Cümə axşamı , 9 Aprel 2026

autor

Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib

Naxçıvanda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib. Bu barədə  Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətlərini davam etdirir. “Sentyabrın 16-sı gündüz saatlarında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə …

Read More »

BMT-nin saytında Azərbaycandakı mina problemi barədə bəyanat yerləşdirilib

BMT İnsan Hüquqları Şurasının (UNHRC) rəsmi saytında Cenevrədə yerləşən Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitutunun (IRDG) bəyanatı yerləşdirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, BMT İnsan Hüquqları Şurasının 51-ci sessiyasına təqdim edilən “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın azad olunmuş torpaqlarında təxribatı” adlı bəyanatda Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin tarixi, 30 ilə yaxın müddətdə işğalda qalan Azərbaycan torpaqlarının …

Read More »

Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan əsgərinə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Kəlbəcərdə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğluna şəhid statusu veriləcək. Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, E.Omarov şəhid statusu alacaq. Xatırladaq ki, E.Omarovun həlak olması faktı ilə bağlı Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.

Read More »

Azərbaycandan İrana qanunsuz keçmək istəyən Şri-Lanka vətəndaşları saxlanılıb

Azərbaycandan İrana qanunsuz keçmək istəyən Şri-Lanka vətəndaşları saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, sentyabrın 15-də saat 08:50-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun birinci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan İrana keçmə­yə cəhd edərkən 4 nəfər Şri-Lanka vətəndaşları, 2002-ci il təvəllüdlü İnthirakumar Dishanth, 1981-ci il …

Read More »

Erməni təxribatçılarının Azərbaycan Ordusunun mövqeləri arasında basdırdığı minalar zərərsizləşdirilib

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında genişmiqyaslı təxribatı zamanı qarşı tərəfin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə minaladıqları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilər və təminat yolları mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənir. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Ərazidə aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 100 ədəd …

Read More »

“Səbuhinin yasında dəftər qoyub pul yığırdılar”

“Şəhidin yasından öz məqsədləri, mənafeləri üçün istifadə edən nə qədər vicdansız insanlar var.  Bir neçə hesab açılıb, pullar toplanıb. Heç birindən Sənanın xəbəri yoxdur. Kimlərəsə böyük məbləğdə Sənana çatdırılması üçün pullar verilib. Amma o pullar Sənana çatmayıb”. Boyukmillet.com xəbər verir ki, bu sözləri şəhid-mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu deyib.  O, qeyd edib ki, sosial şəbəkələrdə şəhidin adına yığılan pullar …

Read More »

Avropa Liqası: “Qarabağ”ın oyunu azarkeş sayına görə ilk “5-lik”də yer alıb

UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, 15 matçda ümumilikdə 312 000-dən çox tamaşaçı iştirak edib. İlk “5-lik”də Bakıda “Qarabağ” və Fransanın “Nant” komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 26 495 tərəfdar izləyib. Ən çox fanat isə “Roma” (İtaliya) – “HİK” …

Read More »

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü vəfat edib

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Marifə Əhmədova vəfat edib. M.Əhmədova uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş. O, əvvəllər Lənkəran Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş mühəndisi, eləcə də şəhərin baş memarı vəzifəsində çalışıb. M.Əhmədova həmçinin Lənkəranın girişində yerləşən “Samovar” abidəsinin müəllifi olub.

Read More »

Kəlbəcərdə qəlpə yarası alan mülki şəxslərin son vəziyyəti açıqlanıb

Ermənistan silahlı qüvvələri bölmələrinin Kəlbəcərdə törətdiyi təxribat nəticəsində mərmi partlayışı zamanı sol ayağından qəlpə yarası alan Asim Musayev və topuğundan xəsarət alan Arzuman Orucovun durumu normaldır. A.Musayevin müalicə aldığı xəstəxanadan “Report”un Qərb bürosuna bildirilib ki, o, xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub. Buna baxmayaraq, həkimlərin səyi nəticəsində A.Musayevin ayağını amputasiyadan xilas etmək mümkün olub: “Hazırda onun vəziyyəti stabildir”. Kəlbəcərdə xəsarət alan …

Read More »