Cümə axşamı , 9 Aprel 2026

autor

Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və “şikəst” sözləri çıxarılıb

Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və “şikəst” sözləri çıxarılıb. Boyukmillet.com -un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Mülki Məcəllə və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunda əksini tapıb. Belə ki, Məcəllənin 1183.1-ci maddəsində “lal-kardırsa və ya lal-kar” sözləri “nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz …

Read More »

Azərbaycanda son sutkada 499 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 499 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumata görə, son sutkada COVID-19-dan ölən yoxdur. Ölkədə bu günədək ümumilikdə 807 516 nəfər koronavirusa yoluxub. Onlardan 794 225 nəfər müalicə olunaraq sağalıb, 9 784 nəfər vəfat edib, hazırda aktiv xəstə …

Read More »

AMEA Rəyasət Heyətinin iclası keçirilib, qurumun yenidən formalaşdırılması müzakirə olunub

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. Bu barədə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli məlumat verib. O bildirib ki, toplantıda Prezident İlham Əliyevin müvafiq fərmanından irəli gələn məsələlər müzakirə olunub: “İclasda AMEA-nın qarşısında duran məsələlər, yenidən formalaşdırılması və AMEA-nın fəaliyyətinin tənzimlənməsi kimi məsələlərə baxılıb. Tövsiyə xarakterli təkliflər də səsləndirilib. Nizamnamənin hazırlanmasına dair məsələ də müzakirə edilib. Artıq əsas …

Read More »

Türkiyə lideri Zelenskinin ondan nə xahiş etdiyini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskinin ondan nə xahiş etdiyini açıqlayıb. Boyukmillet.com “CNN Türk”ə istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Zaporojyenin təsadüfi məsələ olmadığını deyib. Ərdoğan bildirib ki, hazırda ərazidə ukraynalı mütəxəssisləri var: “Zelenskinin bizdən istədiyi Zaporojyenin Rusiya minalarından təmizlənməsi və mövcud durumda təhdidin azalmasıdır. “Çernobılın təkrarlanmasını istəmirik” deyəndə də bunu nəzərdə tutmuşdum. Bu mövzuda Rusiya Prezidenti …

Read More »

Sabahın hava proqnozu açıqlanıb

Avqustun 20-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub-şərq küləyi əsəcək. Abşeron yarımadasında havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 35-40 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz …

Read More »

Azərbaycan Ordusu helikopterlərlə təlim keçirib

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlimlər keçirilib. Müdafiə Nazirliyindən  verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər. Helikopter ekipajları tərəfindən təlimlər zamanı qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Read More »

Cərrah Anar Əmrahın səhlənkarlığı əməliyyat etdiyi xəstənin ölümünə səbəb oldu – Video

Tanınmış cərrah Anar Əmrahın Respublika Diaqnostika Mərkəzində etdiyi əməliyyat zamanı yol verilən tibbi nöqsanlar xəstənin ölməsi ilə nəticələnib. Əməliyyat zamanı dünyasını dəyişən Məhərrəmova Cəmilə Mahmud qızının Fərhad adlı oğlu Azinforum. az-a açıqlamasında bunları deyib: “Mənim adım Fərhaddır. Azərbaycan Səhiyyəsinin qurbanıyam. Beləki, anam Məhərrəmova Cəmilə Mahmud qızını 31 may tarixində RDM də cərrah Anar Əmrahın başçılığı ilə konorar şuntlama əməliyyatına salmışam. …

Read More »

Ukraynanın Xarkov şəhərinə hücum zamanı ölənlərin sayı 17 nəfərə çatıb, onlarla yaralı var

Ukraynanın Xarkov şəhərinin Saltovski rayonunda yataqxanaya raket hücumu nəticəsində ölənlərin sayı 13 yaşlı yeniyetmə də daxil olmaqla 17 nəfərə çatıb. Hücum zamanı daha 42 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “RBC-Ukraina” Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən xəbər verib. “Gün ərzində xilasedicilər dağılmış evləri sökdülər. Təəssüf ki, dağıntılar altından daha 7 nəfərin meyiti çıxarılıb”, – o …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (19.08.2022)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,90 % azalaraq 1,7129 manat, Rusiya rublunun məzənnəsi isə 0,71% irəliləyərək 0,0283 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,71291 Rusiya rublu0,02831 Avstraliya dolları1,17461 Argentina pesosu0,01251 Belarus rublu0,67361 Braziliya rialı0,32891 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1005100 Cənubi Koreya vonu0,12811 Çexiya kronu0,0696100 Çili pesosu0,18291 Çin yuanı0,24961 Danimarka kronu0,23031 Gürcü larisi0,60711 …

Read More »