Cümə , 10 Aprel 2026

autor

Azərbaycan voleybol millisinin hazırlıq planı bəlli olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışının vaxtı dəqiqləşib. Boyukmillet.com xəbər verir ki, yığmanın baş məşqçisi Eldar Yusubov və komanda üzvləri ilə keçirilən iclasdan sonra mayın 30-da bir araya gəlinməsi qərara alınıb. Yığıncaqda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına, eləcə də AVRO-2023-ün təsnifat mərhələsinə hazırlıq planı dinlənilib və oyunçuların hazırkı vəziyyətindən danışılıb. Yusubov bildirib ki, komandanın hazırlığı iki …

Read More »

Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranlara hökm oxunub

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurmaqda təqsirləndirilən Vüqar Tağızadə və Allahverdi Məmmədliyə hökm oxunub. Boyukmillet.com xəbər verir ki, Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Tağızadə 1 il 5 ay 28 gün, Allahverdi Məmmədli isə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bu ilin yanvar ayında sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin …

Read More »

Selçuk Bayraktar Şuşaya gedib

Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar Şuşaya gedib. Boyukmillet.com xəbər verir ki, o, Cıdır düzündə olub.

Read More »

“​​​​​​​Azercell”in baş sponsorluğu ilə “TEKNOFEST Azərbaycan” festivalı keçirilir

Lider operatorun “Rəqəmsal Yaşam Studiyası”nda ziyarətçiləri əyləncəli proqram və bol hədiyyələr gözləyir Azərbaycanda ilk dəfə olaraq Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı və “Azercell Telekom” MMC-in baş sponsorluğu ilə “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalı keçirilir. Bu möhtəşəm tədbirdə Azercell, həmçinin, xüsusi “Rəqəmsal Yaşam Studiyası” konsepsiyası ilə iştirak …

Read More »

Xəlil Rza Ulutürkün həyat yoldaşı vəfat edib

Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı, Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Ulutürk vəfat edib. Boyukmillet.com xəbər verir ki, F.Ulutürk bu gün səhər saatlarında 89 yaşında dünyasını dəyişib: “Mərhum bu gün Badamdar qəbiristanlığında torpağa tapşırılacaq”.

Read More »

Elektron ticarətin geyim idxalçılarına yaratdığı problemlər müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası” İctimai Birliyinin üzvləri ilə onlayn formatda görüşüb. Boyukmillet.com xəbər verir ki, Assosiasiya 200-dən çox brend geyim mağazasını birləşdirən vergi ödəyicilərini təmsil edir. Görüşdə sektorda mövcud vəziyyət, sahibkarların vergitutma sahəsində qarşılaşdığı çətinliklər, pərakəndə geyim idxalı sahəsində istehlakçıların fərdi şəkildə elektron ticarət vasitəsilə mal idxalının bu sektorda …

Read More »

“Azərişıq” Füzuli və Ağdamla bağlı 18 milyon manatlıq 2 tenderə yekun vurub

“Azərişıq” ASC Füzulidə Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, iki dövrəli kabel xəttinin çəkilməsi (1), eləcə də Ağdamda Transformator Məntəqəsinin tikintisi, avadanlıqların quraşdırılması və iki dövrəli kabel xəttinin çəkilməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Enerji Construction” və “Smart Energy Services” MMC-lərdir. Qalib şirkətlərə 6,612 milyon manat və …

Read More »

AFFA-nın baş katibi Tovuz və Gəncədə olub

AFFA-nın baş katibi Sərxan Hacıyev Qərb zonasında səfərdə olub. Boyukmillet.com xəbər verir ki, Hacıyev “Turan Tovuz” Futbol Akademiyasına baş çəkərək, Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi ilə bağlı görülən işlərlə maraqlanıb. O, həmçinin AFFA-nın təsis olunmasının 30 illik yubileyi münasibətilə Gəncədə futbol festivalına qatılıb. Gəncə şəhər stadionunda keçirilən festivalda 11-12 yaşlı uşaqların iştirakı ilə mini futbol turniri təşkil olunub. Turnirdə …

Read More »

ABŞ-ın Sanni Ayls Biç şəhərində mayın 28-i “Azərbaycanın Müstəqillik Günü” elan olunub

ABŞ-ın Florida ştatındakı Sanni Ayls Biç (Sunny İsles Beach) şəhər meriyasında keçirilən toplantıda 28 may 2022-ci il tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib. Tədbirdə çıxış edən Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət yaradılıb. Cəmiyyət rəhbəri Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, həyata keçirdiyi demokratik islahatlar, …

Read More »

Volodimir Zelenski: “Qərb Rusiya ilə oynamağı dayandırmalıdır”

“Qərb Rusiya ilə oynamağı dayandırmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib. “Qərb Ukraynadakı mənasız savaşa son vermək üçün çalışmalıdır. Bundan ötrü Rusiyaya daha sərt sanksiyalar tətbiq edilməlidir. Ukrayna müstəqil olaraq qalacaq. Sadəcə sual bunun nəyin bahasına olmasıdır”, – o söyləyib. V.Zelenski həmçinin Avropa İttifaqını tənqid edib: “Avropa İttifaqı altıncı sanksiyalar paketini tətbiq etmək üçün daha …

Read More »