İran ərazisində olan Tacikistanın 10 vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib. Bu barədə “Report”un Cənub bürosu xəbər verir. Bildirilib ki, Tacikistan vətəndaşları İrandan Azərbaycana Astara dövlət sərhəd buraxılış məntəqəsindən keçirilərək təxliyə olunub və daha sonra ölkələrinə yola salınacaqlar.
Read More »AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb
Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub. Boyukmillet.com AZAL-a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır: • Bakı – Dammam – Bakı (J2 8205/8206) • Bakı – Bəhreyn – Bakı (J2 505/506) • Bakı – Ər-Riyad – Bakı …
Read More »Ermənistan Yaxın Şərqdəki vəziyyət səbəbindən malların ixrac və idxalında çətinliklər yaşayır
Ermənistan Yaxın Şərqdə gərginliyin artması səbəbindən malların ixracı və idxalında çətinliklərlə üzləşir. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib. “Biz həm idxal, həm də ixracda çətinliklərlə üzləşirik. Ümid edirik ki, münaqişə həll olunacaq və biz əvvəlki kimi İran vasitəsilə yükləri daşıya biləcəyik”, – nazir deyib. Onun sözlərinə görə, İsrail və İran arasında münaqişənin kəskinləşməsi …
Read More »Oğuz-Qəbələ-Bakı su kəmərində qəza baş verib, təchizat 4 günlük kəsiləcək
Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq. Boyukmillet.com bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir. Məlumata görə, işlər yekunlaşdıqdan sonra suyun iyunun 20-dən suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.
Read More »İran parlamenti Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qəlibaf İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni təsdiq edərək ölkə Prezidenti Məsud Pezeşkiana göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. “Konstitusiyanın 123-cü maddəsinə uyğun olaraq, parlament sədri Məhəmməd Baqir Qəlibaf İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni prezidentə təqdim edib”, – …
Read More »İsrail Müdafiə Qüvvələri İranın silah istehsalı obyektlərinə zərbə endirdiyini açıqlayıb
İsrail Müdafiə Qüvvələri İranın silah istehsalı obyektlərinə silsilə zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. “İsrail Müdafiə Qüvvələri İran rejiminin silah istehsal imkanlarını pozmaq üçün geniş hücum dalğasını tamamlayıb. Bu gün Tehrandakı Qüds Qüvvələri, İnqilab Keşikçiləri və İran Ordusunun infrastrukturuna qarşı həyata keçirilmiş geniş hücum dalğasının davamı olaraq İran ərazisində çoxsaylı silah istehsalı obyektlərinə hücumlar edilib”, – məlumatda …
Read More »Tramp: İsrail və İran, çox güman ki, döyüş əməliyyatlarını dayandırmaq barədə razılığa gələcəklərə
İsrail və İran, çox güman ki, döyüş əməliyyatlarının dayandırılması barədə razılığa gələcəklər, lakin bu dərhal baş verməyə bilər. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib. O, Yeddilik Qrupunun (G7) liderlərinin sammitinin keçiriləcəyi Kanadaya yola düşməzdən əvvəl bu açıqlamanı verib. “Ümid edirəm ki, [İsrail və İran arasında] razılaşma olacaq. …
Read More »“İrandan Türkiyəyə miqrasiya dalğası başladı” iddiası həqiqəti əks etdirmir – Rəsmi
TÜRKİYƏ PREZİDENT ADMİNİSTRASİYASI KOMMUNİKASİYA İDARƏSİNİN DEZİNFORMASİYAYA QARŞI MÜBARİZ MƏRKƏZİNİN MƏLUMATI “Türkiyə sərhədlərinin mühafizəsi yüksək səviyyədədir! Müəyyən qruplar tərəfindən rəqəmsal media platformalarında paylaşılan “İrandan Türkiyəyə miqrasiya dalğası başladı” iddiası həqiqəti əks etdirmir. İsrailin İrana qarşı həyata keçirdiyi mənfur hücumdan sonra bəzi sosial media hesablarında İrandan Türkiyəyə miqrasiya dalğasının başlandığına dair paylaşımlar dezinformasiya məqsədi daşıyır. Daxili İşlər Nazirliyimiz Türkiyə–İran sərhəddində hər hansı …
Read More »İranın gecə zərbələri: bu obyekt də VURULDU – ÖLƏNLƏR VAR
İranın Təl-Əviv ətrafındakı yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Times of Israel yayıb. Qəzetin məlumatına görə, Təl-Əvivin ətrafı Bat Yamda həlak olanlar arasında iki uşaq da var. Daha 137 nəfər yaralanıb, təxminən 35 nəfər itkin düşüb. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilasedicilər içəridə qalan qurbanları tapmağa tələsir.İranın İsraili atəşə …
Read More »Türkiyə XİN: Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə təbrik edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Türkiyə XİN-in tviter hesabında paylaşım edilib. “Can Azərbaycanın Milli Qurtuluş Günü mübarək olsun! Həm kədərdə, həm də sevincdə can Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək”, – paylaşımda bildirilib. Xatırladaq ki, bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 32 il əvvəl – Milli Məclisin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar