Azərbaycanda yeni medallar təsis edilir. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib. Toplantıda deputatlar “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsini birinci oxunuşda …
Read More »Məşhur bəstəkar Cavanşir Quliyev 19 ildən sonra xaricdən Azərbaycana köçüb
Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçüb. Bu barədə bəstəkarın özü məlumat verib. 19 ildir Şimali Kiprin Yakın Doğu Universitetində çalışan professor C.Quliyev bundan sonrakı həyat və yaradıcılığını yenidən doğma Vətəndə davam etdirmək qərarına gəlib. O, son illər yazdığı irihəcmli əsərləri ifa etdirmək və lentə yazdırmaq zərurəti ilə qarşılaşdığından yenidən Vətənə qayıtdığını bildirib: “Mən Azərbaycan …
Read More »Rusiya vətəndaşları səfərbərlikdən sonra kütləvi şəkildə Finlandiyaya gedir
Rusiyada qismən səfərbərlik elan edildikdən sonra çağırış yaşında olan daha çox kişi ölkəni tərk edərək Finlandiyaya getməyə başlayıb. Boyukmillet.com “Pravda.com.ua”ya istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Yussi Tanner bildirib. “Rusiyanı tərk etmək istəyinin olduğunu göstərən ərizələr çoxdur, lakin geri qayıtmaq üçün şərtlər yerinə yetirilmir. O zaman da viza verilməsi ilə bağlı qərar mənfi olur”, – …
Read More »Ceyhun Bayramov Monqolustan, Suriya və Somalinin XİN başçıları ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Monqolustanın xarici işlər naziri Battsetseq Batmunx, Suriya Ərəb Respublikasının xarici işlər və xaricdə yaşayan suriyalılar üzrə naziri Fayssal Mekdad, Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abşir Omar Huruse ilə görüşlər keçirib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata …
Read More »ABŞ-ın Oklahoma ştatının qubernatoru Azərbaycan Ordusu ilə tərəfdaşlıq barədə bəyannamə yayıb
ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Skitt Azərbaycan Ordusu ilə tərəfdaşlıqla bağlı bəyannamə yayıb. Boyukmillet.com -un xəbərinə görə, bəyannamə Oklahoma Ştatı Milli Qvardiyası ilə Azərbaycan ordusu arasında Dövlət Tərəfdaşlığı Proqramının 20 illiyi münasibətilə imzalanıb. Bəyannamədə Azərbaycanın 1991-ci ilin 18 oktyabrında müstəqilliyini elan etməsi, ABŞ-la, o cümlədən Oklahoma ştatı ilə müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi vurğulanıb. Bəyannamədə tərəfdaşlığın artması, Oklahoma ştatının və Azərbaycanın …
Read More »Deputat: “Bu, yumşaq desək, qanmazlıq, sərt desək, MİLLİ XƏYANƏTDİR”
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Publika.az-a müsahibə verib. Müsahibəni təqdim edirik. – Əziz müəllim, “Göyçə-Zəngəzur Respublikası” ideyasına münasibətiniz necədir? – Mənfi. Göyçə də, Zəngəzur da və bütün Qərbi Azərbaycan ərazisi də əzəli Azərbaycan torpaqlarıdır və tarix boyu Azərbaycan dövlətlərinin tərkibindən kənarda mövcud olmayıb. Göyçə-Zəngəzurun isə heç vaxt hər hansı bir şəkildə eyni ərazi-inzibati vahiddə mövcudluğu faktı yoxdur. …
Read More »Moldovanın Baş naziri Azərbaycana səfər edəcək
Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrda Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovla bugünkü görüşündə bildirib. Həmçinin oktyabrın 10-12-də Bakıda Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək. Həmin günlərdə ikitərəfli Sahibkarlar Forumu təşkil olunacaq. Forum çərçivəsində hər iki ölkənin investisiya imkanları təqdim olunacaq. …
Read More »Gənc qadının hicaba görə öldürülməsi – İranda etirazlar güclənir
İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin azı 24 ostan və 36 şəhərində nümayişlər keçirilir. Boyukmillet.com xəbər verir ki, aksiyalarda qadınlar xüsusi fəallıq göstərirlər. Onlar İslam Respublikasının siyasətinə və məcburi hicabın tətbiqinə etiraz əlaməti olaraq hicablarını çıxarırlar. İranın Kürdüstan ostanından yaxınlarını ziyarət etmək üçün paytaxt Tehrana gələn M.Əmini “pis taxılmış hicaba” …
Read More »İlham Əliyev: “Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar”
“Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında bildirib. Dövlət başçısı deyib ki, bu gün Ermənistan yaxşı fikirləşməlidir: “Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim …
Read More »İlham Əliyev: “Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik”
“Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında bildirib. “Son aylar ərzində dəfələrlə bizə qarşı hərbi təxribatlar törədilirdi. Təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşənmişdir və bu minalar 2021-ci ildə basdırılmışdır, yəni, müharibədən sonra. Bu, Azərbaycana qarşı açıq terror …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar