad …

Read More »

Nyu-York azərbaycanlıları BMT-nin qarşısında aksiya keçiriblər

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də və 13-də Azərbaycanla sərhəddə törətdiyi təxribata etiraz məqsədilə BMT-nin ABŞ-ın Nyu-York şəhərindəki mənzil-qərargahı önündə aksiya keçirilib. Boyukmillet.com xəbər verir ki, dinc aksiya Nyu-Yorkda yaşayan həmyerlilərimizin təşəbbüsü ilə baş tutub. Əllərində Azərbaycan və Türkiyə bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar tutan həmvətənlərimiz BMT-dən ədalət tələb edirlər. Onlar ətrafdan keçən yerli və xarici diplomatları, yerli və beynəlxalq …

Read More »

Adil Əliyev MDB PA-nın Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini seçilib

Sentyabrın 23-də Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda çıxış edən Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev dövlətlərin sülh içində birgə yaşamalı olduğunu, bir-birinin sərhədlərinə hörmətlə yanaşmasının zəruriliyini diqqətə çatdırıb. Ölkələrarası münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun tənzimlənməli olduğunu qeyd edən Milli …

Read More »

Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı

Bu gün Finlandiyanın paytaxtı Helsinki də “Avropanın dəyişən təhlükəsizlik arxitekturasında ATƏT və onun Parlament Assambleyasının rolu” mövzusunda keçirilən seminarda iştirak edən Azərbaycanın ATƏT PA- da nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadiyyat və Ekologiya komitəsinin sədri Azay Quliyev çıxış edib. Boyukmillet.com xəbər verir ki, Azay Quliyev çıxışında ATƏT- tənqid edib və bildirib ki, ATƏT ərazisində təhlükəsizlik arxitekturasının zədələnməsinin və Helsinki dekoloqunun heçə sayılmasının …

Read More »

“Vətəndaş Həmrəyliyi bu günün, gələcəyin ideologiyasıdır”

Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Vətəndaş Həmrəyliyi Partiyasının 30-cu ildönümündə VHP-nin yarandığı gündən bu günə qədər başçılıq edən bir adam kimi sizlərə üz tutmaq qürurlu bir işdir. Bu təkcə siyasi tale deyil, həm də ömrün hədiyyəsidir. Arxada qalan 30 ili yada salanda ilk növbədə 1992-ci il sentyabr ayının 26-da Gənc Tamaşaçılar Teatrında keçirilən təsis qurultayında iştirak edən …

Read More »

Azərbaycan MN: “Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub”

“Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı, Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən …

Read More »

Zelenski: “Putin artıq müharibəni uduzub”

Prezident Volodimir Zelenski əmindir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə artıq uduzub. Boyukmillet.com xəbər verir ki, o, bu fikri Almaniyanın “Bild” portalına müsahibəsində bildirib. “Dünyada hələ də başa düşməyən dövlətlər var ki, Putin artıq bu müharibəni uduzub. Tarixən o, uduzub. Ukraynaya yox. İndi o, artıq dövlətinə uduzub, bütün dünyaya uduzub. O, demokratiyaya uduzub. Yəni, ümumiyyətlə, onun müharibəsi uduzub”, …

Read More »

Ceyhun Bayramov: “Mərakeşlə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirəm”

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Nyu York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlıq və mərakeşli mühacirlər naziri Nasser Bourita ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ceyhun Bayramov tviter hesabında yazıb. “Uzunmüddətli Azərbaycan-Mərakeş ikitərəfli və çoxtərəfli əlaqələri mühüm sərvətdir və mən əməkdaşlığın daha da inkişafı edəcəyinə …

Read More »

Qanun pozuntularından çəkindirmək məqsədilə 65 nəfərə və ya vəzifəli şəxsə xəbərdarlıq olunub

2021-ci il və 2022-ci ilin ilk 6 ayı ərzində “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qanun pozuntularından çəkindirmək məqsədi ilə 65 vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş prokurorun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov rəsmi mətbuata məqaləsində qeyd edib. “2021-ci il və 2022-ci ilin ilk 6 ayı ərzində Baş …

Read More »

Baş prokurorun müavini: “Azərbaycanda vurulmuş ziyanın ödənilməsində irəliləyişlər baş verib”

Azərbaycanda aparılmış islahatlar və görülmüş işlər nəticəsində cinayət aktivlərinin bərpası və vurulmuş ziyanın ödənilməsində əvvəlki illərlə müqayisədə əhəmiyyətli irəliləyişlər baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş prokurorun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov rəsmi mətbuata məqaləsində qeyd edib. “Belə ki, keçən müddət ərzində dövlət büdcəsinə vurulmuş ziyanın əvəzi olaraq 162 milyon 639 min 756,04 manat və …

Read More »