Cümə axşamı , 9 Aprel 2026

autor

Konqresmen: “Ukraynadakı müharibədə 75 min Rusiya vətəndaşı ölüb və yaralanıb”

Ukraynadakı müharibədə 75 mindən çox Rusiya vətəndaşı ölüb və yaralanıb. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında (Aşağı Palata) Demokratlar Partiyasını təmsil edən konqresmen, qanunverici orqanın Silahlı Qüvvələrin işi üzrə komitəsinin üzvü Elissa Slotkin bildirib. O, Ağ Evdə keçirdiyi brifinqdə söyləyib ki, Rusiya hakimiyyəti itkilərinin sayı barədə rəsmi açıqlama vermir. E.Slotkin bildirib ki, Demokratlar və Respublikaçılar partiyalarından olan …

Read More »

Bakıda özünü şəhid qardaşı kimi təqdim edən şəxs həbs olunub

Bakıda özünü şəhid qardaşı kimi təqdim edən şəxs həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib. O bildirib ki, son günlər özünü şəhid qardaşı kimi təqdim edən Elnur Həsənov adlı şəxs müsahibələr verərək polis bölməsinə əsassız aparıldığını, orada döyüldüyünü və təhqir edildiyini iddia edib: “Elnur Həsənovun dedikləri tamamilə yalandır, polisi öz qanuni hərəkətlərindən çəkindirmək və …

Read More »

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 31-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək DİM-dən  bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunacaq. İmtahanda 1735 abituriyentin (Bakı şəhərində 1345 nəfər, Naxçıvan şəhərində 390 nəfər) iştirakı nəzərdə tutulur. İmtahanın idarə olunmasına 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 157 nəzarətçi-müəllim və 14 buraxılış rejimi əməkdaşı (mühafizə) …

Read More »

Goranboy sakini bədbəxt hadisə nəticəsində ölüb

Goranboy sakini elektrik cərəyanı vurması nəticəsində ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1997-ci il təvəllüdlü Hüseynov Sərxan İlham oğlu əmisinə məxsus fərdi yaşayış evinin həyətində elektrik naqilinə əlavə işıq patronu quraşdırmaq istəyərkən elektrik cəryanı vurması nəticəsində ölüb. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »

Rusiya Finlandiyaya xəbərdarlıq edib

Finlandiyanın aparıcı siyasi partiyalarının nümayəndələri tərəfindən dəstəklənən ruslara Şengen vizalarının verilməsinin dayandırılması çağırışının həyata keçirilməsi açıq ayrı-seçkilik xarakterli siyasi tədbir olardı. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir. Zaxarova bildirib ki, Finlandiya rusların ölkəyə girişini məhdudlaşdırmaq planlarını həyata keçirərsə, Rusiya cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Read More »

Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib

Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Terrorçular Suriyanın şimalındakı “Fərat Qalxanı” və “Barış Pinarı” antiterror əməliyyatları zonalarında zərərsizləşdirilib. Həmçinin PKK terrorçularının Suriya qanadının obyektlərinə kütləvi zərbələr endirilib. Nazirlik terrorçuların hər bir türk əsgərinin ölümünə görə cavab verəcəklərini vurğulayıb.

Read More »

Sudanın Rusiyadakı səfiri: “Azərbaycanla istənilən beynəlxalq platformada eyni mövqedən çıxış edəcəyik”

“Azərbaycanla istənilən beynəlxalq platformada eyni mövqedən çıxış edəcəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Sudan Respublikasının Rusiyayaa yeni təyin edilmiş Səfiri Məhəmməd Elqazali Eltijani Sirrac Azərbaycanın səfiri Polad Bülbüloğlunun qəbulunda deyib. Polad Bülbüloğlu Azərbaycanın Sudanla münasibətlərinə toxunaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirib, bu xüsusda turizm, elm, təhsil və mədəniyyət sahələrində, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini …

Read More »

Azərbaycan Misirlə iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

İqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Misir xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Nasr ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, nazir müavini Misirlə əlaqələrə önəm verildiyini vurğulayıb, Misirin İnqilab Günü münasibətilə İhab Nasrı təbrik edib. O, qeyd edib ki, ölkələrimiz bir sıra sahələrdə, o cümlədən, beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, Misirlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə önəm verilir. Bu …

Read More »

Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” qanun qüvvəyə minib

Prezident İlham Əliyev “İnvestisiya fəaliyyəti haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas məqsədi yerli və xarici investisiyalar hesabına dayanıqlı iqtisadi inkişafın təmin edilməsindən, rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin inkişaf etdirilməsindən, iqtisadiyyatda yeni texnologiyaların, innovasiyaların tətbiq olunmasından ibarətdir. İnvestisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: – əlverişli investisiya mühitinin formalaşdırılması, …

Read More »

Prezidentin sərəncamı ilə təltif edilən tibb işçilərinə fəxri adlar təqdim edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif edilən tibb işçilərinə medal və fəxri adların təqdim edilməsi mərasimini keçirib. Boyukmillet.com xəbər verir ki, tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, qurumun struktur bölmə rəhbərləri və təltif edilən tibb işçiləri iştirak edib. Açılış nitqi ilə çıxış edən V.Qurbanov səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədinin …

Read More »