Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin həmsədrliyi ilə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. İclas zamanı, Azərbaycan-Avropa İttifaqı əlaqələri, xüsusilə Azərbaycanla Avropa İttifaqı arasında müzakirə edilməkdə olan hərtərəfli sazişin hazırkı vəziyyəti üzrə müzakirələr aparılıb. Hər …
Read More »Unikal bir məktəb: həyatın ən ağır təlimi burada keçirilir
Konflikt Jurnalistikası Məktəbi (KJM) haqqında demək olar heç eşitməmişdim, hər nə qədər televiziya sahəsində olsam da. Ta ki, “Yaşamaq gözəldir” verilişinin sevimli aparıcısı və dostum Sonadan gələn telefon zənginə qədər. KJM kurslarına bir həftə qalmış Sona mənə zəng etdi ki, Vüqar, jurnalistlərlə bağlı möhtəşəm bir layihə var, sən də orda iştirak etməlisən. Sona mənim müharibə zonasında baş verən proseslərə nə …
Read More »Ermənistanın yeganə çıxış yolu sülhə imza atmaqdır
Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı və Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa vadar edə bilmədi. Minsk qrupunun illərdir etməli olduğu reallığı isə ordumuz 44 gün ərzində həyata keçirdi. Vətən müharibəsi təsəvvürlərin tamamilə yanlış olduğunu bütün dünyaya göstərdi. Azərbaycan dövləti və xalqı öz iradəsinin, torpaqlarını işğaldan azad etmək niyyətinin nə qədər ciddi olduğunu təsdiqlədi. 44 günlük müharibə göstərdi ki, Minsk …
Read More »Ekstremal vəziyyətdə davranış qaydaları: hər jurnalist bunu bilməlidir
Konflikt jurnalistika məktəbi. Bəlkə də kimsə bu adı ilk dəfə eşidir. Çoxunun belə bir məktəbin olmasından xəbəri hələ də yoxdur. Bizim də olmayacaqdı. Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi Əlisafa Mehdinin auditoriyada bizi məlumatlandırmasaydı. Əlisəfa müəllimin fakültənin müəllimi olmasından belə xəbərimiz yox idi. Fakültənin dəhlizində rastlaşanda sərt, əzmkar sima bağışladı. Əvvəl-əvvəl qorxdum. Sonra dərs zamanı otaqlara girdi. Fakültə uşaqlarına belə …
Read More »İlham Əliyev Türkiyənin ailə və sosial xidmətlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Dərya Yanıkı qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1000-i ötüb
Azərbaycanda hazırda 1096 aktiv koronavirus xəstəsi var. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada aktiv koronavirus xəstələrinin sayı 195 nəfər artıb. Belə ki, iyulun 18-də belə xəstələrin sayı 901 nəfər idi. Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və 4 nəfər ölüb.
Read More »Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri vəzifəsinə təyinat olub
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Samir Ayət oğlu İdayətov təyin edilib. Qeyd edək ki, Samir Ayət oğlu İdayətov 10 may 1980-ci il təvəllüdlüdür. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnib. 2011-2014-cü …
Read More »Türkiyəli nazir: “Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu bütün dünyaya nümunədir” – FOTO
Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık Fəxri Xiyabanda ümmilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib. Boyukmillet.com xəbər verir ki, nazir Dərya Yanıkı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova müşayiət edib. Şəhidlər Xiyabanını ziyarət edən nazir şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, Əbədi …
Read More »Azərbaycan gömrükçüləri Maldiv vətəndaşından 4 kiloqrama yaxın heroin götürüb
Dövlət gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Komitə məlumat yayıb. Məlumata görə, Bakı-Doha aviareysi ilə gedən sərnişinlərə məxsus baqajlara rentgen qurğusu vasitəsi ilə gömrük baxışı keçirilərkən, Maldiv vətəndaşı Mohamed Naasıra məxsus çamadanın alt hissəsində şübhəli təsvirlər müşahidə olunub. Daha sonra kinoloji xidmət iti vasitəsilə çamadana baxış keçirilib və it …
Read More »Rusiyadan Azərbaycana qanunsuz yolla pul gətirən qadın saxlanılıb
Rusiyanın Tümen şəhərinin “Roşino” hava limanının gömrükçüləri bəyan edilməmiş pulu ölkədən çıxarmağa cəhd edən qadını saxlayıb. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, qadın Tümen-Bakı reysi üzrə qeydiyyatdan keçib və “yaşıl dəhliz”də saxlanılıb. Onun Azərbaycana 1,26 milyon rubl məbləğində nağd pul aparmaq istədiyi məlum olub. Gömrük nəzarəti başa çatdıqdan sonra qadına 10 min ABŞ dolları ekvivalentində 585 min rubl qaytarılıb, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar