“Türkiyə və Azərbaycan bölgədə baş verən hadisələrlə bağlı mütəmadi şəkildə danışıqlar aparır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, iki ölkə arasında dostluq münasibətləri hər zaman olduğu kimi indi də inkişaf edir: “Münasibətlərimiz bu günədək güclü şəkildə davam edib və bundan sonra da davam edəcək”.
Read More »Türkiyədə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna dair tədbir keçirilir
Türkiyənin paytaxtı Ankarada “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının növbəti toplantısı işinə başlayıb. Boyukmillet.com xəbər verir ki, toplantıdan öncə Beynəlxalq Assosasiyaya üzv ölkələrin dəmiryolu, liman administrasiyası, gəmi və nəqliyyat-logistika şirkətlərinin rəhbərləri Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu öndərin abidəsi önünə gül dəstələri düzülüb, dünya şöhrətli siyasətçinin əziz …
Read More »“Radioquraşdırma zavodu”nun direktoru dəyişib
Müdafiə Sənayesi Nazirliyinə məxsus “Radioquraşdırma zavodu” MMC-nin direktoru Çingiz Əliyev vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, müəssisəyə rəhbərlik Rzabəy Məmmədova həvalə olunub. Xatırladaq ki, “Radioquraşdırma zavodu” 1948-ci ildə Yеrli Sənаyе Nаzirliyinin tаbеliyində yaradılıb, 1984-cü ildə Robot zavodu ilə birləşdirilərək Radioquraşdırma Bakı İstehsalat Birliyi adlandırılıb, 1991-ci ilə qədər SSRİ Rаdiо sənаyеsi Nаzirliyinin, daha sonra Nаzirlər Kаbinеtinin tаbеliyində оlub, 1993-cü ilin …
Read More »MN: “Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək”
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Boyukmillet.com xəbər verir ki, döyüş sursatlarının utilizasiya prosesi 11.05.2022-ci il tarixdən 14.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək: “Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”.
Read More »Ərdoğanın sözçüsü: “Müharibə yolu ilə yeni nizam yaratmaq cəhdləri toqquşmalara səbəb olacaq”
“Müharibə yolu ilə yeni nizam yaratmaq cəhdləri toqquşmalara səbəb olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın tviter səhifəsində yazıb. “Ukraynadakı müharibəni bitirmək və humanitar yardımı çatdırmaq üçün təşəbbüslərimiz davam edir. Artıq üçüncü ayına keçən savaşın davam etməsi kimsənin xeyrinə deyil”, – o bildirib.
Read More »Türkiyə səfirliyi: “Heydər Əliyevi hörmət və ehtiramla yad edirik”
Türkiyənin Azərbaycandakı səfiri ulu öndər Heydər Əliyevlə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, diplomatik nümayəndəliyin tviter səhifəsində edilən paylaşımda bildirilib: “Azərbaycan xalqının ümummilli lideri və dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyevi anadan olmasının 99-cu ildönümündə hörmət və ehtiramla yad edirik”.
Read More »DTX Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı paylaşım edib
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tviterdə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: Müasir Azərbaycanın banisi və qurucusu, xalqımızın ümummilli lideri, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edirik. Müasir Azərbaycanın banisi və qurucusu, xalqımızın ümummilli lideri, …
Read More »Prezidentin köməkçisi: “Bu gün Şuşa şəhəri azaddır və ulu öndərin ruhu şaddır”
“Bu gün Şuşa şəhəri azaddır və ulu öndərin ruhu da şaddır. O, məhz bu günü görmək istəyirdi, bu günü vəsiyyət etmişdi. Müzəffər Ali Baş Komandan tərəfindən Şuşa şəhəri və torpaqlarımız işğaldan azad olundu”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Bu gün Azərbaycan xalqının üzü gülür. …
Read More »Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti …
Read More »Cıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunub
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fləşmob keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb. Hərbçi, polis və müxtəlif sahələrdə çalışan gənclərin iştirakı ilə keçirilən fləşmob Cıdır düzündə, Şuşanın qala qapılarının önündə və şəhərin başqa nöqtələrində təşkil olunub. Fləşmob iştirakçılarının iştirakı ilə Cıdır düzündə ümummilli lider …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar