Mayın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdarla görüşüb. Qonağı salamladıqdan sonra müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini bildirib. Ölkə rəhbərlərinin dostluq münasibətlərinin dövlətlərimiz arasında əlaqələrin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayan general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı …
Read More »Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Azərbaycan-Gürcüstan əlaqələri çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində …
Read More »İlham Əliyev Azərbaycanla Latviya arasında müdafiə sahəsində əməkdaşlıq sazişini təsdiqləyib
Azərbaycan Müdafiə Nazirliyi ilə Latviya Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Sənədə əsasən, 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Read More »Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan” festivalının keçiriləcəyi ərazidə olub
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan” festivalının keçiriləcəyi ərazidə olub. Boyukmillet.com xəbər verir ki, o, festivalda iştirak edəcək startaplara baş çəkib. S.Bayraktara bildirilib ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində Bakıda keçiriləcək “Takeoff Baku” müsabiqəsinin qaliblərinə yüksək məbləğdə mükafat veriləcək. O cümlədən, I yeri tutacaq startap 15 min dollar mükafat, II …
Read More »Azərbaycan-Türkiyə qardaşlığı: 4 helikopterdən “F-16”ya, “Bayrakdar”a, Şuşayadək – ŞƏRH
Tarixən Azərbaycanla Osmanlı və Türkiyə arasında qarşılıqlı yardımlaşma olub. Bütün çətin dönəmlərdə bu iki dövlət bir-birinə dəstək verib, arxa durub. Ancaq bu, heç də həmişə tərəflərin arzuladığı kimi həyata keçməyib. 1918-ci ildə yenicə qurulan Azərbaycan Xalq Cümhuriyyətinə Qafqaz İslam ordusunun yardıma gəlməsini yada salmaq olar. Ancaq Osmanlı dövlətinin düşdüyü ağır vəziyyət qarşıya qoyulan məqsədin həyata keçməsinə mane olmuşdu. Həmin vaxt …
Read More »İrəvanda Atatürkün portreti erməniləri hiddətləndirib
Ermənistanın paytaxtı İrəvanın küçələrindən üzərində Mustafa Kamal Atatürk və Fateh Sultan Mehmetin portretləri olan yük maşını keçib. Boyukmillet.com “Report”-a istinadən xəbər verir ki, sosial şəbəkədə hadisə ilə bağlı video yayılıb. Görüntülər sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub.
Read More »Şuşada beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Azərbaycan Prezidentinin Şuşa şəhəri üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyyət Nazirliyi, ADA Universiteti, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Bu barədə Təşkilat Komitəsindən məlumat verilib. Sentyabr ayının 18-19-da baş tutacaq konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək: – Qarabağda yeni iqtisadiyyat quruculuğu və …
Read More »Azərbaycan-Ermənistan sərhəd komissiyalarının ikinci görüşü gələn həftə keçiriləcək
“Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının ikinci görüşü gələn həftə Moskvada keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Andrey Rudenko söyləyib. Xatırladaq ki, ötən gün əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla …
Read More »Azərbaycanla Pakistan arasında sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayi ilə görüş olub. Bu barədə nazirlikdən məlumat verilib. Azərbaycanla Pakistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Pakistanın dövlət başçıları tərəfindən iki ölkə arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Qarşılıqlı səfərlərin, imzalanmış sənədlərin …
Read More »“Avto FM” radiosu DİN-in nəzarətinə keçib
“Avto FM” radiosu Daxili İşlər Nazirliyinin (DİN) nəzarətinə keçib. Boyukmillet.com xəbər verir ki, bu, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) DİN-in tabeliyinə verilməsindən sonra baş tutub. Belə ki, NİİM əvvəllər Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub. Prezident İlham Əliyevin bu il fevralın 7-də imzaladığı fərmanla “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” MMC DİN-in tabeliyinə verilib. Bununla “Avto FM” radiosu da DİN-in nəzarətinə keçib, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar