Cümə axşamı , 9 Aprel 2026

autor

Qırğızıstanda türk dövlətləri xüsusi xidmət orqanları rəhbərlərinin görüşü keçirilir

Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türk Dövlətləri Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycanı toplantıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəis müavini Samir İsmayılov təmsil edirlər. İclasda eyni zamanda Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Xidmətinin rəisi Kamçıbek Taşıyev, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəisi Yermek Sagimbayev, Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan …

Read More »

Azərbaycan MN: “Erməni silahlı birləşmələri 9 dəfə təxribat xarakterli silahlı insident törədib”

Ötən sutka ərzində erməni silahlı birləşmələri ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədib. “Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, …

Read More »

Azərbaycanın Gürcüstanla sərhədyanı ərazilərində radio monitorinq keçirilib

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Gürcüstanın Milli Kommunikasiya Komissiyası arasında əldə olunmuş razılaşmaya əsasən, sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının tənzimlənməsi, radiotezlik resurslarından səmərəli istifadə və qarşılıqlı maneə təsirlərinin qarşısının alınması üçün hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə sərhədyanı bölgələrdə birgə radio monitorinqlər keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb. Məlumata görə, radio monitorinqlər …

Read More »

Türkiyə Prezidenti Ermənistana şərt irəli sürdü: “Azərbaycanla problemi həll etdikdən sonra qapılarımızı açacağıq”

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan TRT-nin özəl yayımında Ermənistanla normallaşma prosesi ilə bağlı açıqlamalar verib. Boyukmillet.com xəbər verir ki, Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığını xatırladıb. Bildirib ki, söhbət zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.  “Bizim qırmızı xəttimiz əvvəldən Azərbaycan idi. Azərbaycanla problemi həll etdikdən sonra “qapılarımızı açacağıq” dedik. Mən həm də məmnunam ki, Paşinyanın regional …

Read More »

Azərbaycan nefti 3 dollardan çox ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,1 ABŞ dolları, yaxud 2,7 % azalaraq 112,32 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 100,19 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci …

Read More »

Xaçmazda arvadını və daha üç qohumunu bıçaqlayan şəxsə cinayət işi açılıb

Xaçmazda arvadını və daha üç qohumunu bıçaqlayan şəxsə cinayət işi açılıb. Bu barədə rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyulun 26-ı saat 01 radələrində Xaçmaz rayonu, Niyazoba kəndi ərazisində 4 nəfər şəxsin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla rayon sakini Niyaməddin Qədirovun qayınatasına məxsus evə gəlib arvadı Ülviyyə Qədirovaya, həmçinin sonuncunun anası, bacısı və qardaşına bıçaqla xəsarətlər …

Read More »

Türkiyə xüsusi təyinatlıları 15 terrorçunu zərərsizləşdirib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK/YPG-nin 15 terrorçusunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Terrorçular “Barış Pinarı”, “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları zonalarında məhv edilib. Zərərsizləşdirilən silahlılar arasında PKK təşkilatının iki lideri də var.

Read More »

Almaniyada 156 Azərbaycan vətəndaşı barədə deportasiya qərarı verilib

Bu ilin ilk yarısında Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədə (BAMF) Azərbaycan Respublikası vətəndaşlarına sığınacaq verilməsi prosedurları ilə bağlı 422 qərar qəbul edib. Federal İdarədən “Report”un Avropa bürosunun sorğusuna cavabda bildirilib ki, baxılan işlərdən 39-u barədə mühafizə statusu verilib,156 işlə bağlı isə qərar mənfi olub. Həmin şəxslərlə bağlı yerli idarə məhkəmələri deportasiya qərarı çıxarıb. “Dublin prosedur”na görə, ilk viza aldığı …

Read More »

Bu gündən Ağalıda ailə sağlamlıq mərkəzi fəaliyyətə başlayır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, memorandumu TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov və Komitə sədrinin müavini Fuad Hüseynov imzalayıblar. Memorandum tərəflər arasında işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı məcburi köçkünlərlə iş sahəsində qarşılıqlı faydalı, uzunmüddətli, effektiv əlaqələrin …

Read More »

İtaliyada Azərbaycan vətəndaşının meyiti aşkarlanıb

İtaliyada Azərbaycan vətəndaşının meyiti aşkarlanıb. Bu barədə Boyukmillet.com İtaliya mətbuatına istinadən xəbər verir. Məlumata görə, hadisə Terni şəhərində baş verib. Adı açıqlanmayan 52 yaşlı Azərbaycan vətəndaşı Sant-Anyezedə mənzilində ölü vəziyyətdə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More »