“Azərbaycan milli mətbuatı və informasiya məkanı Azərbaycan dövlətinin və cəmiyyətinin informasiya təhlükəsizliyini təmin edən əsas ictimai-siyasi institutdur. 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycan mətbuatı bütün imkanlarını səfərbər edərək cəmiyyətdəki ictimai münasibətlərin sağlamlaşmasına xidmət etdi”. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Əməkdar jurnalist Hikmət Babaoğlu deyib. O xatırladıb ki, Azərbaycanda media sahəsində çox ciddi işlər …
Read More »Çavuşoğlu: “Rusiya gübrəsinin ixracatı üçün maneənin aradan qalxmasına da yardım etdik”
“Ukraynada müharibənin qarşısını almaq üçün Prezident Rəcəb Tayyib Ərdoğan əlindən gələni etdi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə keçirdiyi birgə brifinqdə deyib. “Təkcə Ukrayna taxılının deyil, Rusiya gübrəsinin ixracatı üçün maneənin aradan qalxmasına da yardım etdik”, – M.Çavuşoğlu vurğulayıb. Onun sözlərinə görə, İstanbuldakı tənzimləmə mərkəzi bu prosesi yaxından …
Read More »MN: “Ordumuzun Ermənistanla sərhəddə qarşı tərəfə atəş açması barədə məlumat yalandır”
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması iddialarını təkzib edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib. “Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır”.
Read More »KİV: “Rusiya NATO ölkələrinə nüvə zərbəsi endirə bilər”
Rusiya Avropaya nüvə zərbəsi endirə bilər. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu qənaətə Pentaqonun sifarişlərini yerinə yetirən ABŞ mərkəzli araşdırma mərkəzi olan “Rand Corporation”ın analitikləri gəlib. Bildirilib ki, Rusiya Ukraynadakı münaqişənin “üfüqi eskalasiyasına” gedərək NATO-nun avropalı üzvlərinə sıçratmaqla zərbələr endirmək qərarına gələ bilər. Qeyd olunub ki, NATO-nun Ukraynadakı müharibəyə birbaşa hərbi müdaxiləsinin qaçılmaz olması Rusiyanı belə bir addım atmağa …
Read More »MN: “Azərbaycan Ordusunun Qırmızı Bazar istiqamətində atəş açması barədə məlumat yalandır”
Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə atəşkəsin pozulması iddialarını təkzib edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib. “Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir”, – nazirlikdən qeyd olunub.
Read More »Pənahəli xanın İspaniyada yaşayan varisi Şuşaya gedəcək
Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslindən olan gənc də iştirak edəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. İspaniyada doğulub böyüyən Məhəmmədəli Əkbərov iştirak etmək üçün vətənə gəlib. O, “Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramının qonağı olub, ulu babaları və mənsub olduğu nəslin şəcərəsi, eyni zamanda, ailələrində həmin şəcərəni əks etdirən sənədlərin …
Read More »Yaxın iki ayda 500 şəhid ailəsi və qazi evlə təmin olunacaq
“Yaxın iki ayda 500 nəfər şəhid ailəsi və qazi fərdi ev və mənzillə təmin olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov deyib. O bildirib ki, ümumilikdə bu il 1500 şəhid ailəsi və qazinin mənzil və fərdi evlərlə təmin olunması nəzərdə tutulub: “Həmin şəxslərdən artıq 600 nəfərə ev və mənzillər təqdim olunub. Yaxın iki …
Read More »Bu gün Ümumdünya Hepatitlə Mübarizə Günüdür
Bu gün Ümumdünya Hepatitlə Mübarizə Günüdür. Boyukmillet.com xəbər verir ki, 2010-cu ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə iyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günü elan edilib. Həmin günün iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən, ona qarşı ilk vaksini yaradan və bu uğura görə Nobel mükafatına layiq görülən professor Barux Blumbergin doğum tarixi ilə əlaqədardır. Sürətlə artan xəstəliklər …
Read More »Tovuzda qətlə görə tutulan şəxslərin digər cinayət əməlləri də üzə çıxıb
Tovuzda qətlə görə tutulan şəxslərin digər cinayət əməlləri də üzə çıxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyulun 27-də qəsdən adam öldürmədə şübhəli bilindiklərinə görə tutulan E.Bağırovun və Q.Quliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların İbrahimhacılı kənd sakinləri – R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyevlə …
Read More »Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının növbəti konfransı keçirilib
İyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilmişdir. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər. İclasda üzv dövlətlərin təhlükəsizlik təşkilatlarının rəhbərlərinin məruzələri dinlənilmişdir. Boyukmillet.com bildirir ki, DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxışında rəhbəri olduğu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar