Mayın 18-də Azərbaycanın Baş Prokurorluğunda Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasa fəxri qonaqlar qismində Azərbaycanda səfərdə olan Litvanın Baş prokuroru Nida Grunskiene və bu ölkənin Xüsusi İstintaq Xidmətinin direktoru Jidrunas Bartkus qatılıblar. Şuranın iclasında Azərbaycan Prezidenti Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik, ADA, Milli …
Read More »Şuşada beynəlxalq konfrans keçirilir
Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb. Boyukmillet.com xəbər verir ki, konfransın açılışında mədəniyyət naziri Anar Kərimov, ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev və başqaları iştirak edirlər. Tədbirdə həmçinin “Mədəniyyət naminə sülh” proqramının ICESCO–ya daxil olan məsələlər planı müzakirə ediləcək. …
Read More »Azərbaycanda Həcc ziyarətinin təşkili qaydalarına dəyişiklik edilib
“Qafqaz Müsəlmanları İdarəsində Həcc ziyarətinin təşkili ilə məşğul olanlar var. İdarənin nümayəndələri Səudiyyə Ərəbistanına səfər etmişdilər və bu istiqamətdə danışıqlar aparılıb”. Bunu “Report”un sualına cavab olaraq İdarənin sədri şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, koonavirus pandemiyası səbəbindən iki il ziyarətlə bağlı çətinliklər vardı: “Bu il üçün Azərbaycanda Həcc ziyarətinin təşkili ilə bağlı qaydalara müəyyən dəyişikliklər edilib. Nümayəndə heyəti Vətənə qayıtdıqdan …
Read More »İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürüb
İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürüb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, may ayının 16-da İran sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən bu ölkənin sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub: “Mayın 18-də Mircavad Musayevin …
Read More »Ərdoğan: “İsveç tamamilə terror yuvasıdır”
“NATO təhlükəsizlik təşkilatıdır. Alyansın içində terror təşkilatlarının olmasını qəbul edə bilmirik. Bu ölkələr (Finlandiya və İsveç) PKK/YPG-yə ev sahibliyi edir. Biz salındığımız dalana bir daha dirənməyi düşünmürük”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “İsveç tamamilə terror yuvasıdır. Bir ölkə “yox” deyərsə, hər hansı namizəd ölkəni NATO-ya qəbul edə bilməzlər. Keçmişdə təşkilata daxil olanlar daxil olub. Bunun …
Read More »Belarusun baş naziri Ermənistanın bombaladığı əraziləri ziyarət edib
Belarusun Baş naziri Roman Qolovçenkonun başçılıq etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir. Boyukmillet.com xəbər verir ki, qonaqlar yerli rəsmi şəxslər tərəfindən Gəncə Beynəlxalq Hava Limanında qarşılanıb. Onlar ilk olaraq Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket atəşinə tutduğu əraziyə baş çəkiblər. Orada ermənilər tərəfindən Gəncə şəhərində törədilən terror hadisələri nəticəsində şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq gül dəstələri …
Read More »Azərbaycanda “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” yaradılıb
Prezident İlham Əliyev “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərman beynəlxalq təcrübə nəzərə alınmaqla hüququn müxtəlif sahələri üzrə islahatların həyata keçirilməsi, normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə verilib. Fərmanla “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılır. Sənədlə “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi” təsdiqlənib. Fərmana …
Read More »Azərbaycan səfiri Qazaxıstan XİN başçısının birinci müavini ilə görüşüb
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bu ölkənin xarici işlər nazirinin birinci müavini Akan Rahmetulin ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyi məlumat yayıb. Görüş Qazaxıstan Xarici İşlər Nazirliyində baş tutub.
Read More »Sabiq deputatın rəhbərlik etdiyi institut yenidən təşkil olunacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil ediləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda bildirilib. Qeyd …
Read More »Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək
Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. Sədrin sözlərinə görə, tədbirin bu ilin sentyabr ayının sonu oktyabr ayının əvvəlində keçirilməsi planlaşdırılır. O qeyd edib ki, tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Azərbaycan dini liderlərinin iştirakı nəzərdə tutulub: “Ümid edirəm ki, gələcəkdə bu kimi konfrans və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar