Azərbaycanın Füzuli rayonu ərazisində Ermənistan ordusunun 4 hərbçisinin meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb. Onların kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək. Məlumata görə, Azərbaycanın işaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 623 nəfərin meyiti aşkarlanaraq Ermənistana təxliyə edilib. Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən məhv ediliblər.
Read More »Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb
“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədis ilinin uzlaşma planı”na əsasən Qarnizon Qoşunlarında yeni tədris dövrü başlayıb. Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, 2021-ci tədris ilinin ikinci tədris dövrünün başlanması ilə əlaqədar birləşmə və hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, poliqonlar, təlim döyüş texnikaları, ştat kateqoriyasına uyğun olaraq şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb. Mərasimlərdə ötən tədris dövründə planlaşdırılmış tədbirlərin tam həcmdə …
Read More »Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi Vladanka Andeyevanı qəbul edib. Boyukmillet.com xəbər verir ki, Vladanka Andreyeva təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib.Nazir Ceyhun Bayramov təyinatı münasibətilə yeni rezident əlaqələndiricini təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir, V.Andreyevanın zəngin təcrübəsinin Azərbaycanla BMT və təşkilatın qurumları arasında əməkdaşlığının daha da möhkəmləndirilməsinə töhfə verəcəyini ifadə …
Read More »“Azərbaycan yanğınsöndürənləri qısa zamanda yanğını söndürməyə nail olacaqlar”
Azərbaycanın fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev avqustun 2-də Muğla əyalətinin Marmaris rayonunun Turqut bölgəsində yanğının baş verdiyi ərazidə olub. Boyukmillet.com xəbər verir ki, nazir müavini dəniz səviyyəsindən təxminən 830 metr hündürlükdə yerləşən bölgəyə baxış keçirib. E.Mirzəyev “Report”a açıqlamasında Türkiyəyə qardaş yardımına gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) ikinci yanğınsöndürmə briqadasının canlı qüvvəsi və texnikalarından ibarət qrupun Türkiyədəki yanğın bölgəsinə …
Read More »Azərbaycan bankirləri Türkiyəyə 100 minə yaxın ağac tingi göndərəcək
“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilib. Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, iclasda Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınlarının, onun törətdiyi fəsadların bütün ABA üzvlərini sonsuz kədərləndirdiyi bildirilib, ölkəmizin bank icmasının bu fəsadların aradan qaldırılmasına dəstək olmağa hazır olduğu qeyd edilib. Bank icması ABA ilə sıx əməkdaşlıq edən Türkiyə …
Read More »Deputat Eldəniz Səlimov YAP-dan çıxarılıb
Bu gün Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib. Partiyanın yerli rayon təşkilatından verilən məlumata görə, İdarə Heyətinin 2 avqust tarixli qərarına əsasən, partiyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimov YAP üzvlüyündən xaric edilib. Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası …
Read More »SOCAR Ukraynanın Müdafiə Nazirliyinə 4 min ton dizel yanacağı satacaq
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkəti bu ölkənin Müdafiə Nazirliyinin elan etdiyi tenderin qaliblərindən biri olub. Boyukmillet.com bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir. Məlumata görə, nazirlik 26 960 ton dizel yanacağının alınması üzrə elan etdiyi tenderin nəticələrini açıqlayıb. Qaliblər “Alyans Energo Trade”, “Exxon UK” və “OKKO Kontrakt” şirkətləri ilə yanaşı “SOCAR Ukraine” şirkətidir. Azərbaycan …
Read More »Yardımlı meşəsində yanğın başlayıb
Yardımlı rayonunun Honuba kəndi yaxınlığında meşə zolağında yanğın başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb …
Read More »Azərbaycanda daha 431 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 344 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 267 nəfər müalicə olunaraq sağalıb, 5 030 nəfər vəfat edib. 6 654 nəfər aktiv xəstə …
Read More »Tokio-2020: Azərbaycanın 27 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb
Azərbaycanın daha üç təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb. Boyukmillet.com-un məlumatına görə, kişilərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışına qatılan Ruslan Lunyov ikinci təsnifat mərhələsində 286 xal toplayıb. Ötən gün hakimlərdən 281 xal alan idmançı yekunda 567 xal toplayıb və finala yüksəlmək şansını itirib. Güləşçilər isə Tokio-2020-də ilk dəfə çıxış edib. 77 kq-da yarışan yunan-Roma güləşçisi Rafiq Hüseynov …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar