Cümə , 10 Aprel 2026

autor

Qubada avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb

Qubada avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb. Boyukmillet.com xəbər verir ki, “Mercedes-Benz” markalı avtomobil hərəkətdə olan zaman rayon sakini, 2012-ci il təvəllüdlü Süleymanlı Səlahəddin Süleyman oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Rusiya ABŞ və Ukraynaya xəbərdarlıq edib

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna və ABŞ-a xəbərdarlıq edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib. “Ukraynanın xarici silahlardan istifadə etmək cəhdləri vəziyyəti xeyli pisləşdirəcək. Bu, tamamilə arzuolunmaz ssenaridir. Ukrayna ən müasir silahlarla təmin edilir. Mən bu silahların bizim ərazimizə qarşı istifadəsinin hansı nəticələrə səbəb olacağından danışmaq istəmirəm. Bu, durumu əhəmiyyətli dərəcədə əlverişsiz istiqamətə …

Read More »

Ermənistanın atacağı addımlar regionda yaranmış yeni reallıqlara adekvat olmalıdır – ŞƏRH

İkinci Qarabağ müharibəsindən sonra qalib və məğlub ölkələrin rəhbərləri üçüncü dəfə Belçikada bir araya gəldi. Düzdür, buna qədər də üçtərəfli görüşlər bir neçə dəfə baş tutsa da, Brüsseldəki son görüşdə sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə komissiyaların tezliklə işə başlaması, postmüharibə dövrünün reallıqları, nəqliyyat-kommunikasiya məsələlərinin həlli, bu sırada Zəngəzur dəhlizinin işə düşməsi və digər vacib məsələlər daha ətraflı müzakirə edildi.Görüşdə …

Read More »

Ukrayna və Polşa enerji sahəsində əməkdaşlığa dair memorandum imzalayıb

Rəsmi Kiyev və Varşava Polşaya elektrik enerjisi ixracının həcmini 1 GVt-a qədər artırmaq üçün dövlətlərarası hava xəttini istifadəyə verir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb. Bir gün əvvəl Ukraynanın energetika naziri Herman Qaluşenko və Polşanın iqlim və ətraf mühit naziri Anna Moskva Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılması və Rusiyanın enerji daşıyıcılarının tədarükündən imtina …

Read More »

Dövlət Komitəsindən sığınacaqda uşaqlara əzab verilməsi ilə bağlı açıqlama

“Kütləvi informasiya vasitələrində iyunun 2-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən sığınacaqların birində uşaqların zorakılığa məruz qalması faktına dair Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanıldığı qeyd edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu açıqlama verib. O bildirib ki, işin icrası zamanı məlumatların konfidensiallığı nəzərə alınaraq, …

Read More »

Sabah havanın temperaturu 37 dərəcəyədək artacaq

Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraiti yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal küləyi əsəcək.Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz …

Read More »

Serbiya enerji nəqlinin şaxələndirilməsində Azərbaycana ümid bəsləyir

“Serbiya Azərbaycan qazını gələcəkdə alacaq Bolqarıstan ilə interkonnektorun tikintisini tamamlayacaq”. Bunu Serbiya Baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç deyib. Onun sözlərinə görə, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyev və energetika naziri Pərviz Şahbazovla keçirdiyi görüşlərdə müzakirə mövzularından biri olub. “Bunu müzakirə etməklə bağlı razılıq əldə etdik. Ola bilər ki, gələn ildən etibarən ölkənizdən təbii qaz ala biləcəyik. Serbiya …

Read More »

İrandan Azərbaycana 11 kq-a yaxın qızılın qanunsuz keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 11 kq-a yaxın qızılın qanunsuz keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, iyun ayının 1-də saat 03:20 radələrində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd zastavası dərhal …

Read More »

Mustafa Şentop: “Türkiyə-Azərbaycan birliyinin daha da möhkəmlənməsini arzulayırıq”

“Türkiyə-Azərbaycan birliyinin sevincini yaşayırıq və bu birliyin daha da möhkəmlənməsini arzulayırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib. “Bizim arzumuz Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə də eşidilməsidir”, – TBMM sədri əlavə edib. Onun sözlərinə görə, bugünkü konqres Qarabağ məsələsinin də dünya ictimaiyyətinin diqqətinə …

Read More »

“Azərkosmos” İspaniyanın yüksək texnologiya şirkəti ilə əməkdaşlığa başlayır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) İspaniyanın aerokosmik, müdafiə və təhlükəsizlik sahələri üzrə fəaliyyət göstərən “GTD Ingenieria de Sistemas” şirkəti ilə Niyyət Protokolu imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənəd kosmik sahə üzrə qarşılıqlı fayda gətirəcək layihələrdə əməkdaşlığın təməlini qoyur. Niyyət Protokoluna əsasən “Azərkosmos” “GTD Ingenieria de Sistemas” şirkəti ilə birgə ölkədə kosmik sahə üzrə analitika və həllər, …

Read More »