Cümə , 10 Aprel 2026

autor

“Formula 1” yarışı Bakıda kirayə evlərin qiymətlərini kəskin artırıb

Bir neçə gün sonra Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisi yarışları paytaxtın kirayə bazarında canlanma yaradıb. Belə ki bir sıra Avropa və Asiya ölkələrindən məhz bu yarışları izləmək üçün Bakıya gələnlər var. Avtomobillərin hərəkət edəcəyi əsas marşrutun keçdiyi yolların kənarında kirayə mənzillərə ehtiyac xüsusilə hiss edilir. “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov bununla bağlı “Report”abildirib ki, mərkəzdə …

Read More »

DTX və DSX əməliyyat keçirib, külli miqdarda narkotiki ölkəyə keçirən şəxslər saxlanılıb

Dövlət Təhlükəsizliyi (DTX) və Dövlət Sərhəd xidmətləri (DSX) tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində birgə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə DTX və DSX-nin mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib. Bildirilib ki, İran İslam Respublikasının vətəndaşlarının da daxil olduğu qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması …

Read More »

Ukrayna Müdafiə Nazirliyi: “Qara dənizdəki Rusiya hərbi gəmiləri bizim üçün təhlükə yaradır”

“Rusiya Federasiyasının Qara dənizdəki 5 gəmisi 34-ə qədər kalibr tipli qanadlı raket buraxmaq imkanına malikdir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanık məlumat verib. Onun sözlərinə görə, bu, Ukrayna üçün Qara dənizdən raket zərbələri təhlükəsinin olması deməkdir: “Çünki raketlər faktiki olaraq bütün ölkə ərazisini hədəf ala bilər”. A.Motuzyanık bildirib ki, Rusiya öz hərbi qüvvələrini rotasiya …

Read More »

Baş Prokurorluq həkimin anasının qətlə yetirildiyi iddiasına münasibət bildirib

Baş Prokurorluq həkim terapevt Aysel Əskərovanın anasının qətlə yetirildiyi iddiasına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı hazırda Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır: “Ölümün səbəbini müəyyən etmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, müvafiq izahatlar alıb və digər zəruri prosessual hərəkətlər icra olunur. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin …

Read More »

Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun 14 km hissəsində asfalt örtüyünün döşənməsi yekunlaşır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Yolun uzunluğu 39.7 km-dir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 …

Read More »

Azərbaycan Türkmənistandan svop qazı tədarükünü 2 dəfə artıracaq

Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün illik həcmini indiki 2 milyard kubmetrdən 4 milyard kubmetrə çatdırmaq barədə razılığa gəlib. Boyukmillet.com bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, ötən həftə İranın neft naziri Cavad Ovci Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşündə bu barədə Anlaşma Memorandumu imzalanıb. Xatırladaq ki, ötən il İran, Azərbaycan və Türkmənistan hər il 1,5-2 milyard kubmetr türkmən qazının Azərbaycana …

Read More »

Xaricdə təhsillə bağlı sənəd qəbulu başlayıb

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq seçim meyarları və prosedurlar nəzərə alınmaqla, 2022-2023-cü tədris ili üçün “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçimi üçün sənəd qəbulu açıq elan edilir. Boyukmillet.com xəbər verir ki, sənəd qəbulu üçün son tarix iyunun 26-sı saat 23:59 müəyyən edilib. Proqrama müraciət üçün əsas şərtlərdən biri müəyyən olunmuş universitetlərin …

Read More »

Azərbaycanda son sutkada 2 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 792 810 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 042 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni …

Read More »

ABŞ 14 ölkədən Rusiyanın Ukraynadan oğurladığı taxılı almamağı tələb edib

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası 14 dövlətin rəhbərliyindən Rusiyanın Ukrayna ərazisindən oğurladığı taxılı almamağı tələb edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” bildirib. Məlumata görə, bura Afrikanın 10 ölkəsi, həmçinin Pakistan, Türkiyə, Banqladeş və Şri-Lanka daxildir. Qeyd olunub ki, söhbət 100 milyon dollar dəyərində 500 min ton Ukrayna taxılından gedir. Həmin taxıl Ukrayna ərazisindən quru yolu ilə …

Read More »

Mahaçqala və Bakı arasında aviareyslər ləğv edilib

Rusiyanın “UTAIR” aviaşirkəti tərəfindən həyata keçirilən Mahaçqala-Bakı istiqamətində aviareyslər ləğv edilib. Boyukmillet.com bu barədə Dağıstan hava limanına istinadən xəbər verir. Məlumata görə, bu istiqamətdə uçuşlar Azərbaycan hökumətinin təşəbbüsi ilə ləğv edilib. Qeyd edək ki, uçuşlar “UTAIR” aviaşirkəti tərəfindən “Boeing-737-500” təyyarələri vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Uçuşlar iyunun 3-dən başlayaraq, cümə və bazar günləri yaz-yay dövrünün sonuna qədər həyata keçirilməsi planlaşdırılırdı.

Read More »