Casusluqda ittiham olunan ermənilər – Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Boyukmillet.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilir.
Read More »Peyvəndə əks göstərişi olan şəxslərə tibbi arayış veriləcəkmi?
Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabda qeyd olunub. Bildirilib ki, yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcəkdir. Bundan başqa, xarici ölkələrin peyvənd …
Read More »Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Read More »“Peyvənd sertifikatı” müddətsizdir – RƏSMİ
“Peyvənd sertifikatı” müddətsizdir. Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabda qeyd olunub. Qeyd olunub ki, dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir: “Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra …
Read More »AQTA-nın sədr müavinindən leş əti açıqlaması: “Bu il 91 ton yararsız ət məhsulları məhv edilib”
“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi nəzarət tədbirləri həyata keçirilir, qanunsuz fəaliyyət göstərən, qida təhlükəsizliyi sahəsində mövcud tələblərə əməl etməyən sahibkarkar barəsində qanunvericiliyə uyğun zəruri tədbirlər görülür”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev leş əti satılması iddialarına münasibət bildirərkən “Azərbaycan” qəzetinə bildirib. “Agentlik fəaliyyətə başladığı gündən digər aidiyyəti qurumlar ilə birgə aparılan nəzarət …
Read More »Ermənistanda keçmiş və indiki qubernatorların oğulları arasında atışma düşüb, ölənlər var
Ermənistanın Gorus şəhərində Sünik vilayətinin keçmiş və indiki qubernatorlarının oğulları bir-birinə atəş açıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Qraparak” qəzeti yayıb. Bildirilib ki, Sünik vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryanla bölgənin indiki başçısı Melikset Poqosyanın oğlu arasında atışma olub. Məlumata görə, hadisə nəticəsində ölənlər var. Qəzetin yazdığına əsasən, Tiqran Xaçatryan 2013-cü ildə də oxşar hadisənin iştirakçısı olub. Həmin …
Read More »İtaliya və Argentina Maradonanın xatirəsinə yoldaşlıq matçı keçirəcək
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanın xatirəsinə İtaliya və Argentina yığmaları arasında yoldaşlıq oyunu keçirilə bilər. Boyukmillet.com “New York Times” nəşrinə istinadən xəbər verir ki, görüşün Neapol şəhərində mərhum hücumçunun adını daşıayn “Dieqo Armando Maradona” stadionunda oynanılması nəzərdə tutulub. İtaliya Avropa çempionatının, Argentina isə Amerika Kubokunun qalibi olub. Daha əvvəl Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) iki kollektiv arasında oyun təşkil …
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.07.2021)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,73 % geriləyərək 2,0029 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0229 manat təşkil edib ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro2,02291 Rusiya rublu0,02291 Avstraliya dolları1,26731 Argentina pesosu0,01771 Belarus rublu0,66211 Braziliya rialı0,32921 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1153100 Cənubi Koreya vonu0,14771 Çexiya …
Read More »Dünya Bankı Azərbaycanla əməkdaşlığı genişləndirir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sarah Maykl ilə onlayn formatda görüş keçirilib. Bu barədə Mərkəzdən məlumat verilib. Məlumata görə, görüşdə qurumun icraçı direktoru Vüsal Qasımlı post pandemiya dövründə iqtisadiyyatın dinamikası və aparılan sistemli dəstək tədbirləri nəticəsində əldə olunan inkişaf barədə məlumat verib. Mərkəzin 5 illik fəaliyyəti ərzində həyata keçirilən iqtisadi-sosial və institusional islahatların …
Read More »Argentinada son sutkada 20 mindən çox insanda COVID-19 aşkar edildi
Argentinada son sutkada daha 20 023 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib. Boyukmilllet.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi öz Twitter hesabında məlumat yayıb. Bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 4 682 960-a çatıb. Bildirilib ki, yeni növ koronavirus infeksiyasına yoluxan 99 640 pasiyent dünyasını dəyişib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar