Bu gün Azərbaycana payız fəsli daxil olub. Boyukmillet.com xəbər verir ki, saat 05:03-də gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin şimal yarımkürəsində payız fəsli başlayıb. Bu gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir və həmin andan şimal yarımkürəsində payız fəsli başlayır. Xatırladaq ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-dək davam edəcək. Dekabrın 22-si saat …
Read More »İranda təhlükəsizlik qüvvələri nümayişləri dağıdıb, bir neçə nəfər həbs edilib
Cümə axşamı İranın paytaxtı Tehran, habelə Təbriz, İsfahan və digər şəhərlərində polislə küçə nümayişçiləri arasında toqquşmalar baş verib. Boyukmillet.com xəbər verir ki, güc strukturunun əməkdaşları tələbə təşkilatları və hüquq müdafiəçilərinin çağırışı ilə keçirilən aksiyada bir neçə nəfəri həbs edib. İranın paytaxtı və digər şəhərlərində iğtişaşlar altı gündür davam edir. Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları ilə toqquşmalarda 30-dan çox insan həlak …
Read More »BMT Baş Assambleyası 77-ci sessiyasının prezidenti Azərbaycana təşəkkür edib
BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi Azərbaycana Qoşulmama Hərəkatına sədr kimi aktiv liderliyinə görə təşəkkür edib. Bu barədə “Report” Tsaba Körösinin tviter hesabına istinadən xəbər verir. O, qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 77-ci Baş Assambleyasında iştirak üçün ABŞ-ın Nyu York şəhərində səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Tsaba Körösi Azərbaycana Qoşulmama Hərəkatına sədr kimi aktiv …
Read More »Moldova parlamenti Qavrilitsa hökumətinin istefasını dəstəkləməyib
Moldova parlamenti deputatlarının əksəriyyəti müxalifətdə olan Kommunistlər və Sosialistlər blokunun təşəbbüsü ilə Natalya Qavrilitsa hökumətinə etimadsızlıq səsverməsini dəstəkləməyib. Boyukmillet.com xəbər verir ki, cümə axşamı iclasda iştirak edən 75 deputatdan 30-u bunun lehinə səs verib. “Etimadsızlıq səsverməsi lazımi sayda səs toplamayıb, səsvermə uğursuz olub. Hökumət parlamentin dəstəyindən istifadə edir”, – qanunverici orqanın sədr müavini Mixay Popşoy bildirib. Hökumətin istefasını istəyən deputatlar …
Read More »Ceyhun Bayramov əlcəzairli həmkarı ilə Qoşulmama Hərəkatı ilə bağlı fikir mübadiləsi aparıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) 77-ci Baş Assambleyasında iştirak üçün ABŞ-ın Nyu York şəhərində səfərdə olan Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, nazirlər beynəlxalq gərginlik fonunda Qoşulmama Hərəkatının fəaliyyətinin daha da aktivləşməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Read More »Zelenskidən Rusiya vətəndaşlarına səfərbərliklə bağlı müraciət: “Etiraz edin ya da əsir düşün”
Prezident Volodimir Zelenski Rusiya vətəndaşlarına Ukraynaya qarşı müharibəyə səfərbərliklə bağlı müraciət edərək onları etiraz etməyə və ya əsir düşməyə çağırıb. Bu barədə Boyukmillet.com UNİAN-a istinadən xəbər verir. “Rusiya danışıqlar aparmaq istədiyini bildirəndə özü səfərbərlik elan edir… Rusiya hər hansı psevdoreferendum keçirdikdən sonra Ukraynanın diplomatik prosesin mümkünsüzlüyü ilə bağlı dəqiq mövqeyini bilir… Hər şey hamıya aydındır. Rusiya özü də danışıqlar perspektivini öz əlləri …
Read More »Ceyhun Bayramov İƏT-ə Azərbaycana geniş və davamlı dəstəyinə görə təşəkkür edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə görüşündə İƏT-ə Ermənistanın işğalı dövründə Azərbaycana dəstəyinə görə təşəkkür edib. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Məlumata görə, Pakistanın sədrliyi ilə keçirilmiş görüşdə Ceyhun Bayramov çıxış …
Read More »Bakıda iki qardaş bıçaqlanıb
Bakının Nizami rayonunda iki nəfər bıçaqlanıb. Boyukmillet.com xəbər verir ki, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında 1982-ci il təvəllüdlü Mirzəyev Emin Möhtərəm oğlu və qardaşı 1987-ci il təvəllüdlü Mirzəyev Ramin Möhtərəm oğlu mübahisə zəminində bıçaqlanıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Ceyhun Bayramov ATƏT sədri ilə Ermənistanın təxribatı barədə fikir mübadiləsi aparıb
Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri qismində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə Ermənistanın təxribatı barədə fikir mübadiləsi aparıb. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Nazirlər ATƏT çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bununla …
Read More »Azərbaycan Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib
Azərbaycan Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov tviterdə bildirib. Nazir müavini qeyd edib ki, Azərbaycan tərəfi Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti tədbirlərə əməl etmədiyini sübut edən məlumatlarla əlaqədar Beynəlxalq Ədalət Məhkəməsinə bu gün məktub təqdim edib. “Ümid edirik …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar