Cümə , 10 Aprel 2026

autor

Baş Prokurorluq, DTX və DİN 12 il əvvəl baş vermiş ölüm işinin üstünü açıb

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirlərinin davam etdirilməsi nəticəsində qeyri-aşkar şəraitdə törədilən növbəti ağır cinayətin üstü açılıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Baş Prokurorluq və DİN-in birgə məlumatında qeyd edilib. Belə ki, 2010-cu il noyabrın 18-də paytaxt sakini Qürbət Abzərovun kəllə-beyin travması diaqnozu ilə daxil olduğu xəstəxanada …

Read More »

Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar keçirilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin müdafiə nazirlikləri arasında 10-cu Qərargah danışıqları keçirilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən, əməkdaşlığın cari vəziyyəti və mümkün perspektivləri müzakirə olunub.

Read More »

Prezident Bakıda yeni elektrik yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Azərişıq” ASC-nin 110/35/10 kilovoltluq yeni yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Boyukmillet.com-un xəbərinə görə, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına yeni yarımstansiyada və idarəetmə mərkəzində yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, paytaxtın Yasamal rayonu ərazisində, Füzuli meydanının yaxınlığında tikilən yeni yarımstansiya Bakı şəhərinin sürətlə artan elektrik enerjisi tələbatını …

Read More »

“Sputnik Azərbaycan”ın şef-redaktorunun iş icazəsinin uzadılmasına imtina verildi: Ölkəni tərk edir

“Sputnik Azərbaycan” saytının baş redaktoru Antonava Tryzno Veranika ilə həmin media orqanının prodüseri və onun həyat yoldaşı Pavel Antonovun Azərbaycanda müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilib və onların müvəqqəti yaşama icazələri ləğv edilib. Boyukmillet.com Dövlət Miqrasiya Xidmətinin saytına istinadən xəbər verir ki, Belarus vətəndaşı olan hər iki şəxs 10 gün ərzində ölkəni tərk etmək məcburiyyətindədirlər.

Read More »

Məleykə Abbaszadə: “Hər bir şagird icbari təhsili başa vurmalıdır”

“Əsasən 9-cu sinifdə aşağı nəticə göstərənlərlə bağlı aparılan təhlillər onu deməyə əsas verir ki, nəticəsi olmayan şagirdlər məktəbi çoxdan atan və təhsildən uzaqlaşanlardır”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, oxuyub-yazma bacarığı olmayanların sayının açıqlanması ilə belə halların qarşısını almaq hədəflənir: “Hər bir şagird icbari təhsili başa vurmalıdır”.

Read More »

Gələn ildən inşası gedən yeni binada imtahanlar kompüterdə keçiriləcək

Gələn ildən inşası gedən yeni binada imtahanlar kompüterdə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanların kağız üzərində deyil, kompüterdə keçirilməsi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, artıq müəyyən imtahanlar kompüter vasitəsilə keçirilir: “Elektron imtahanlara keçidlə əlaqədar xüsusi platforma yaradılıb. Sınaq imtahanlarını elektron formada daima keçiririk. Kütləvi imtahanlarda bu keçid …

Read More »

Özbəkistan prokurorluğunun nümayəndə heyəti Azərbaycana səfərə gəlib

2021-ci ilin 1 noyabr tarixində Bakı şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının baş prokurorlarının birinci iclası çərçivəsində Azərbaycan və Özbəkistan baş prokurorluqları arasında imzalanmış “2022-2023-cü illər üçün Əməkdaşlıq Proqramı”ndan irəli gələn müddəaların icrası məqsədilə Özbəkistan prokurorluğunun nümayəndə heyəti Azərbayacana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, iyunun 8-də Baş prokurorun birinci müavini Elçin Məmmədov nümayəndə heyəti ilə görüşüb. E.Məmmədov bütün sahələrdə olduğu …

Read More »

Azərbaycan komandoları şərti düşməni zərərsizləşdirib

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlimlər keçirilib. Boyukmillet.com xəbər verir ki, əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Komandolar əməliyyat rayonunun dərinliyinə sızaraq müvəqqəti sığınacaqların mühasirəyə alınması və şərti düşmənin zərərsizləşdirilməsi tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər. Keçirilən təlimlərin əsas məqsədi şəxsi heyətin dağlıq ərazilərdə …

Read More »

DİM sədri: “İmtahanlardan xaric edilən abituriyentlərə qətiyyən ikinci şans verilməyəcək”

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qayda pozuntusuna görə imtahanlardan xaric edilən abituriyentlərə ikinci şansın verilib-verilməyəcəyinə aydınlıq gətirib. Boyukmillet.com xəbər verir ki, DİM sədri jurnalistlərə açıqlamasında bildirib ki, qayda-qanunu pozanlara qətiyyən ikinci şans verilməyəcək. “Bacarana baş qurban”, “mən aldatdım” deyənlər “qəhrəman”a çevrilir. Onlar 10-15 nəfərdir. Onları niyə düşünürsünüz? Onlar elə bir şərait yaradır ki, kimdəsə inam ölür. …

Read More »

Klaviatura “qəhrəman”ı

Yaxud asan yolla qazanc əldə etmək istəyənlərin “vətənpərvərliyi” Gecədən xeyli keçməsinə baxmayaraq, hələ də kompüterin arxasında oturub var-gəl edir, növbəti qurbanını müəyyənləşdirməyə çalışırdı. Sabaha nəzərdə tutduğu asan, əziyyət çəkmədən cibinə girəcək qazancı əldə etmək üçün indi ona kompüterin sağında daim öz yerini tutan siqaret və alışqan da kömək edə bilmirdi. Saat 1-i keçirdi, ancaq hələ də sabahkı qurban müəyyən deyildi. …

Read More »