“Goal+”ın təşkilatçılığı, AFFA və digər özəl şirkətlərin dəstəyi ilə 9 iyul – 15 Avqust tarixlərini əhatə edən “Yay Festivalı”nın Bakı Su İdman Sarayında bağlanış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, 500 dən çox gəncin iştirakı ilə keçirilən layihə çərçivəsində 35 gün ərzində iki yaş kateqoriyası üzrə futbol turnirləri, çimərlik voleybolu, basketbol və e-sport yarışları keçirilib. Layihənin əsas məqsədi sağlam həyat …
Read More »Ermənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanılıb
Ermənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bir sıra media və sosial şəbəkə səhifələrində Azərbaycanın Laçın, Xocalı və digər rayonlarında ekoloji mühiti çirkləndirməklə ekosistemə zərər vurmaq məqsədilə müxtəlif yandırıcı material və maddələrdən istifadə edilərək meşələrin, yaşayış evlərinin yandırılmasını əks etdirən videogörüntülər və fotolar yayılıb: “Yayımlanan məlumatlarla bağlı …
Read More »Türkmənistanın yeni səfiri İlham Əliyevin qəbulunda Azərbaycan dilində danışıb
Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən Azərbaycan dilində danışıb. Boyukmillet.com xəbər verir ki, səfiri salamlayan Prezident İlham Əliyev deyib: “Xoş gəlmisiniz, sizi görməyimə şadam. Mənə indi dedilər ki, siz Azərbaycan dilini çox yaxşı bilirsiniz və bizim söhbətimiz də Azərbaycanca olacaq. Bu, əlavə məmnunluq yaradan bir amildir. Bizim dillərimiz bir-birinə oxşayır, …
Read More »İran hərbi nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri təşkil olunub
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti işğaldan azad edilmiş ərazilərə səfər edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan tərəfindən raket və ağır artilleriya hücumlarına məruz qalan Bərdə və Tərtər rayonlarında olub. İranın Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfər avqustun 20-dək davam edəcək.
Read More »Prezident: “Azərbaycanla Türkmənistan arasında əlaqələr xalqlarımızın iradəsi əsasında qurulub”
“Ölkələrimiz arasındakı əlaqələr çox yüksək səviyyədədir. Bu əlaqələr xalqlarımızın iradəsi əsasında qurulubdur. Son illərdə həm qarşılıqlı səfərlər, həm əldə edilmiş razılaşmalar Azərbaycan-Türkmənistan əlaqələrini daha yüksək pilləyə qaldırıbdır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın ölkəmizdəki yeni səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul etməsi ilə əlaqədar keçirilən görüşdə söyləyib. “Bildiyiniz kimi, mənim bu yaxınlarda Türkmənistana səfərim, səfər zamanı …
Read More »Ukraynada azərbaycanlı döyüşçü həlak olub
Ukraynada döyüşlərdə azərbaycanlı döyüşçü həlak olub. Ukraynanın Zaparoje vilayətinin Azərbaycanlılar Konqresinin sədri Vahid Təhməzovun “Report”un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, bu, əslən Zəngilan rayonundan olan, Ukraynada “Gürcü legionu”nun əsgəri Ağalarov Elşad Ağalar oğludur. O, Donetsk vilayəti istiqamətində həlak olub. V.Təhməzov bildirib ki, hazırda konqres onun cənazəsinin Azərbaycana göndərilməsi məsələləri ilə məşğuldur.
Read More »Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı 1000-ə yaxın mina aşkarlanıb
Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib. Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb …
Read More »DSX generalı: “Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur”
“Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. DSX delimitasiya üzrə müvafiq komissiyada fəaliyyət göstərir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək: “Daha sonra isə bütün məsələlərdə olduğu kimi, bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına …
Read More »Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə xəbərdarlıq edib
“Son vaxtlar sosial şəbəkələri monitorinq etdikdə biz müəyyən qrupların, ayrı-ayrı şəxslərin özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini elan edən reklamlarını görürük”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib. Onun sözlərinə görə, sanki mövsüm gələndə hamı …
Read More »DSX rəhbərliyi Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması halları ilə bağlı açıqlama verib
“Mütəmadi olaraq Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimin pozulması halları qeydə alınır. Belə faktlar mövcuddur”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, hətta bir neçə halda Ermənistan Silahlı Qüvvələri tərəfindən terror-pozuculuq fəaliyyəti də qeydə alınıb: “Onun da qarşısı qətiyyətlə alınıb. Bölmələrimiz tərəfindən adekvat tədbirlər görülüb. DSX …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar