Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com nazirliyə istinadən icmalı təqdim edir.
Read More »Türkiyə hərbçiləri Suriyada 13 terrorçunu zərərsizləşdirib
Türkiyə Ordusu Suriyanın şimalında PKK-nın azı 13 yaraqlısını zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi tvitter səhifəsində məlumat yayıb. “Barış Pınarı” əməliyyatının keçirildiyi ərazidə xüsusi təyinatlılarımızın bölmələri 13 terrorçunu məhv edib”, – məlumatda deyilir.
Read More »Azərbaycan Ordusunun mövqeləri üç istiqamətdə atəşə tutulub
İyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı …
Read More »Türkmənistan Prezidenti daxili işlər nazirinə və DGX sədrinə töhmət verib
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ölkənin daxili işlər naziri Muhammet Xıdırova iradını bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkmənistanın “Orient” agentliyi məlumat yayıb. Nazirə Təhlükəsizlik Şurasının iclasında işində yol verdiyi nöqsanlara görə töhmət verilib. Agentlik onu da aydınlaşdırır ki, Muhammet Xıdırov iclasda nazirliyin tərkibinə daxil olan Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin işinin təşkili ilə bağlı hesabat verib. Berdiməhəmmədov Dövlət Gömrük Xidmətinin …
Read More »Azərbaycanın basketbol millisi bu gün 3-cü yer uğrunda oyuna çıxacaq
18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında bu gün sonuncu oyununu keçirəcək. Boyukmillet.com xəbər verir ki, yığma bürünc medal uğrunda matçda Lüksemburq seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:45-də başlayacaq. Qeyd edək ki, Azərbaycan qrupdakı ilk oyununda Lüksemburqa 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60, üçüncü matçında isə Ermənistana 76:65, Moldovaya 75:66 …
Read More »Jurnalistikaya qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. Mərkəzdən “Report”a verilən məlumata görə, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. İmtahanda 703 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahan …
Read More »Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
Bu gün Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək. Mərkəzdən “Report”a bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunacaq. İmtahanda 1735 abituriyentin (Bakı şəhərində 1345 nəfər, Naxçıvan şəhərində 390 nəfər) iştirakı nəzərdə tutulur. İmtahanın idarə olunmasına 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 157 nəzarətçi-müəllim və 14 buraxılış rejimi əməkdaşı (mühafizə) …
Read More »DİN: “Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır”
“Bəzi saytlarda ölkəmizdə keçirilən II Yaylaq Festivalı zaman böyük tıxacların olması və vətəndaşların tıxacda qalması ilə bağlı əsası olmayan xəbərlər dərc olunub. İlk növbədə qeyd edim ki, Göygöl rayonunda keçirilən festival ilə bağlı rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib, həm ictimai asayişin qorunması, həm də nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görüb”. Boyukmillet.com xəbər verir ki, …
Read More »Müharibə öncəsi 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edilib
Ermənistanın Müdafiə Nazirliyinin polkovniki S.A həbs edilib. Boyukmillet.com xəbər verir ki, o, 2020-ci ildə işğal altında olan ərazilərdə müdafiə bölmələrindən birinin komandiri olub. Təhqiqat zamanı müəyyən edilib ki, 2019-cu ilin noyabr ayından 2020-ci il noyabrın 4-dək orduda yüksək rütbəli vəzifə tutan polkovnik S.A-nın nizamnamə və qaydaları pozması müəyyən edilib. Belə ki, o, 2020-ci ilin sentyabrında 100-ə yaxın zabitin iştirakı ilə …
Read More »Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub
İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar