Cümə , 10 Aprel 2026

autor

Əli Əsədov gürcüstanlı həmkarına təbrik məktubu göndərib

Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmkarı İrakli Qaribaşvilini Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Mətbuat Xidmətindən bildirilib. Təbrik məktubunda deyilir ki, Azərbaycan və Gürcüstanı tarixən sıx dostluq əlaqələri və mehriban qonşuluq münasibətləri birləşdirir, mövcud əməkdaşlığın bundan sonra da qarşılıqlı münasibətlərin inkişafına xidmət edəcəyinə əminlik ifadə edilib. Ə.Əsədov iki dövlət arasında münasibətlərin bu gün yüksək səviyyədə …

Read More »

Norveçdə “Xarıbülbül və Qarabağ” milli geyim kolleksiyası nümayiş etdiriləcək

Mayın 29-da Norveçin paytaxtı Osloda Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer Gülnarə Xəlilovanın “Xarıbülbül və Qarabağ” milli geyim kolleksiyası nümayiş etdiriləcək. Boyukmillet.com xəbər verir ki, tədbir Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə paytaxt şəhərin məşhur “Cosmopolite” səhnəsində nümayış olunacaq. G.Xəlilova bildirib ki, kolleksiyanın təqdimatı Azərbaycanın Müstəqillik Gününə və “Şuşa ili”nə həsr …

Read More »

“Müstəqil Azərbaycanın bayrağı azad olunmuş ərazilərdə də hər zaman dalğalanacaq” – RƏY

“Bugünkü güclü və qüdrətli Azərbaycan 1918-ci ilin may ayının 28-də müstəqilliyini elan etmiş Azərbaycanın hüquqi varisidir. O zaman Azərbaycan müstəqilliyini elan etsə də, cəmi iki ilə yaxın müstəqil ölkə kimi fəaliyyət göstərməyi bacardı”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. O xatırladıb ki, məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimiz qorunmağa başladı: “Ölkədə …

Read More »

BƏƏ-nin vitse-prezidenti Azərbaycan liderini təbrik edib

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid Al Məktum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və …

Read More »

Mövlud Çavuşoğlu: “İsveç və Finlandiyadan terrorçularla əlaqələrini kəsməsini istəyirik”

“İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı Türkiyənin mövqeyi çox konkretdir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rumıniya və Polşadan olan həmkarları ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. O deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın mövqeyini həm Finlandiya, həm də İsveç liderlərinə çatdırıb. “Türkiyə NATO-nun açıq qapı siyasətini hər zaman dəstəkləyib. Bizim …

Read More »

Təbriz Əmmayev: “Qarabağda geotermal enerjidən istifadə edilə bilər”

Növbəti illərdə azad edilmiş ərazilərdə əhalinin məskunlaşması fonunda artan enerji tələbatını qarşılamaq üçün geotermal enerjidən istifadə nəzərdən keçirilir. Bunu “Report”a müsahibəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev bildirib. Onun sözlərinə görə, növbəti illərdə artıq əhalinin məskunlaşması fonunda artan enerji tələbatını qarşılamaqdan ötrü günəş, külək, hidroenerji potensialına əlavə olaraq geotermal enerjisindən istifadənin nəzərdən keçirilməsi üçün …

Read More »

“Yüksək Texnologiyalar Parkı”: “TEKNOFEST”də məhsullarımıza maraq böyükdür”

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus “Yüksək Texnologiyalar Parkı” MMC-nin (YTP) “TEKNOFEST-Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında nümayiş etdirdiyi məhsullara maraq böyükdür”. “Burada YTP-nin ərazisində fəaliyyət göstərən “Elm və Texnologiyalar Parkı”, “Təcrübə-Sənaye Zavodu”, “Beyt” , “Inkor”, “Proline Chemicals” və “Troniq” MMC-lər məhsullarını nümayiş etdirirlər. Məhsullar arasında kənd təsərrüfatı sahəsində monitorinq üçün nəzərdə tutulmuş pilotsuz uçuş aparatları, bitki əsaslı sürtkülər və sürtkü …

Read More »

Ermənistan Baş nazirinin müavini: “Sərhədlərin delimitasiyası üzrə ilk görüş konstruktiv keçdi”

“Ermənistanla Azərbaycan arasında sərhədlərin delmitasiyası üzrə milli komissiyalarının mayın 24-də baş tutan birinci görüşü konstruktiv keçdi”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan TASS-a müsahibəsində bildirib. “Mayın 24-də sərhəddə birinci görüş keçirdik. Bu görüşdə gələcəkdə birgə fəaliyyətin təşkili məsələlərini müzakirə etdik. Bu baxımdan, görüşü tamamilə konstruktiv hesab edirəm. Sərhədlərin delimitasiya və təhlükəsizliyi məsələləri üzrə komissiyanın növbəti görüşünün …

Read More »

Kamran Əliyev vətəndaşların müraciəti ilə bağlı prokurorlara göstəriş verib

Mayın 27-də Baş prokuror Kamran Əliyev Goranboy Rayon Prokurorluğunun inzibati binasında Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Boyukmillet.com xəbər verir ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib. Baş Prokurorluğun məsul …

Read More »

Şuşada ilk respublika uşaq tədbiri keçiriləcək

İyunun 1-də Şuşada məktəblilər arasında “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konsert proqramı keçiriləcək.. Boyukmillet.com xəbər verir ki, tədbir Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Şuşa Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Şuşa Real Məktəbinin qarşısında baş tutacaq. Tədbirdə müsabiqə qaliblərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunacaq, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq. Həmçinin festival-müsabiqənin …

Read More »