Cümə , 10 Aprel 2026

autor

Azərbaycan çempionu vəfat edib

“Turan” klubunun sabiq futbolçusu Eldar Bədəlov vəfat edib. Boyukmillet.com xəbər verir ki, keçmiş yarımmüdafiəçi 55 yaşında qəfildən dünyasını dəyişib. Bədəlov 1993/1994 mövsümündə “Turan”la Azərbaycan çempionu olub. Veteran futbolçu daha əvvəl “Neftçi” klubunun akademiyasında da çalışıb.

Read More »

Ramin Hacılı məhkəmədə ifadə verməkdən imtina edib

Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama əsasən, R.Hacılı xarici ölkələrə iş, səyahət və daimi yaşayış üçün getmək istəyənlərə səfirliklərdən viza, sonradan həmin ölkələrdə oturum almağa kömək vəd edib. Bu adla da onlardan pul alıb. …

Read More »

Azad olunmuş ərazilərdə tətbiq edilən innovativ yeniliklər Almaniyada sərgilənib

“Azərişıq” ASC Almaniyanın Hannover şəhərində keçirilən “HANNOVER MESSE-2022” işğaldan azad olunmuş ərazilərdə tətbiq olunan yeni texnologiyalar və innovasiyaları təqdim edib. “Azərişıq” ASC-nin təmsil etdiyi stenddə iki əsas istiqamətdə yenilikıər təqdim edilib. Onlardan birincisi işğaldan azad olunmuş ərazilərdə tətbiq olunan yeni texnologiyalar və innovasiyalar, ikincisi isə .“Azərişıq” ASC-nin fəaliyyəti, innovativ enerji həlləri və naliyyətləridir. Bu istiqamətlər üzrə qurum Şuşa şəhərində yeni …

Read More »

İstanbulda 25-ci Avrasiya İqtisadi Zirvəsi işə başlayıb

İstanbulda “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 25-ci Avrasiya İqtisadi Zirvəsi işə başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirdə onlarla ölkədən dövlət və hökumət başçıları, iqtisadçılar, elm, iş və incəsənət adamları, siyasi-ictimai xadimlər, müxtəlif səviyyəli fikir və düşüncə mərkəzlərinin rəhbərləri, habelə beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak edir. Zirvədə “Enerji və energetika siyasəti”, “Miqrasiya problemləri və post-pandemiya iqtisadiyyatı”, …

Read More »

FHN torpaq sürüşməsindən qəzalı vəziyyətə düşən evlərin əvəzinə yenisini tikəcək

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Astara rayonu, Şümrüd kəndinin ərazisində 18 yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderin qalibi “Ricon” MMC-dir. Qalib şirkətə 1 milyon 648,2 min manat ödəniləcək. Qeyd edək ki, evlər Şümrüd kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar …

Read More »

Binəli Yıldırım “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif edilib

Türkiyənin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma Azərbaycanla Türkiyə arasında dostluq, siyasi, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub. Boyukmillet.com xəbər verir ki, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli çıxışında Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, onun müstəqilliyini dəstəklədiyini bildirib. …

Read More »

Yasamal Rayon Məhkəməsində “İnsan hüquqları media müstəvisində” adlı tədbir keçirilib

Yasamal Rayon Məhkəməsinin inzibati binasında “İnsan hüquqları media müstəvisində” adlı “dəyirmi masa” keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin, Ombudsman Aparatının, Məhkəmə-Hüquq Şurasının, Medianın İnkişafı Agentliyinin, Mediasiya Şurasının, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının rəhbər şəxsləri, məhkəmə sədrləri və məhkəmələrdə media ilə əlaqələrə məsul spiker-hakimlər, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri, vətəndaş cəmiyyəti və media mənsubları iştirak ediblər. Ədliyyə Nazirliyinin İnsan hüquqları …

Read More »

ABŞ dövlət katibinin köməkçisinin müavini Ermənistana səfər edəcək

ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald iyunun 8-9-da Ermənistanda səfərdə olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, ABŞ-la Ermənistan arasında əsas azadlıqların təmin olunması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Read More »

Prezident İlham Əliyev Bakıda yeni salınmış “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Səbail rayonunda yeni salınmış “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış olub. Boyukmillet.com-un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına parkda görülən işlər barədə məlumat verib. Bildirilib ki, paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni parkda yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin mənalı istirahəti və asudə vaxtlarını …

Read More »

Sabah havanın temperaturu 36 dərəcəyədək artacaq

Bakıda və Abşeron yarımadasında iyunun 9-da hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə …

Read More »