Cümə axşamı , 9 Aprel 2026

autor

ABŞ-dan Kiprin rum kəsiminə silah SATIŞI – Türkiyə Xarici İşlər Nazirliyi sərt ETİRAZ ETDİ

Türkiyə ABŞ-ın Kiprin rum kəsiminə qarşı silah embarqosunu ləğv etmək qərarının (2020-ci ilin sentyabrında) əhatə dairəsini genişləndirmək qərarını şiddətlə qınayır.  Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sentyabrın 17-də yaydığı məlumatda deyilir. Ankara Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə həmrəy olduğunu vurğulayaraq, ABŞ administrasiyasının hərəkətlərinin Kıbrıs icmaları üçün bərabər hüquqlar prinsipinə zidd olduğunu qeyd edib:“Vaşinqtonun hərəkətləri Kiprin yunan icmasının barışmaz …

Read More »

Tbilisidə polis ermənilərin Azərbaycan səfirliyinin binası qarşısındakı aksiyasının qarşısını alıb

Gürcüstanın paytaxtı Tbilisidə polis əməkdaşları Azərbaycanın səfirliyi qarşısında ermənilərin aksiya keçirməsinin qarşısını alıb. Boyukmillet.com xəbər verir ki, erməni icmasının nümayəndələri bundan sonra Gürcüstan Xarici İşlər Nazirliyinin binası qarşısına yürüş etməyə cəhd göstəriblər. Təşkilatın sədri Artur Mirzoyan həbs edilib.

Read More »

“Azərbaycan Ordusunun son sərhəd döyüşləri unikal hərbi əməliyyatdır” – RƏY

“Azərbaycan Ordusunun apardığı sonuncu döyüş unikal hərbi əməliyyatdır. Bunu Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatı ilə eyniləşdirirəm”. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı dəniz səviyyəsindən 3 min metrə qədər yüksəklikdə olan ərazidə bir neçə istiqamətdə əməliyyatlar aparması olduqca diqqətəlayiqdir: “Bu cür əməliyyatlarda daha çox hərbi aviasiya …

Read More »

Bakıda məktəbəhazırlıq qruplarına və I sinfə qeydiyyat uzadılıb

2022-2023-cü tədris ili üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinə üzürlü səbəbdən elektron qeydiyyatdan keçə bilməyənlər üçün məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların elektron qeydiyyat prosesi oktyabrın 1-dək uzadılıb. Məktəbəhazırlıq qruplarına və birinci sinfə şagird qəbulunun vaxtının uzadılması hər bir uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədlərinə xidmət edir. …

Read More »

Kipr rum tərəfi adada sürətlə silahlanır – Quzey Kıbrıs XİN-dən sərt TƏPKİ

Güney Kipr Rum Administrasiyasının (GKRY) müdafiə naziri Kıbrıs adasını Yunan adası kimi gördüyünü və Kıbrıs türklərini şəhər və kəndlərindən qovmağı hədəflədiklərini açıq şəkildə bildirir.  Boyukmillet.com xəbər verir ki, bu, Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.Bildirilib ki, Quzey Kıbrıs Türk Cümhuriyyəti iki suveren bərabərhüquqlu dövlət arasında mehriban qonşuluq prinsipi əsasında konstruktiv əməkdaşlıq əlaqələri qurmağı öz …

Read More »

Azərbaycan icması ABŞ Konqresindən Nensi Pelosi ilə bağlı tədbir görülməsini tələb edib

Amerika Azərbaycanlıları Koordinasiya Şurası (AAKŞ) İdarə Heyətinin (İH) üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri ilə bağlı ölkənin rəsmi orqanlarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə bildirilib ki, AAKŞ-ın ABŞ-ın müxtəlif ştatlarında yaşayan İH üzvləri və Azərbaycan diaspor təşkilatlarının liderləri Azərbaycan Respublikasında yaşayan qohumlarının təhlükəsizliyi üçün çox narahatdır: “Biz demokratik prinsiplərin beşiyi olduğuna inandığımız üçün ailələrimizlə …

Read More »

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verdi

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Xarici İşlər Nazirliyi Azərbaycan xalqına başsağlığı verib. “Ermənistanın həyata keçirdiyi təxribatlar nəticəsində Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalarda Azərbaycan ordusunun 50 şəhid verdiyini dərin təəssüf hissi ilə öyrəndik. Azərbaycan Ordusunun qəhrəman şəhidlərinə Allahdan rəhmət, yaxınlarına səbr, qardaş Azərbaycan xalqına başsağlığı diləyirik”, – deyə bildirilib.

Read More »

Ermənistanın XİN başçısı ABŞ-a gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ABŞ-a gedəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. O, Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edəcək. A.Mirzoyanın başqa ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların təmsilçiləri ilə 30-dan artıq görüşü gözlənilir. Qeyd edək ki, bu gün, sentyabrın 19-da ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyası başlayır.

Read More »

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

“Son sutkada Ukraynada Rusiya ordusunun 170 hərbçisi məhv edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 54 650-ə çatıb. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 212 tank, 4 720 zirehli döyüş maşını, 1 313 artilleriya sistemi, 312 reaktiv yaylım atəşi sistemi, 168 …

Read More »

Saleh Məmmədov Qazaxda vətəndaşları qəbul edəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sentyabrın 23-də Qazax rayonunda vətəndaşları qəbul edəcək. Boyukmillet.com xəbər verir ki, qəbul saat 11:00-da Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Qazax, Ağstafa və Tovuz rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyənlərin Qazax rayonu “28 №-li Yol İstismarı”, Ağstafa rayonu “27 №-li Yol İstismarı” və Tovuz rayonu “26 №-li …

Read More »