Cümə , 10 Aprel 2026

autor

Azərbaycan və Özbəkistan XİN-ləri arasında əməkdaşlıq proqramı imzalanıb 

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında 2022-2024-ci illər üzrə əməkdaşlıq proqramı imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər nazirinin vəzifələrini icra edən Vladimir Norov imzalayıblar. Bundan başqa, Azərbaycanla Özbəkistan arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş də imzalanıb. Bu sənədə də C.Bayramov və V.Norov imza atıblar. Qeyd edək …

Read More »

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

İyunun 21-də Daşkənddə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

İlham Əliyev: “Pandemiya ilə bağlı vəziyyət imkan verəndən sonra ilk rəsmi səfərimi qardaş Özbəkistana edirəm”

“İlk növbədə, qardaş Özbəkistana səfərə dəvətə görə Şavkat Miromonoviçə dərin təşəkkürümü bildirmək istərdim. Şavkat Miromonoviçin qeyd etdiyi kimi, pandemiya ilə əlaqədar mən özümün bütün rəsmi səfərlərimi dayandırdım, iki ildən artıq müddətdə rəsmi səfərlər etmədim. Pandemiya ilə bağlı vəziyyət imkan verəndən sonra mən ilk rəsmi səfərimi qardaş Özbəkistana edirəm. Bu, bizim münasibətlərimizin təzahürü, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür”. Boyukmillet.com xəbər verir …

Read More »

Azərbaycan və Özbəkistanın kinoloji mərkəzləri əməkdaşlığı müzakirə edib

Azərbaycan və Özbəkistan gömrük xidmətlərinin kinoloji mərkəzləri arasında onlayn formatda görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə komitənin Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov, Beynəlxalq Əməkdaşlıq İdarəsi rəisinin birinci müavini Ramil Əsədov, Özbəkistan Dövlət Gömrük Komitəsinin Milli Kinoloji Mərkəzinin rəhbəri Fərrux Baxtiyoroviç və hər iki qurumun aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak ediblər. İ. Osmanov özbəkistanlı həmkarlarına rəhbərlik etdiyi qurumun əsas fəaliyyət …

Read More »

Türkiyə səfiri: “Şuşa Bəyannaməsi türk dünyası üçün nümunədir”

“Türkiyə-Azərbaycan münasibətləri tarixinin başlanğıc nöqtəsini tapmaq çətindir, lakin istinad ediləcək hadisə varsa, bu da Qars müqaviləsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ölkəsinin “Akşam” nəşrinə müsahibəsində bildirib. “Eyni zamanda Azərbaycanın Qurtuluş Günü kimi qeyd edilən 15 iyunda imzalanan Şuşa Bəyannaməsi də son dərəcə önəmlidir. Sənədin Azərbaycanın qurtuluşu ilə bağlı bir tarixdə imzalanması da anlamlıdır. Ümumiyyətlə bu sənəd …

Read More »

Xələf Xələfov Fransada bir sıra görüşlər keçirib

Parisdə işgüzar səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa Müəssisələr Hərəkatının (MEDEF) nümayəndələri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyinin tviter səhifəsində edilmiş paylaşımda deyilir. “Dəyirmi masa” çərçivəsində Azərbaycan XİN rəhbərinin müavini jurnalistlər, QHT nümayəndələri və Fransanın analitik mərkəzlərinin təmsilçiləri ilə iki ölkə arasında əməkdaşlığın aktual mövzularını müzakirə edib.

Read More »

Ermənistanda partiya sədri deputat mandatından imtina edib

Ermənistanın müxalif Vətən Partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan deputat mandatından imtina edib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb. O, bu addımı hökumətin fəaliyyətinə etiraz olaraq atdığını bildirib. Qeyd edək ki, A.Vanesyan 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəisi müavini işləyib. O, 2018-ci il mayın 10-dan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib. Baş nazir …

Read More »

Azərbaycan-Özbəkistan münasibətləri – yaxşı keçmiş və perespektivli gələcək – ŞƏRH

Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edir. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra – 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Özbəkistanın o zamankı Prezidenti İslam Kərimovun Azərbaycana ilk səfəri …

Read More »

Emin Əmrullayev Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin fəaliyyətinə aydınlıq gətirib

Təhsil naziri Emin Əmrullayev Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirib. Nazir “Report”un sualına cavabında bildirib ki, idarənin harada yerləşəcəyi hələ ki müəyyənləşməyib. “Şərqi Zəngəzur çox spesifik bölgədir. Bu bölgəyə daxil olan bütün rayonlar – Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər uzun müddət işğal altında olub. Hazırda azad olunan ərazilərdə hələ də minatəmizləmə əməliyyatları aparılır, infrastrukturun …

Read More »