Cümə axşamı , 9 Aprel 2026

autor

Almaniyada iki yüksək vəzifəli şəxs Rusiyaya casusluqda şübhəli bilinir

Almaniyanın İqtisadiyyat Nazirliyində iki yüksək vəzifəli şəxs Rusiyaya casusluqda şübhəli bilinir. Boyukmillet.com xəbər verir ki, məlumatı “Die Zeit” qəzeti yayıb. Qeyd olunub ki, Almaniya daxili kəşfiyyat xidməti enerji təchizatı sahəsində mühüm vəzifələr daşıyan iki məmurun Kremllə əlaqələrini araşdırır. Məlumata görə, ölkənin iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habekin müşavirləri bu ilin əvvəlində kəşfiyyatdan Rusiyaya qarşı sanksiyalara görə dayandırılan “Şimal axını …

Read More »

Bakıda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Bakıda binaların girişlərində quraşdırılan poçt qutularında satmaq üçün narkotik maddə gizlədən şəxs tutulub. Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı əvvəllər məhkum olumuş Ülvi Musayev tutulub. Onun üzərinə baxış zamanı külli miqdarda – 103 qram güclü təsiredici xassəyə malik narkotik maddə olan heroin aşkar olunub. Ü.Musayev ifadəsində …

Read More »

Rusiyada tutulan şəxslər Azərbaycana ekstradisiya edilib

Rusiyada tutulan şəxslər Azərbaycana ekstradisiya edilib. Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Şirvan Şəhər Polis İdarəsinin icraatında olan cinayət işi üzrə Loğman Mütəllimovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin icraatında olan cinayət işi üzrə isə Ruslan İbrahimzadənin xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmələrinə dair əsaslı şübhələr …

Read More »

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak etməyən 456 şagird əlavə imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin bu il keçirdiyi buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 456 9-cu və 11-ci sinif şagirdi, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 4-də əlavə imtahan keçirəcək. Boyukmillet.com xəbər verir ki, bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, …

Read More »

Dövlət Departamenti İranın nüvə sazişinə cavabını qeyri-konstruktiv adlandırıb

Birləşmiş Ştatlar Avropa İttifaqı (Aİ) vasitəsilə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası ilə bağlı mövqeyinə cavabı alıb və bunu konstruktiv hesab etmir. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib. “Biz Aİ vasitəsilə İranın cavabını aldığımızı təsdiqləyə bilərik. Bunu öyrənirik və Aİ vasitəsilə cavab verəcəyik, lakin təəssüf ki, bu, konstruktiv deyil”, – diplomat İran Xarici İşlər …

Read More »

Bacısını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Ağcabədi rayonunda bacısını qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə  rayon prokurorluğundan məlumat verilib. Belə ki, sentyabrın 1-i saat 12 radələrində Ağcabədi rayonu, Xocavənd kənd sakini 1994-cü il təvəllüdlü Vüsalə Quliyevaya yaşadığı evdə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1992-ci il təvəllüdlü Toğrul Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı …

Read More »

Argentinanın Vitse-prezidentinə sui-qəsd cəhdi olub

Argentina Prezidenti Alberto Fernandes ölkənin Vitse-prezidenti Kristina Fernandez de Kirşnerə silah tuşlayan şəxsin hərəkətini sui-qəsd cəhdi adlandırıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Argentina Prezidenti cümə axşamı xalqa müraciətində bildirib. “Bu gün saat 21:00 radələrində (Bakı vaxtı ilə saat 04:00) bir şəxs ölkənin hazırkı vitse-prezidenti və iki dəfə prezidenti olmuş Kristina Fernandes de Kirşnerə sui-qəsdə cəhd edib. Bu, demokratiyanın …

Read More »

Azərbaycan Fransada keçirilən 5-ci beynəlxalq festivalda təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun, ölkəmizin Fransadakı səfirliyinin, Azərbaycanın Dostları Assosiasiyasının (ADA), Paris Azərbaycan Evinin, AZPROMO-nun dəstəyi ilə Parisdə keçirilən 5-ci beynəlxalq qastronomiya festivalında təmsil olunur. Boyukmillet.com xəbər verir ki, festivalda fransalı və xarici qonaqlar Azərbaycan mətbəxi ilə tanış olublar. Məqsəd Azərbaycanı Fransada daha yaxından tanıtmaq, mədəni irsə malik iki xalq arasında dostluq əlaqələrini daha da möhkəmləndirməkdir. Tədbir zamanı qonaqlara Azərbaycan …

Read More »

Ukraynadan İtaliyaya üzən gəmi Türkiyədə qəzaya uğrayıb

Ukraynadan İtaliyaya üzən gəmi Türkiyədə qəzaya uğrayıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb. Üç min ton qarğıdalı ilə üzən “Lady Zehma” quru yük gəmisi İstanbulun Bebek səmtinin yaxınlığında Bosfor boğazından keçərkən çırpılıb. Nəticədə boğazda nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerinə 4 yedək gəmisi göndərilib.

Read More »

“Böyük Qayıdış və yurdlara dönüş” mövzusunda ictimai müzakirə keçirilib

Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşəbbüsü, Azərbaycan Milli QHT Forumunun, Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın və İctimai Nəzarət Mərkəzinin təşkilatçılığı ilə 01 sentyabr 2022-ci ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun konfrans zalında “Böyük Qayıdış və yurdlara dönüş” mövzusunda ictimai müzakirə keçirildi. Tədbir Azərbaycan Milli QHT Forumunun …

Read More »