Tviter şirkətinin səhmləri amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın şirkətin alışı ilə bağlı müqaviləyə xitam verməsindən sonra 3,37 dollar (9,15%) ucuzlaşıb. Boyukmillet.com xəbər verir ki, bunu Nyu-York Fond Birjasında keçirilən hərracların məlumatları əks etdirir. Səhmlərin qiyməti 33,48 dollar təşkil edib. Ticarətin açılışında eniş 5%-dən çox olub. Qısa müddət sonra ucuzlaşma 7%-i, daha sonra sonra 9%-i keçib. Qeyd …
Read More »Armen Qriqoryan: “Tezliklə sülh sazişini müzakirə etmək üçün əsaslı görüşlər olacaq və biz irəliyə gedəcəyik”
“Rəsmi İrəvan yaxın gələcəkdə Bakı ilə sülh sazişi ətrafında danışıqlar aparmağa ümid edir”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib. “Vəziyyəti dalana dirənmiş adlandırmazdım. Sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində ilk iclasını keçirib, növbəti görüşlər Moskva və Brüsseldə keçirilməlidir. Ümid edirik ki, razılıq əldə olunacaq …
Read More »Tovuzda kütləvi davada bir neçə nəfər bıçaqlanıb, ölən var – FOTO
Tovuz rayonunda kütləvi dava qanla bitib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Mübahisə zəminində düşən kütləvi dava zamanı 1987-ci il təvəllüdlü Anar Tağıyev, 1983-cü il təvəllüdlü Vüsal Əhmədov və 1987-ci il təvəllüdlü Nizami Vəliyev bıçaqlanıblar. Onlardan N.Vəliyev aldığı xəsarətdən dünyasını dəyişib. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb.
Read More »Şəmkirdə sirkə turşusundan zəhərlənən 62 yaşlı qadın ölüb
Şəmkir rayonunda qadın sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, şəhər ərazisində 1960-cı il təvəllüdlü Z.Zamanova məlum olmayan səbəblərdən içdiyi sirkə turşusundan zəhərlənib. O, ağır halda xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb.
Read More »Tovuz döyüşlərindən 2 il ötür
Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən iki il ötür. Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib. …
Read More »Qəzetlərin bizneslə reklam müharibəsi, Hacının 57 min rublu… – Aydın QULİYEV yazır…
Dövlət Vergi Xidmətinin tanınmış və dövlətin dəstəyi ilə çap edilən gündəlik qəzeti gəlirə görə(?) 4 min manat cərimələdiyi şəraitdə “Allah bir daha Prezidentə, onun insafına və iradəsinə versin” deyərək məsələnin üstündən keçmək də olardı. Məsələ isə odur ki, iş adamlarımız və xeyriyyəçilərimiz niyə 19-cu əsrin sonlarında Hacı Zeynalabdinin etdiyi, olduğu kimi ola bilmir, mətbuata dəstəyə milli mənafelərə xidmət kimi baxa …
Read More »Gəncənin mərkəzi küçələri bərbad gündədir- Video
İSBAM sədri Samir Adıgözəlli Gəncənin mərkəzi küçələrindəki acınacaqlı vəziyyəti əks etdirən videopaylaşım edib. Boyukmillet.com həmin videoreportajı təqdim edir:
Read More »“Könül dostum” xeyriyyə aksiyası Qurban bayramı münasibətilə şəhid ailələri və müharibə qazilərini ziyarət edib
“Könül dostum” xeyriyyə aksiyasının rəhbərliyi bu gün Qurban bayramı münasibətilə Yasamal rayonunda Şəhid ailələri və Qarabağ müharibəsi qazilərini ziyarət edib. 11 iyul 2022 ci il tarixində İctimai əsaslarla fəaliyyət göstərən “Könül dostum” xeyriyyə aksiyası bu dəfə Yasamal rayonunnun ərazisində Müsəlmanların müqəddəs bayramlarından olan Qurban bayramı münasibətilə Vətən müharibəsi qazilərin bir qrupu ilə görüşüb. Əvvəlcə Aksia iştirakçıları Birinci və İkinci Qarabağ …
Read More »Həbsdəki sabiq general- nazir “Tik-Tok” üzərindən hücuma keçdi – Video
Boyukmillet.com xəbər verir ki, xəbər verir ki, hazırda həbsdə olan Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov “Tik-Tok” sosial şəbəkəsi üzərindən informasiya hücumuna keçib. Onunla bağlı olan şəxsi arxiv fotoları @usernaxcivanli adlı “Tik-Tok” profili üzərindən paylaşılır. Fotoların mahiyyətindən görünür ki,hazırda həbsdə olan Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov “Tik-Tok” sosial şəbəkəsi üzərindən öz müdafiəsini qurmağı …
Read More »QHT.az saytının 7 yaşı tamam olur
QHT.az saytının 7 yaşı tamam olur. Sayt 2015-ci ildə yaradılıb. “QHT.az ixtisaslaşmış saytdır və əsas məqsədi QHT-lərin fəaliyyətini işıqlandırmaq, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin cəmiyyətə daha dolğun təqdimatının və əlçatanlığının təmin edilməsinə yardım etmək, QHT sədrlərinin ölkənin ictimai həyatı ilə bağlı fikirlərinin cəmiyyətə çatdırlmasından ibarətdir”.QHT.az saytı heç bir qurumun möveyini ifadə etmir və tam müstəqil internet portalıdır. Sayt həmçinin heç bir dövlət …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar