Cümə axşamı , 9 Aprel 2026

autor

Türkiyədə Dezinformasiyalarla Mübarizə Mərkəzi yaradılıb

Türkiyədə Dezinformasiyalarla Mübarizə Mərkəzi yaradılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun tviter səhifəsində yazıb. Onun sözlərinə görə, İdris Kardaş mərkəzin koordinatoru təyin olunub. F.Altun bildirib ki, məqsəd Türkiyəyə qarşı aparılan sistemli dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmaqdır.

Read More »

Səfir: “Avstriya-Azərbaycan əlaqələrinin daha da inkişafı üçün səylərimi əsirgəməyəcəyəm”

“Azərbaycanla Avstriya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərimi əsirgəməyəcəyəm”. Boyukmillet.com xəbər verir ki, bunu səfir Tomas Şuller-Qötzburq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən bildirib. Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının bu il 30 illiyinin qeyd edildiyini vurğulayan səfir Prezident İlham Əliyev tərəfindən əməkdaşlığın qeyd olunan əsas istiqamətləri hər iki ölkə üçün çox vacib olduğunu bildirib. Eyni zamanda, diplomat …

Read More »

Avropa şirkətləri azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərir

“Bir çox Avropa şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 5-də Avstriyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək özünün Avstriyaya səfərini və orada keçirdiyi görüşləri məmnunluqla …

Read More »

Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada 40 il əvvəl baş tutmayan sərginin açılışı olub

Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun dəstəyi ilə “Rami Meir. 40 ildən sonra qayıdış” adlı sərginin açılışı baş tutub. Sərgidə rəssamın əl işləri ilə yanaşı “Rami Meir Art” və “Azərxalça” ASC-nin birgə əməkdaşlığı ilə Meirin rəsmlərinin süjetləri əsasında “Azərxalça” ASC-nin emalatxanalarında azərbaycanlı toxucuları tərəfindən toxunmuş xalçalar – “Uca tanrı” və “Nar bağı” da tamaşaçıların diqqətinə …

Read More »

Laçında döyüş tapşırığını yerinə yetirən Azərbaycan Ordusunun əsgəri həlak olub

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri alan əsgər T.Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir. Faktla bağlı …

Read More »

Bir qrup QHT bəyanat yaydı: 10 noyabr Bəyannaməsinə əməl olunmasını tələb edirik!

Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT nümayəndəsi bəyanat yayıb. “Rusiya Federasiyasından və Ermənistandan “10 Noyabr” üctərəfli Bəyannaməsinin şərtlərinə əməl etməyi tələb edirik!”                        2022-ci il, avqustun 3-ü tarixində, səhər saatlarında Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub. …

Read More »

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları start götürüb

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları start götürüb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan idmançılarından mübarizəyə ilk olaraq trek velosipedçilərimiz qoşulacaqlar. Qadınlar arasında Ayan Xankişiyeva və Viktoriya Sidorenko, kişilər arasında isə Musa Mikayılzadə və Nəcəf Bağırov skretç növündə çıxış edəcəklər. Yarış Türkiyədə ilk olaraq, Konyada inşa olunmuş velodromda baş tutacaq. Xatırladaq ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 …

Read More »

Zəngilanda Dövlət Xidmətləri Mərkəzində “ASAN xidmət” fəaliyyətə başlayıb

Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi faəliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, mərkəzdə mövcud olan “ASAN xidmət” köşkü vasitəsilə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir. Belə ki, “ASAN xidmət” əməkdaşı tərəfindən onlara müəyyən onlayn xidmətlər üzrə yerində, digər növ xidmətlər üzrə isə müraciətləri qəbul edilməklə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstərilir. Qeyd olunan müraciətlərin təmin edilməsi məqsədilə …

Read More »

Aşura günü kim qan verə bilər?

“18-65 yaşarası, çəkisi minimum 50 kq olan sağlam şəxslər qan verə bilər”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova deyib. Onun sözlərinə görə, qanvermədən əvvəl donor ac olmamalı, ən az 2 saat əvvəl dəmir və proteinlə zəngin qidalar qəbul etməlidir: “Qan verən şəxs kifayət qədər su içməlidir. Bununla yanaşı ağır fiziki fəaliyyətdən çəkinməli, yaxşı istirahət …

Read More »

ABŞ dövlət katibi Çinə xəbərdarlıq edib

ABŞ dövlət katibi Entoni Blinken Çinə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə ASEAN Regional Forumu çərçivəsində keçirilən mətbuat konfransında deyib. E.Blinken bildirib ki, Çin Tayvan ərazisinə raket atmağı dayandırmalıdır: “Bu, əsassız eskalasiyadır. ABŞ Çinlə böhran istəmədiyini dəfələrlə bildirib”. ABŞ dövlət katibi vurğulayıb ki, Çinin hərəkətlərinə heç bir halda bəraət qazandırmaq mümkün deyil.

Read More »