Cümə axşamı , 9 Aprel 2026

autor

Şuşada səfərdə olan beynəlxalq səyahətçilər burada aparılan quruculuq işləri ilə tanış olublar

Şuşada səfərdə olan beynəlxalq səyahətçilər burada erməni vandalizmi nəticəsində dağıdılmış yerlərdə Azərbaycanın qısa zaman kəsiyində apardığı quruculuq işləri ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki dağıntılarla təkbaşına mübarizəsi onları heyrətə gətirib. Səyyahlar həmçinin Şuşanın möhtəşəm təbiətindən zövq aldıqlarını da bildiriblər. Sonda Cıdır düzündə olan səyyahlar bu möhtəşəm təbiət mənzərəsinin fonunda xatirə fotoları çəkdiriblər.

Read More »

Şuşada “ASAN xidmət” mərkəzi gələn il fəaliyyətə başlaya bilər

“Şuşada yaradılacaq “ASAN xidmət” mərkəzinin tikinti-təmir işləri gedir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Onun sözlərinə görə, mərkəzin növbəti ildə fəaliyyətə başlaması gözlənilir. Azad edilmiş digər ərazilərdə infrastruktur tədbirlərinin həyata keçirildiyini bildirən agentliyin sədri vaxtı gələndə həmin rayonlarda da “ASAN xidmət” mərkəzlərinin yaradılması məsələsinə baxılacağını diqqətə çatdırıb.

Read More »

Prezident İlham Əliyev Bakıda Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, sanatoriyanın yeni binası Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən inşa olunub. Səhiyyə naziri Teymur Musayev dövlət başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, 1914-cü ildən fəaliyyət göstərən professor Gindes adına Uşaq və Yeniyetmələr …

Read More »

Prezident Bakıda yeni inşa edilən məktəb kompleksində yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksində yaradılan şəraitlə tanış olub. Boyukmillet.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə məktəbdə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, 1928-ci ildə inşa edilən təhsil ocağında müxtəlif illərdə təmir-bərpa işləri görülsə də, sıxlıq səbəbindən məktəbin əsaslı şəkildə yenidən qurulmasına …

Read More »

İlham Əliyev Bakının 35 saylı tam orta məktəbində yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Boyukmillet.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 1931-ci ildən fəaliyyət göstərən 35 nömrəli tam orta məktəb tamamilə yenidən qurulub, təhsil ocağının 1931-1935-ci illərdə inşa edilmiş köhnə korpusu …

Read More »

Ərdoğan: “Putin iradında haqlıdır”

“Rusiyadan hələlik taxıl daşınmır. Ona görə də Rusiya Prezidenti Vladimir Putin iradında haqlıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xorvatiyalı həmkarı Zoran Milanoviçlə birgə keçirdiyi mətbuat konfransında deyib. “Digər tərəfdən, taxıl kasıb yox, zəngin ölkələrə daşınır. Kasıb ölkələrə də taxıl göndərilməlidir. Eyni zamanda, biz istəyirik ki, Rusiyadan da taxıl daşınsın. Bunu gözləyirik. Səmərqənddə Putinlə bu …

Read More »

Oktyabrda bağça müdirlərinin işə qəbulu müsabiqəsi keçiriləcək

“Bağça müdirlərinin işə qəbulu müsabiqəsinin oktyabr ayında keçirilməsi planlaşdırılır”. Boyukmillet.com xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, müsabiqə test və müsahibə mərhələsindən ibarət olacaq: “Bununla məktəbəqədər təhsil müəssisələrinə rəhbər şəxslərin qəbul olunmasında da şəffaflığa …

Read More »

KİV: “Paşinyan komandasına Azərbaycanla sülh sazişi mətni üzərində işin sürətləndirilməsini tapşırıb”

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Belçikanın paytaxtı Brüsseldə görüşdükdən sonra İrəvanda dar çərçivədə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, hökumət başçısı müzakirə iştirakçılarına əldə olunan razılaşmaları ətraflı təqdim edib. “Past” qəzetinin yazdığına görə, N.Paşinyan Azərbaycanla yekun sülh sazişinin mətni üzərində işin sürətləndirilməsini tapşırıb. Məlumatda bildirilib ki, saziş mətninin ilkin variantı noyabrın ortalarına …

Read More »

Azərbaycanda təhsil üçün ianələr edilməsinə imkan yaradılacaq

“Təhsil üçün ianələrin edilməsinə imkan yaradılacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun (TİF) sədri Elnur Nəsibov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Fond ölkə ərazisində və ondan kənarda yaşayan fiziki və hüquqi şəxslərə təşkilatın saytından istifadə etməklə təhsil üçün ianələrin edilməsinə imkan yaradacaq: “İanələri edən fiziki və hüquqi şəxslər açıq va …

Read More »

Yaponiyalı xeyriyyəçi Azərbaycandakı missiyasını bərpa edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq və xeyriyyəçi Akio Kanai ilə görüşüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdikdən sonra məcburi köçkünlərin həyatında yeni bir dövrün başlandığı barədə yaponiyalı qonağa ətraflı məlumat verilib. Qeyd edilib ki, işğaldan …

Read More »