Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əhmədov Vüsal Vahid oğlunun axtarışları başa çatıb. Boyukmillet.com xəbər verir ki, V.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, o, sentyabrın 24-də batmışdı.
Read More »Prezident sabah xalqa müraciət edəcək
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-də saat 10:00-da Anım Günü ilə əlaqədar xalqa müraciət edəcək. Boyukmillet.com xəbər verir ki, müraciət televiziya kanalları ilə yayımlanacaq.
Read More »İstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib
Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində şəhidlərin anım tədbiri keçirilib. “Report”un Türkiyə bürosu xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində əvvəlcə İstanbulun tarixi Ayasofya məscidində şəhidlərin ruhuna sübh namazı qılınıb. Sonra Ayasofya qarşısında şəhərdə fəaliyyət göstərən yerli və xarici media qurumlarına Türkiyə gəncləri adından …
Read More »BMT baş katibi Azərbaycana təşəkkür edib
BMT baş katibi Antoniu Quttereş Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə A.Quttereşin ofisi məlumat yayıb. Qeyd edilir ki, Antoniu Quterreş və Ceyhun Bayramov Qafqazda sülh səylərini və Bakı ilə İrəvan arasında dialoqu müzakirə ediblər. “Baş katib BMT-nin Ermənistanla Azərbaycan arasında ikitərəfli dialoqa və sülhməramlı səylərə dəstəyini vurğulayıb və beynəlxalq təşkilatın münaqişədən zərər …
Read More »“İmtahandan kəsilən tələbə”
“Boyukmillet” saytının növbəti müsahibi transpersonal psixoloq İlqar Kərimovdur. “İmtahandan kəsilən tələbə” adlı müsahibəni təqdim edirik. Tələbə imtahandan nə üçün kəsilir? Bunun üç səbəbi var: elmi cəhətdən tam hazır olmamaq, həddindən artıq çox yüklənmək və psixoloji cəhətdən hazır olmamaq. Bizim abituriyentlərmiz isə həddindən artıq çox özünü yükləyirlər və psixoloq köməyi almırlar. Qəbul olsalar belə onlar müəyyən müddətdən sonra çox ciddi psixoloji …
Read More »Anım günü ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində hərəkət iki gün məhdudlaşdırılacaq
27 sentyabr – Anım Günü ilə əlaqədar keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə sentyabrın 26-ı və 27-i bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, 27 sentyabr Anım Günü ilə əlaqədar paytaxt ərazisində keçiriləcək tədbir saat 09-dan 13:00-a qədər nəzərdə tutulub: “Tədbir …
Read More »Bakı Anım Gününə hazırlaşır
Sentyabrın 27-də Azərbaycanda Anım Günü keçiriləcək. boyukmillet.com xəbər verir ki, Anım Gününə hazırlıq işləri yekunlaşıb. Bakının küçə və prospektlərində 27 sentyabrla bağlı plakatlar asılıb, Vətən müharibəsi barədə şüarlar yazılıb. Binaların eyvanlarından isə Azərbaycan bayraqları asılıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər …
Read More »Samir Adıgözəlli: “Hamının yatdığı bir zamanda həmin atəşlər nəticəsində yaşlılar, qadınlar və körpə uşaqlar qətl edildi”
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı bildirib ki, Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb: “Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir. Bizdə olan etibarlı məlumatlara əsasən, onların, demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda …
Read More »Türkiyəli deputat: “BMT Təhlükəsizlik Şurasının daimi üzvləri dəyişməlidir”
“BMT-nin qətnamələrinin reallaşdırılmasında ikili standartlar mövcuddur. Burada faktiki olaraq çoxluğun deyil, BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvünün fikri önəmli hesab olunur. Bu sistem tez bir zamanda dəyişməlidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli iclaslarında iştirak edən Türkiyənin Böyük Birlik Partiyasının sədri, millət vəkili Mustafa Dəstici deyib. O, qərarların icrasında ciddi problemlər …
Read More »Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna dair məsələlər müzakirə olunub
Sentyabrın 23-24-də Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. Məlumata görə, tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib ki, qonşu tranzit dəhlizlərin yaratdığı rəqabət şəraitində Orta Dəhlizə tranzit yüklərinin cəlb edilməsi üçün dəhlizin səmərəliliyi, daşımaların müntəzəmliyi, tariflərin optimallaşdırılması və ən əsası dəhliz boyu yerləşən ölkələrin tranzit yüklərinə münasibətdə tənzimləmə və gömrük …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar