Cümə axşamı , 9 Aprel 2026

autor

Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisi yekunlaşıb

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir. Boyukmillet.com  xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb. Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kubmetr həcmində qazma-tökmə işləri, 1.3 milyon kubmetr həcmində qaya partlatma işləri yerinə …

Read More »

Oktyabrda Azərbaycanda Türk Dövlətləri Təşkilatının dini liderlərinin görüşü keçiriləcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 11-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib. Bu barədə  QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib. Şeyxülislam A.Paşazadə Bağdad Amreyevi Azərbaycanda görməkdən şad olduğunu bildirib. Amreyevin rəhbərlik etdiyi Türk Dövlətləri Təşkilatının böyük və dəyərli işlər gördüyünü qeyd edən QMİ sədri A.Paşazadə son illər türk birliyinin güclənməsi yönündə atılan addımların əhəmiyyətindən danışıb. …

Read More »

Rayonlarda temperatur 42 dərəcəyədək yüksələcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında avqustun 11-dən 18-dək havanın maksimal temperaturunun 35-37° isti, bəzi yerlərdə 39°-dək yüksələcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın rayonlarında avqustun 11-dən 18-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 35-39°, bəzi yerlərdə 41-42° isti, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.

Read More »

Bir qrup QHT nümayəndəsi Azərbaycan səfirliyinə hücumu pisləyib

Biz – Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi istiqamətində fəaliyyət göstərən bir qrup QHT nümayəndəsi olaraq avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dindarların hücumunu və onların törətdiyi vandalizm aktını pisləyir, bayrağımıza, səfirliyin əməkdaşlarına və binasına qarşı edilən hərəkətləri həm Böyük Britaniyanın imicinə zərbə vurduğunu, həm də beynəlxalq və onun ayrılmaz hissəsi olan diplomatik hüquqa zidd olduğunu …

Read More »

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırmalara başlanılıb – EKSKLÜZİV

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırmalara başlanılıb. Boyukmillet.com xəbər verir ki, hazırda İdarə tərəfindən xəstəxanada araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Bildirilib ki, araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.

Read More »

Rusiya XİN: “Laçın dəhlizi məsələsi üçtərəfli razılaşma əsasında həllini tapmalıdır”

Rusiya Xarici İşlər Nazirliyi Cənubi Qafqazdakı son proseslərə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə danışıb. “Regiondakı vəziyyət hələ də Moskvanın diqqət mərkəzindədir. Bütün məsələlər, o cümlədən Laçın dəhlizi ilə bağlı məqam üçtərəfli razılaşma əsasında həll edilməlidir”, – o deyib. İ.Neçaev xatırladıb ki, Rusiya tərəflərlə daim təmasdadır.

Read More »

Rusiya XİN Nikol Paşinyana cavab verib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə iddialarına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, nazirliyin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə bununla bağlı sualı cavablandırıb. “Biz Rusiya sülhməramlılarının tənqid edilməsini əsassız hesab edirik. Sülhməramlılar vəziyyəti sabitləşdirmək üçün fəal işləyirlər. Onların rolu Bakı və İrəvanda …

Read More »

Malidə silahlıların hücumu zamanı 42 hərbçi həlak olub, 3 günlük matəm elan edilib

Mali hakimiyyəti ölkənin şərqində silahlıların hücumu nəticəsində 42 hərbçinin öldüyünü təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “France-Presse” (AFP) Mali hökumətinin bəyanatına istinadən məlumat yayıb. Qeyd olunur ki, silahlılarla qarşıdurma zamanı Mali təhlükəsizlik qüvvələri hücum edənlər arasından 37 nəfəri məhv etməyə nail olub. Respublika hakmiyyəti həlak olan hərbçilərin xatirəsinə ehtiram əlaməti olaraq üç günlük matəm elan edilib. Silahlıların hücumu avqustun …

Read More »

Azərbaycan səfiri Kolumbiya Prezidenti ilə ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycanın Latın Amerikası ölkələrindəki səfiri Məmməd Talıbov Kolumbiyanın yeni seçilmiş Prezidenti Qustavo Petro ilə görüşüb. Boyukmillet.com-un xəbərinə görə, səfir bu barədə tviter hesabında bildirib. M.Talıbov qeyd edib ki, Kolumbiya Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin ən xoş arzularını çatdırıb. “Biz ikitərəfli münasibətlərimizin əhəmiyyətindən və əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən iqtisadi potensialından danışdıq”, – səfir qeyd edib. Azərbaycanın Latın Amerikası ölkələrindəki səfiri …

Read More »