Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) “Media Haqqında” Qanuna edilən yeni dəyişikliklərlə bağlı iyulun 16-da bəyanat yayıb. Bəyanatda deyilir ki, Azərbaycan parlamenti KİV haqqında qanuna etdiyi dəyilikliklərlə onsuz da ölkədə müstəqil medianın fəaliyyətini mümkünsüz edən qanunun bir az da sərtləşdirilməsinə yol açıb. “Media Haqqında” Qanuna dəyişiklik edilməsi barədə qərar iyulun 14-də Milli Məclis tərəfindən qəbul edilib. Həmin dəyişikliklər informasiya agentlikləri üçün daha sərt tələblər müəyyən …
Read More »Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Prezidentə müraciət edilib
“Toplum TV iși” üzrə həbsdə olan media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin səhhətindəki problemlərlə əlaqədar Prezidentə müraciət olunub. Ələsgər Məmmədli 2024-cü il martın 8-də “ToplumTV işi” çərçivəsində həbs olunub. “Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb. Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb. Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb. Hazırda bu işlə bağlı …
Read More »VHP rəsmisi: “Suriya xalqının iztirabları qarşısında susmaq insanlıqdan imtina etməkdir
Suriyada 2011-ci ildən bu yana davam edən qanlı qarşıdurmalar təkcə bir dövlətin siyasi dağılmasını deyil, həm də beynəlxalq sistemin insani və hüquqi baxımdan nə qədər aciz olduğunu nümayiş etdirib. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Musavat.com-a açıqlamasında bildirib ki, yüz minlərlə insanın həyatını itirdiyi, milyonlarla insanın didərgin düşdüyü bu münaqişə artıq regional yox, qlobal humanitar fəlakətə çevrilib. …
Read More »Azərbaycanlı olduğuna görə Ermənistanda girov saxlanılmış və işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib
Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Kərəm Məmmədov 1990-cı il martın 7-də Ermənistanda girov saxlanıldığını bildirib. Boyukmillet.com xəbər verir ki, o, Zəngilan rayonu və Qafan rayonu arasındakı rabitə xəttini bərpa etmək üçün “UAZ” markalı avtomobillə həmin əraziyə getdiyini qeyd edib. Onunla birlikdə işçiləri Bağırov Şakir Əvəz oğlu və Zəngilan rayonu rabitə qovşağının sürücüsü Emin və komendantın köməkçisi …
Read More »Bu ilin altı ayı ərzində korrupsiya cinayəti törədən 10 şəxs iş başında yaxalanıb
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən bu ilin altı ayı ərzində 59 cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində bildirilib. Qeyd olunub ki, keçirilmiş 12 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 7 nəfər saxlanılıb. Hesabat dövrü ərzində Baş İdarə …
Read More »İlham Əliyev Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına görülmüş işlər barədə məlumat verdi. Xatırladaq ki, 2021-ci il mayın 28-də Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub. Qeyd edək ki, Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən …
Read More »Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur
İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir. Boyukmillet.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. İyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək. Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırmışdır.
Read More »Bağçalara qəbul başlayıb
Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) qəbul başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat evrilib. Bildirilib ki, bu gün saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, iyulun 25-i saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada biləcəklər. …
Read More »Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur
“Ədliyyə Nəşriyyat Evi” MMC ləğv olunduğunu elan edib. Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 1, mənzil 1 ünvanına bildirə bilərlər. Xatırladaq ki, “Ədliyyə Nəşriyyat Evi”ni 2004-cü ildə Ədliyyə Nazirliyi yaradıb.
Read More »Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 153 nəfər saxlanılıb
Türkiyədə son iki həftə ərzində İŞİD-in üzvü ehtimal olunan 153 nəfər saxlanılıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, şübhəlilər ölkənin 28 vilayətində, o cümlədən İstanbul, İzmir, Antalya və Bursa kimi böyük şəhərlərdə genişmiqyaslı antiterror əməliyyatı çərçivəsində saxlanılıblar. “Saxlanılanlar İŞİD-in fəaliyyətində iştirak etməkdə, onunla əlaqəli saxta humanitar qurumları maliyyələşdirməkdə və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar