Cümə , 10 Aprel 2026

autor

Prezident İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi olub

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın və Özbəkistan dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Özbəkistan Dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Azərbaycan …

Read More »

Eldar Salayev II Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Eldar Salayev II Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə  AMEA-dan məlumat verilib. Qeyd olunub ki, dəfndən əvvəl mərhumla vida mərasimi keçiriləcək. Mərasimdə AMEA rəhbərliyi, elm və təhsil xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcək. Qeyd edək ki, E.Salayev ötən gün 88 yaşında dünyasını dəyişib.

Read More »

Diaspor Komitəsinin sədri israilli nazirlərlə Azərbaycan-İsrail əməkdaşlığını müzakirə edib

İsraildə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirib. Dövlət Komitəsindən  verilən məlumata görə, İsrail Knessetində baş tutan görüşlərdə İsrailin maliyyə naziri Aviqdor Liberman, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer, Yerusəlim işləri və irsi üzrə, eləcə də mənzil və tikinti üzrə nazir Elkin Zeev, Elina Bordaç …

Read More »

Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub. Dövlət başçısına Müstəqillik abidəsi barədə məlumat verilib. Sonra prezidentlər xatirə şəkli çəkdiriblər.

Read More »

DTX-nin əməliyyatı nəticəsində saxlanılan yüksək vəzifəli şəxsin kimliyi bilindi – FOTO

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda əməliyyat keçirib.   Boyukmillet.com xəbər verir ki, saxlanılanlardan birinin Dövlət  Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir.  Qeyd edək ki, Xəlilov Etiram Səyyaf oğlu 1997-ci ildən gömrük orqanlarında xidmət göstərir. O, 1997-ci ildə Bakı Baş Gömrük idarəsinin Bərə keçid postunun inspektoru və gömrük rəsmiləşdirilməsi şöbəsinin inspektoru, 2000-ci ildə …

Read More »

DTX xalq arasında, cəmiyyətdə insanların ən çox inandığı dövlət orqanına çevrildi

Bu gün general-polkovnik Əli Nağıyevin DTX-yə rəhbər təyin olunmasından 3 il ötür. Cənab Xidmət rəisinin bu orqana rəhbərlik etdiyi müddətdə DTX xalq arasında, cəmiyyətdə insanların ən çox inandığı dövlət orqanına çevrildi. Müasir dövrdə ölkədə təhlükəsizliyin və sabitliyin təmin olunmasında, milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində uğurlu fəaliyyətin həyata keçirilməsində DTX-nin rolu böyükdür.  Möhtərəm Prezidentin anonsunu verdiyi islahatların fonunda Dövlət …

Read More »

AMEA-nın keçmiş prezidenti vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, fizika-riyaziyyat elmləri doktoru, akademik Eldar Salayev vəfat edib. Boyukmillet.com  xəbər verir ki, o, ötən gün 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Salayev Eldar Yunus oğlu 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində anadan olub. 1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini işləyib. 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, …

Read More »

Azərbaycan Polşada keçiriləcək Ümumdünya Şəhər Forumunda təmsil olunacaq

Azərbaycan iyunun 26-30-da Polşanın Katovitsa şəhərində keçiriləcək 11-ci Ümumdünya Şəhər Forumunda və Forum çərçivəsində baş tutacaq sərgidə təmsil olunacaq. Boyukmillet.com xəbər verir ki, ölkəmizi sözügedən tədbirlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi təmsil edəcək. Artıq Azərbaycanın sərgi stendinin hazırlanması ilə bağlı işlərə başlanılıb.

Read More »

Allahşükür Paşazadə Avstriyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 22-də Avstriyaya səfər edəcək. QMİ-nin Mətbuat Xidmətindən səfərdə məqsəd Vyana şəhərində keçiriləcək “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda Beynəlxalq Konfransının təşkili və KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin toplantısında iştirak etməkdir. QMİ sədri A.Paşazadə iyunun 23-də KAİCİİD Beynəlxalq Mərkəzinin Direktorlar Şurası və Məşvərət Şurasının birgə iclasında iştirak və çıxış …

Read More »

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə gedib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

Read More »