Azərbaycanın qadın sablyaçılardan ibarət komandası Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib. Boyukmillet.com-un məlumatına görə, Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Sevil Bünyatovadan ibarət kollektiv ilk görüşündə Hindistan yığmasına 45:42 hesabı ilə qalib gəlib. Milli Çin seçməsini isə 45:35 hesabı ilə üstələyib. Komanda sabah yarımfinala vəsiqə uğrunda Fransa ilə üz-üzə gələcək.
Read More »AĞIR DURUMDA OLAN JURNALİSTLƏRƏ KÖMƏK EDƏK!
Dostlar, ikinci dəfədir müxtəlif KİV-lərdə çalışmış Sənan Abdullayevin (Həsənoğlu) və İlqar Atabəyin ailə üzvləri şəxsən mənə müraciət edərək onların həbsdən azad olunmasına kömək etməyimi xahiş edirlər. Təbii ki, Azərbaycan Prezidentindən əfv olunmalarını xahiş edən jurnalistlərin vəziyyəti hüquqi baxımdan bəllidir. Onların vəkillərinin verdiyi məlumata görə hər ikisindən şikayətçilər barışığa gedərək şikayətlərini geri götürüblər. İnsanlıq və humanizim naminə onu deyə bilərəm ki, …
Read More »Azad edilmiş ərazilərə qabaqcıl şəhərsalma qaydalarına uyğun yaşayış və qeyri-yaşayış kompleksləri tikiləcək
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaqdır. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb. Sənəddə qeyd olunub ki, əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək: “İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaqdır. Qabaqcıl …
Read More »“Əl-Cəzirə” Media İnstitutunun əməkdaşı: “Qürur hissi yaradacaq yerdə – Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq”
“Qürur hissi yaradacaq yerdə – Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq”. Boyukmillet.com xəbər verir ki, bunu “Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim Şuşada keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı söyləyib. “Medianı elə etməliyik ki, media hamının güvəndiyi struktur olsun. Bu baxımdan, hamımızın üzərinə məsuliyyət düşür. Jurnalistlər tarixi yazanlardır. Bu, 100 % doğrudur”, – o qeyd edib. …
Read More »Bakıda taksi sürücüsü avtomobildə qadını döyüb
Bakıda taksi sürücüsü avtomobildə qadını döyüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə iyulun 20-də saat 1 radələrində Qaraçuxur qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücünün avtomobilində sərnişin qismində olan qadını döyüb quldurluq yolu ilə içərisində 150 manatı olan pulqabısını talaması barədə müraciət daxil olub. Polis əməkdaşlarının …
Read More »DSX-nin hərbçiləri sərhəddən narkotik keçirən zaman saxlanılıb
Dövlət Sərhəd Xidmətinin (DSX) əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar. Bu barədə DSX-in Mətbuat Mərkəzindən məlumat verilib. Belə ki, iyul ayının 21-də DSX-in Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə gizlədilən …
Read More »Bu il 13 prokurorluq işçisi cəzalandırılıb
Bu il 13 prokurorluq işçisi cəzalandırılıb. Boyukmillet.com -un xəbərinə görə, bu barədə Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya iclasında bildirilib. Qeyd edilib ki, 2022-ci ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric olunub, 3 nəfər vəzifədən azad edilib, 9 nəfər barəsində digər intizam …
Read More »FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən daxil olan müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində arabir güclənən küləkli hava şəraitinin davam edəcəyi, şimal və qərb rayonlarından başlayaraq havanın yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır. Qeyd …
Read More »İlham Əliyev: “Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur”
“Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycanın media nümayəndələrinə ünvanladığı məktubda yer alıb. “XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü …
Read More »Müdafiə Nazirliyi hesabat yayıb
2022-ci ilin yanvar ayının 1-dən iyun ayının 30-dək Müdafiə Nazirliyində mətbuat sahəsində görülən işlər barədə yarımillik hesabat hazırlanıb. Bu barədə Nazirlikdən məlumat verilib. Qeyd olunub ki, hesabat dövründə Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (www.mod.gov.az) 461 məlumat Azərbaycan, rus və ingilis dillərində yerləşdirilib. Eyni zamanda, nazirliyin rəsmi feysbuk səhifəsində 489, instaqramda 648, teleqramda 648 məlumat, tviterdə 547 tvit, yutub kanalında isə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar