İspaniyada naməlum kişi barda bıçaqla insanlara hücum edib. Boyukmillet.com “Europa Press”ə istinadən xəbər verir ki, hadisə Barakaldo şəhərində (Basklar ölkəsi) qeydə alınıb. Qeyd edilir ki, o, əvvəlcə bıçaqla barın sahibinə hücum edib, sonra isə qarşıdurmaya müdaxilə etməyə çalışan müştərini yaralayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Cinayətkar bundan sonra ayaqyoluda barrikada qurub. Hadisə yerinə gələn polis əməkdaşları cəlb olunub, əraziyə yaxın küçələr mühasirəyə …
Read More »Putin və Baydenin görüşünün vaxtı açıqlanıb
Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Cozef Bayden 2022-ci ilin əvvəlində təkbətək görüşə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kommersant” nəşri rəsmi Moskva və Vaşinqton arasında aparılan danışıqlardan məlumatlı olan mənbələrə istinadən yazıb. Mənbə iki liderin görüşünün vaxtını açıqlayıb: qeyd edilir ki, onlar 2021-ci ilin sonuna kimi videokonfrans formatında onlayn danışıq aparacaqlar, 2022-ci ildə isə şəxsən görəcəklər. Danışıqların …
Read More »Bu gün Azərbaycan Kubokunun püşkü atılacaq
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2021/2022 mövsümünün püşkatma mərasimi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, AFFA-nın inzibati binasındakı tədbir saat 15:00-da başlayacaq. Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq. “Turan Tovuz” isə ölkə kubokuna qatılmaqdan imtina edib. Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. …
Read More »Bakıda 30 yaşlı şəxs “Tik-Tok”da yazdığı nalayiq ifadələrə görə qətlə yetirilib
Noyabrın 9-u saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov “Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında …
Read More »Zakir Həsənov polkovnik-leytenantı işdən çıxarıb
“Azərbaycan Ordusu” qəzetinin baş redaktoru polkovnik-leytenant İlham Behbudov vəzifəsindən azad olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Əmrə əsasən, İ.Behbudov işdən çıxarılmaqla yanaşı, Silahlı Qüvvələr sıralarından da tərxis olunub. Hələlik “Azərbaycan Ordusu” qəzetinə yeni baş redaktor təyin edilməyib. Bu vəzifənin icrası müvəqqəti olaraq kapitan Məhəmməd Nəsirliyə həvalə olunub. Müdafiə Nazirliyindən faktı “Report”a təsdiqləyiblər.
Read More »Bu gündən Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi başlayır
Bu gündən Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə başlanılır. Boyukmillet.com -un xəbərinə görə, büdcə layihəsinə əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında baxılacaq. Bu gün komitə layihənin müzakirəsi üçün toplanacaq. Sabahdan isə qanun layihələri parlamentin digər komitələrində müzakirəyə çıxarılacaq. Qanunverici orqanın noyabrın 16-17-18-də keçiriləcək plenar iclaslarda isə gələn ilin dövlət büdcəsi zərfinə daxil …
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.11.2021)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,3 % artaraq 1,9693 manat, Rusiya rublunun məzənnəsi isə 1,3 % artaraq 0,0240 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,96931 Rusiya rublu0,02401 Avstraliya dolları1,25251 Argentina pesosu0,01701 Belarus rublu0,69781 Braziliya rialı0,30991 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1127100 Cənubi Koreya vonu0,14381 Çexiya kronu0,0780100 Çili pesosu0,21461 Çin yuanı0, 26591 Danimarka kronu0,26481 Gürcü …
Read More »Türkiyənin cənub-şərqində terrorçular zərərsizləşdirilib
Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində iki terrorçu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu sosial şəbəkədə məlumat verib. Məlumata görə, terrorçular “Eren Kış-1” antiterror əməliyyatı çərçivəsində Bestler-Dərələr bölgəsində məhv edilib. Bölgədə əməliyyatlar davam edir. Qeyd edək ki, “Eren Kış” antiterror əməliyyatının birinci mərhələsi dünən başlayıb. PKK terrorçularına qarşı əməliyyat polis və jandarma xüsusi təyinatlılarının 1 …
Read More »Kəlbəcər istiqamətində mühəndis texnikalarımız atəşə tutulub
Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub. Boyukmillet.com bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Read More »Böyük Britaniyada 6 bina Azərbaycan bayrağının rənglərinə boyanıb
Böyük Britaniyanın paytaxtı London şəhərindəki 6 bina 8 noyabr – Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitənin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Group”un təşkilatçılığı ilə Londonun Oksford küçəsindəki “John Lewis” binası, “Soho” ərazisində, “London Eye” ərazisində , “South bank” ərazisində “Covent Garden” ərazisində və “Knightbridge” ərazisindəki binalar üçrəngli …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar