Cümə axşamı , 9 Aprel 2026

autor

Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətində mövqeylər atəşə tutulub

Ermənistan Bakı vaxtı ilə saat 10:00-da Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasını pozub. Boyukmillet.com xəbər verir ki, düşmən tərəfi Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətindəki mövqelərindən ordumuzun Kəlbəcərdə yerləşən mövqelərini atəşə tutub. Düşmən müxtəlif kalibrli silhalardan, o cümlədən minomyot və tanklardan mövqelərimizi atəş altında saxlayır. Ordumuz hazırda cavab tədbirləri görür. Bu saata qədər Azərbaycan tərəfində 2 yaralı, Ermənistan …

Read More »

Ermənilər mövqelərimizi tanklardan atəşə tutub

Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.

Read More »

Yerevanın Kəlbəcər avantürası BAŞ TUTMADI – Düşmən itkilərini AÇIQLADI

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla təmas xəttində atəşkəs rejiminin yenidən bərpa olunduğunu bildirib. Ermənistan KİV xəbər verir ki, pozulan atəşkəsin yenidən bərpası barədə razılıq Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunub. Ermənistan tərəfi döyüşlər zamanı baş leytenant Ayk Qorqyan, əsgər Koryun Arutunyan və əsgər David Koçaryanın ölümünü təsdiqləyib. Bundan başqa, düşmən tərəfinin 3 hərbçisi də yaralanıb. 

Read More »

İlham Əliyev Əfqanıstana yeni səfir təyin etdi – FOTO

Prezident İlham Əliyev Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyevin digər sərəncamı ilə İlham Nəriman oğlu Məmmədov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Read More »

Sərhəddəki toqquşmalar nə qədər davam edəcək? – Polkovnik DANIŞDI

Ermənistan-Azərbaycan dövlət sərhədində erməni yaraqlıları yenidən təxribatlar törədir. Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. Müdafiə Nazirliyi bununla bağlı açıqlama yayıb. Ermənistan tərəfi 3 əsgərinin öldüyünü, 3 yaraqlısının da yaralandığını açıqlayıb. Nə baş verir? Bütün bunlar Azərbaycan Ordusunu hərbi və ya anti-terror əməliyyatlarına təhrik edə bilərmi? Suallara cavab almaq üçün Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanovun fikirlərini öyrənmək istədik. Ordumuzun polkovniki Publika.az-a müsahibəsində …

Read More »

Türkiyə rəsmisi Ermənistana XƏBƏRDARLIQ ETDİ

“Ermənistanın belə əməlləri yeni deyil, bu əməllərdən asanlıqla əl çəkməyəcəyini də düşünürəm”. Boyukmillet.com xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ermənistanın Kəlbəcər istiqamətində hücumlarına münasibət bildirən Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib. Türkiyə Böyük Millət Məclisinin sədri qeyd edib ki, Azərbaycan Ermənistana sülh sazişinin imzalanmasını təklfi edib: “Ermənistanda seçkilər keçirildi, Nikol Paşinyan qələbə …

Read More »

Ermənilərin itkisi 4-ə çatdı: Ovannisyan isə “üzə” çıxdı

Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər istiqamətində erməni hərbi birliklərinin təxribatı davam edərkən 44 günlük savaşdan sonra müharibə müddətində danışdığı saysız-hesabsız yalanlarına görə lənətlənən və buna görə də yoxa çıxan Artsrun Ovannisyan “tapılıb”. Boyukmillet.com xəbər verir ki, Ovannisyan bugünkü döyüşlərlə bağlı erməniləri “diqqətli olmağa” səsləyən paylaşım edib. Erməni Teleqram kanalları isə hazırda davam edən atışma ilə bağlı müxtəlif iddialar səsləndirməkdədirlər. “Mirotvorets” kanalı əslində …

Read More »

“Üç qardaş ölkə öz aralarında bütün fərqli fikirləri uzlaşdırmalıdır” – Bilal Dündar

Bu gün paytaxt Bakıda üç qardaş ölkənin – Azərbaycan, Türkiyə və Pakistanın parlament rəhbərləri bir araya gəldilər. Görüşdülər, danışdılar, sonda da Bakı Bəyannaməsini imzaladılar. Maraqlıdır, qanunverici orqan rəhbərlərinin indiki məqamda toplantı keçirib, bəyanat imzalamasının siyasi önəmi nədir? Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirir ki, bu gün Türkiyə, Pakistan və Azərbaycan, keçmişdə bir çox hallarda az və çox qəbul edilmiş …

Read More »

Kəlbəcər istiqamətində təxribat törədən 3 erməni hərbçi məhv edilib, 2-si yaralanıb

Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, itki barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. Məlumata əsasən, iyulun 28-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dövlət sərhədində atəşkəsi pozub. Ermənistan Müdafiə Nazirliyinin yerli vaxtla saat 08.30-a olan məlumatına görə, Ermənistan tərəfdən 3 hərbçi ölüb, …

Read More »

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib

Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan …

Read More »