Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayır. Boyukmillet.com xəbər verir ki, tədbirdə 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edəcək. Üç gün davam edəcək toplantıda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın …
Read More »Rumıniyanın Milli Müdafiə Universitetində İkinci Qarabağ müharibəsindən danışılıb
Rumıniyanın Birinci Karol Milli Müdafiə Universitetində “Strategiyalar XXI” adlı beynəlxalq elmi-praktik onlayn konfrans keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Konfransın plenar iclasında Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev “İkinci Qarabağ müharibəsinin hərbi aspektləri” mövzusunda məruzə ilə çıxış edib və konfrans iştirakçılarının suallarını cavablandırıb.
Read More »Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,13 ABŞ dolları, yaxud 1,71 % artaraq 126,81 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin avqust fyuçersləri 112,45 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda …
Read More »Bolqarıstanın sabiq Baş naziri Rusiya diplomatlarının ölkədən çıxarılması səbəbini açıqlayıb
Bolqarıstanın istefa verən sabiq Baş naziri Kirill Petkov deyib ki, Rusiyanın 70 diplomatının ölkədən çıxarılması barədə qərarını şəxsən o verməyib, bu, Dövlət Milli Təhlükəsizlik Agentliyinin (SANS) üç hesabatına əsaslanıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə BTA agentliyi xəbər verib. Onun sözlərinə görə, hesabatlar may və iyun aylarına, bir hissəsi isə marta aiddir. Kirill Petkov qeyd edib ki, ölkədən çıxarılma mart ayında başlayan uzun …
Read More »İdarə müdiri: “Məktəbli forması ilə bağlı təzyiqdən söhbət gedə bilməz, qərarlara hər kəs riayət etməlidir”
“Məktəbli forması ilə bağlı hər hansı təzyiqdən söhbət gedə bilməz”. Boyukmillet.com xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. BŞTİ müdiri xatırladıb ki, məktəbli formaları ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var: “Bu da məktəbli formasının rəngi, forması və şagirdlərin sağlamlığına xidmət edən qərardır. Qəbul edilən qərar və qanunlara hər kəs riayət etməlidir. …
Read More »Britaniya Ukraynaya bir milyard funt sterlinq məbləğində hərbi yardım ayıracaq
Böyük Britaniya hökuməti Ukraynaya 1 milyard funt sterlinq məbləğində əlavə hərbi yardım ayıracaq. Boyukmillet.com “dw”yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti qərar qəbul edib. Bildirilib ki, bu qərar Ukraynanın Rusiyanın təcavüzündən özünü müdafiə etməsi istiqamətində hərbi hücum əməliyyatlarını artırması üçün qəbul olunub. Məlumata görə, Böyük Britaniyanın Baş naziri Boris Consonun bu yardımla bağlı qərarı İspaniyanın paytaxtı Madriddən elan …
Read More »Türkiyənin ABŞ-dakı səfiri Azərbaycanın dini icma nümayəndələri ilə görüşüb
Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcan ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun rəhbərlik etdiyi, habelə respublikamızın müxtəlif dini icmalarının nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyi məlumat yayıb. Görüşdə Türkiyə-Azərbaycan dostluğu və müxtəlif dinlərə hörmətlə yanaşı yaşayan iki ölkənin qardaş xalqlarının mədəniyyətləri müzakirə …
Read More »Səlahiyyət müddəti başa çatan Almaniya səfiri Azərbaycanı tərk edib
Almaniyanın Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri Volfqanq Maniq ölkəsinə dönüb. Boyukmillet.com xəbər verir ki, bu barədə almaniyalı diplomat tviterdə yazıb. “Hələlik, Azərbaycan! Səninlə keçirilən vaxt gözəl idi!”, – V.Maniq bildirib. Xatırladaq ki, iyunun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bye-bye Azerbaijan 🇦🇿 🇩🇪 it was …
Read More »Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı artıb
Rusiyanın Sverdlovsk vilayətinə Azərbaycan, Özbəkistan, Türkmənistandan kənd təsərrüfatı məhsullarının ixracı artıb. Bu barədə Boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir. “Tərəfdaş ölkələrin (tədarüklərinin-red) payı əhəmiyyətli dərəcədə artıb: Özbəkistan – təxminən üç dəfə, Türkmənistan – təxminən iki dəfə. Azərbaycandan Sverdlovsk vilayətinə qarpız ixracı 10 dəfə artıb”, – Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) region üzrə rəis müavini Svetlana Terexova bildirib. Qeyd edilir …
Read More »Azərbaycan Dövlət Dəniz Akademiyası açıqlama yayıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) sosial şəbəkələrdə tələbə qəbulu ilə bağlı yayılan elanlarla bağlı açıqlama yayıb. Boyukmillet.com-un məlumatına görə, açıqlamada deyilir ki, son günlər “Tik-tok” və digər sosial şəbəkələrdə Akademiyaya imtahansız qəbul haqqında elanlar paylaşılır. “Bu elanlar tamamilə saxtadır və qəbul Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq qərara əsasən Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarına uyğun …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar