“Belə həssas bir məqamda, kövrək sülhün əldə edilməsi şansı varkən əsassız iddialar səsləndirilərək revanşistlərə “nəfəs verilməsi” siyasi məsuliyyətsizlikdir. Bunu başqa cür adlandırmaq çətindir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Real TV”yə müsahibəsində deyib. O bildirib ki, müxtəlif ölkələrin ikili standartları adətən həmin ölkələrdəki seçkilər ərəfəsində özünü büruzə verir. C.Bayramov vurğulayıb ki, həm Fransada, həm ABŞ-da, …
Read More »Ceyhun Bayramov: “Bizim yanaşmamız ABŞ tərəfindən yüksək qiymətləndirilib”
“Biz sülh gündəliyimizə sadiqliyimizi nümayiş etdirdik, sülh müqaviləsi üzrə görüşün keçirilməsi təklifimizin qüvvədə olduğunu bildirdik. Bizim bu yanaşmamız ABŞ tərəfindən də yüksək qiymətləndirilib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov REAL TV-yə açıqlamasında bildirib. O vurğulayıb ki, rəsmi Bakı bölgədə sülh və sabitliyin bərpasını istəyir. “Dövlət Departamentinin açıqlamasına diqqət yetirsəniz, orada da tərəflərə sülh müqaviləsi üzrə danışıqları …
Read More »Azərbaycan XİN başçısı: “Ermənistan sülh gündəliyinə yönəlməlidir”
“Ermənistan konstruktiv olaraq sülh gündəliyinə yönəlməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Real TV”yə müsahibəsində deyib. “Ermənistanın dediyi sözlə əməli arasında fərq var. Ermənistan sözdə sülh prosesinə sadiqliyini ifadə edir. Onlar delimitasiya prosesinin aparılmasının tərəfdarı olduğunu deyirlər. Amma Ermənistan Təhlükəsizlik Şurasının baş katibi bu ilin iyul ayında etiraf etmişdi ki, terrorçular hələ Qarabağdan çıxarılmayıb. Deməli, …
Read More »Sabah “Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq
Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq. Boyukmillet.com xəbər verir ki, aksiya “Facebook” və “İnstagram” sosial şəbəkələri üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə hər iki sosial şəbəkə vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Suallar baş direktor …
Read More »Zabux kənd tam orta məktəbin binası əsaslı təmir və bərpa ediləcək – SƏRƏNCAM
Prezident İlham Əliyev Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Elm və Təhsil …
Read More »Laçın şəhəri 2 nömrəli tam orta məktəbin binası əsaslı təmir olunacaq
Prezident İlham Əliyev Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan …
Read More »Laçında top mərmiləri aşkarlanıb
Laçında top mərmiləri aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd edilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində 2 ədəd top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Read More »MN: “Ermənistanın diversiya qrupu bölmələrimizə basqın etməyə cəhd göstərib, təxribatın qarşısı alınıb”
Sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub. Ermənistan silahlı qüvvələrinin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri …
Read More »Əvəz Zeynallı və Elnur Şükürova qarşı yeni ittiham irəli sürülüb, bir nəfər isə axtarışa verilib
İnternet kanallarının rəhbəri – Əvəz Zeynallı və Elnur Şükürova qarşı yeni ittiham irəli sürülüb, bir nəfər isə axtarışa verilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) baş direktoru Zeynalov Əvəz Tapdıq oğlu, “Səda TV” MMC-nin direktor müavini olmaqla faktiki olaraq eyni adlı internet kanalının rəhbəri Şükürov Elnur Zakir oğlu və Sadıqov Elçin Əli …
Read More »Sentyabr döyüşlərində yaralanan hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb
Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması zamanı xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsinə başlanılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və Dövlət …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar