Cümə axşamı , 9 Aprel 2026

autor

Gürcüstanın Baş naziri: “Azərbaycanla əla münasibətlərimiz var”

“Xarici siyasətimizdə əsas istiqamətlərdən biri uğurlu qonşuluq siyasəti olmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin Xarici İşlər Nazirliyinin 10 illik fəaliyyət planının təqdimat mərasimində çıxışında deyib. O, üç qonşu ölkə – Azərbaycan, Ermənistan və Türkiyə ilə əla münasibətlərin olduğunu qeyd edib. Hökumət başçısı Gürcüstanın uğurlu vasitəçiliyi sayəsində Azərbaycan və Ermənistan arasında əldə olunmuş humanitar razılaşmaya da toxunub: …

Read More »

Gürcüstanın XİN başçısı: “Cənubi Qafqaz əməkdaşlıq və mehriban qonşuluq məkanına çevrilməlidir”

“Cənubi Qafqaz əməkdaşlıq, mehriban qonşuluq və dinamik inkişaf məkanına çevrilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib. Rəhbəlik etdiyi qurumun növbəti 10 il üçün fəaliyyət planının təqdimatını keçirən nazirin sözlərinə görə, Gürcüstan bölgədə balanslaşdırılmış, tərəfdaşlıq və qarşılıqlı faydalı regional siyasət yürüdəcək.

Read More »

Azərbaycan Ordusunun leytenantı həlak olub

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib. Boyukmillet.com-un məlumatına görə Müdafiə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildiriblər ki, hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub. Hadisənin səbəbləri araşdırılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Read More »

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Avqustun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki. bu barədə “Report”a XİN-dən məlumat verilib. Nazirlər Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə əlaqədar məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətinə dair məsələləri müzakirə ediblər.Tərəflər, …

Read More »

İlham Əliyev “Abşeron” yarımstansiyasının açılışında iştirak edib

Avqustun 9-da Azərbaycan Respublikasının Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, ötən əsrin 70-ci illərinin əvvəlindən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə elektroenergetika sahəsi sürətli inkişaf edib. Məhz həmin illərdə Ümummilli Liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Cənubi Qafqazda ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik …

Read More »

Əfqanıstanda bir jurnalist öldürülüb, daha biri qaçırılıb

Əfqanıstanda “Taliban” hərəkatı Paktiyə əyalətində fəaliyyət göstərən “Paktia Chaq” radiosunun baş redaktoru Tufan Ömərini Kabildə qətlə yetirib. Boyukmillet.com xəbər verir ki, həmçinin Xost əyalətində fəaliyyət göstərən “Boost” radiosunun baş redaktoru Niyamətullah Həmət də Helmənd əyalətinin Nəva bölgəsində girov götürülüb. Qeyd edək ki, “Taliban” bu ilin birinci yarısında aralarında 8-i qadın olmaqla azı 20 nəfər jurnalisti qətlə yetirib, bir çoxlarına da …

Read More »

KTN: “Kəlbəcər-Laçın balını yüksək qiymətlərlə ixrac etmək olar”

“Kəlbəcər yaylaqlarında bal süzümü yekunlaşır”. Boyukmillet.com xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib. O qeyd edib ki, məhsuldarlıq gözləntiləri üstələyib: “Hər pətəkdən 30 kiloqram bal götürməyi hədəfləyən arıçılar 45-50 kiloqram bal toplamağın sevincini yaşayırlar. Kəlbəcərin Zülfüqarlı kəndində yerləşən arıçılıq təsərrüfatının rəhbəri Vahid Məmmədovla arıların yaylaqlarda davranışını, iş qabiliyyətinin artmasını, yaylaq bitkilərinin …

Read More »

Prezident bəzi şəxslərin sınaq müddəti olmadan dövlət qulluğuna qəbulunu təsdiqləyib

Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, qanuna dəyişikliklə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş (kiçik rəis heyəti və sıravi heyət vəzifələrini tutan və ya əvvəllər tutmuş şəxslər istisna olmaqla) və xüsusi (hərbi, diplomatik) rütbəyə malik olan şəxslər dövlət qulluğuna qəbul edildikdə, onlara staj …

Read More »

Hərbi liseylərə qəbul imtahanının nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi Müdafiə Nazirliyinin hərbi liseylərinə avqustun 4-də keçirilən qəbul imtahanının nəticələrini elan edib. Boyukmillet.com xəbər verir ki, imtahanda iştirak etmiş abituriyentlər imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə buradan tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. İmtahanda iştirakı gözlənilən 1911 abituriyentdən 44 nəfər imtahanda iştirak etməyib. İmtahan …

Read More »