Cümə axşamı , 9 Aprel 2026

autor

Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub, cavab atəşi açılıb

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu baradə Müdafiə Nazirliyindən məlumat verilib. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Read More »

Floridada çökən binada ölənlərin sayı 97 nəfərə yüksəldi

Floridanın Mayami şəhəri yaxınlığındakı Sörfsayd qəsəbəsində iki həftə bundan əvvəl yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 97-ə çatıb. Boyukmillet.com yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin bələdiyyə başçısı Daniella Livayn Kava mətbuat konfransında bildirib. Bildirib ki, uçqunda daha 2 nəfərin meyiti dağıntılar arasından çıxarılıb. Onun sözlərinə görə, uçqunda itkin düşənlərin sayı 12 nəfərdir.

Read More »

Çempionlar Liqası: “Neftçi” və “Qalatasaray”ın səfər oyunları eyni saatda

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarının proqramı açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, növbəti mərhələdə iki gün ərzində 10 matç gerçəkləşəcək. Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını mübarizədən kənarlaşdırmış “Neftçi” və mübarizəyə bu mərhələdən başlayacaq Türkiyənin “Qalatasaray” klublarının səfər görüşləri eyni gün və saatda başlayacaq. “Ağ-qaralar” Yunanıstanda “Olimpiakos”un, “sarı-qırmızılar” Niderlandda PSV-nin qonağı olacaq: UEFA Çempionlar Liqası II təsnifat mərhələsi, ilk oyunlar 20 …

Read More »

Şuşa fatehi Səid Bayramovun xatirəsinə ehsan bulağı istifadəyə verilib

Kürdəmirdə Vətən müharibəsi şəhidi Səid Bayramovun xatirəsinə həsr olunan ehsan bulağının açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, mərasimdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid Səid Bayramovun döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, 30 ildir davam edən amansız erməni işğalına qarşı …

Read More »

Bu gün II ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq imtahanlarda 16757 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə …

Read More »

Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir

Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir. Boyukmillet.com xəbər verir ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək. Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində 4 avtobus xidmət göstərəcək. Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər. Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.

Read More »

Azərbaycanın Rusiyadakı səfiliyi vətəndaşları hüquqi statuslarını qanuniləşdirməyə çağırdı

Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkədəki vətəndaşlarımıza müraciət edib. Səfirliyin mətbuat xidmətindən “Report”un Moskva müxbirinə verilən məlumata görə, müraciətdə deyilir: “Azərbaycan Respublikasının vətəndaşlarının Rusiya Federasiyası ərazisində hüquqi vəziyyətinin tənzimlənməsi məsələsi ilə əlaqədar aşağıdakıları bildiririk. Məlum olduğu kimi, Rusiya Federasiyası Prezidentinin 15 iyun 2021-ci il tarixli 364 nömrəli Fərmanına əsasən, xarici vətəndaşların Rusiya Federasiyasında müvəqqəti qalma müddəti 2021-ci ilin 30 sentyabr tarixinədək uzadılıb. …

Read More »

Ermənilərin Naxçıvanı atəşə tutması nəticəsində mayorumuz yaralandı

Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı olaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və ətraf ərazilərini müxtəlif çaplı silahlardan atəşə tutduqdan sonra mövqelərin qarşısında və ətraf ərazilərdə yanğınlar baş verib. Boyukmillet.com xəbər verir ki, yanğın ocaqlarının söndürülməsinə cəlb olunan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Sədərək rayon yanğınsöndürənlərinə qarşı saat 13.00 radələrində …

Read More »

Azərbaycan Qoşulmama Hərəkatına daha bir il müddətinə sədrlik edəcək

Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan, Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra Qoşulmama Hərəkatına üzv dövlətlərinin Hərəkata əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Qoşulmama Hərəkatının aralıq dövr Nazirlər Konfransı ilə bağlı yaydığı məlumatda bildirilib. Qeyd edək …

Read More »

Baş nazir Tbilisi şəhərinin meri ilə görüşüb

İyulun 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinin meri Kaxaber Kaladzeni qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüş zamanı Baş nazir Ə.Əsədov bu səfərin Azərbaycan-Gürcüstan, Bakı-Tbilisi əlaqələrinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Söhbətin gedişində iqtisadi və humanitar əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Read More »